Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. == Həyatı == Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Sokotra
Sokotra (ərəb. سقطرى‎) — Hind okeanında Somali sahillərində, Ərəbistan yarımadasından təxminən 350 km cənubda dörd ada və iki qayadan ibarət arxipelaq.
Sokotra adası
Sokotra adası (ərəb. سقطرى ‎) — Hind okeanının şimal-qərbində yerləşir. Ada Sokotra arxipelaqının ən böyük adasıdır. İnzibati cəhətdən isə eyni adlı muxafazeyə daxildir. Adanın əsas şəhəri Habeydodur. 2004-ci il məlumatına görə adada 42 442 nəfər yaşayır. == Coğrafiyası == Ada Ədən körfəzinin şərq girəcəyində. Afrika buynuzu yarımadasından 250 km şərqdə, Ərəbistan yarımadasından 350 km cənubda yerləşir. Uzunluğu 133 km, eni 42 km, sahəsi 3625 km² təşkil edir. Maksimal hündürlüyü 1505 metrdir.
Stanislav Lobotka
Stanislav Lobotka (25 noyabr 1994, Messina, Siciliya) — Slovakiyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Slovakiya milli komandasının yarımmüdafiəçisi.
Kiko Yokota
Kiko Yokota (d. 11 may 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kiko Yokota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Yokota həmdə 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kiko Yokota 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sakura Noşitani və Sayuri Sugimoto ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Kokona Hiraki
Kokona Hiraki (yap. 開 心那; 26 avqust 2008) — Yaponiya skeytbordinqçisi, 2019-cu ildə Boysedə keçirilən X Oyunlarının gümüş medalçısıdır. 2020 Yay Olimpiya Oyunlarında Yaponiyanı təmsil edərək 12 yaşında gümüş medal qazanmışdır. == Həyatı == Kokona Hiraki 26 avqust 2008-ci ildə Yaponiyanın Hokkaydo şəhərində anadan olmuşdur. Tomakomayda yaşamışdır. 5 yaşında skeytbordinqçiliyə başladı və Sapporoya köçərək burada məşqlərə davam etdi. 2018-ci ildə qatıldığı Yapon Skeytbordinq Çempionatında 4-cü yeri tutdu. İlk qələbəsini 10 yanvar 2019-cu ildə eyni turnirdə əldə etdi. 2019-cu ildə Aydahonun Boyse şəhərində keçirilən X Oyunlarında iştirak etmişdir. Bu oyunlarda ilk dəfə ölkə hüdudlarından kənara çıxan Kokona gümüş medal almışdır.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. == Həyatı == Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur. Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. == Filmoqrafiya == Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz.
Yozef Kostka
Yozef Kostka (slovak. Jozef Kostka) — Slovak heykəltaraş və müəllim, müasir Slovak heykəltaraşlığının banisi. == Bioqrafiya == Yozefin ilk müəllimi dulusçu Ferdis Kostka olub. 1932-ci ildə Yosef Praqa İncəsənət Akademiyasına daxil olur və burada professor Karl Dvojakadan memarlıq və dizayn üzrə təhsil alır. 1938-ci ildə Nyu-Yorkda Slovakiya incəsənətinin sərgisində iştirak etmişdir. 1938-1939-cu illərdə Parisdə İncəsənət Məktəbində təhsil almışdır. Kostka Slovakiyanın müharibədən sonrakı mədəniyyətinin banilərindən biridir. O, Slovakiyaya 20-ci əsrin çex heykəltaraşlıq məktəbinin impulslarını, eləcə də Avqust Rodendən Aristid Maillola qədər fransız heykəltaraşlığını gətirir. Onun ilk heykəlləri: Dəsmalı qız (1939), Poeziya (1939-42), Gecə (1940), Yuxu (1941-42), Qırx dördüncü il (1944) bu gün Slovakiya müasir heykəltaraşlığının qızıl fonduna aiddir. 1940-1949-cu illərdə İosif Kostka Slovakiya Texniki Universitetinin Rəssamlıq və təsviri incəsənət fakültəsində işləyib, sonradan Gözəl Sənətlər Kollecinə çevrilən modelləşdirmə sənəti ixtisasına yiyələnib.
Çukotka Muxtar Dairəsi
Çukotka Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Kokoa, Florida
Kakao, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində olan və Brovard dairəsinin bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi ümumilikdə 17.140 nəfər təşkil etmişdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 16.412 nəfər, 6.939 ev və 4.232 ailə olduğu təyin olunmuşdur. Şəhərdəki əhali bölgüsü 64,0% Ağ, 33,0% Afro-Amerikalı, 0,1% Yerli Amerikalı, 1,2% Asiyalı və 0,6% digər xalqlardan ibarət olduğunu müəyyən etmişdir.
Kokoa (Florida)
Kakao, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində olan və Brovard dairəsinin bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi ümumilikdə 17.140 nəfər təşkil etmişdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 16.412 nəfər, 6.939 ev və 4.232 ailə olduğu təyin olunmuşdur. Şəhərdəki əhali bölgüsü 64,0% Ağ, 33,0% Afro-Amerikalı, 0,1% Yerli Amerikalı, 1,2% Asiyalı və 0,6% digər xalqlardan ibarət olduğunu müəyyən etmişdir.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı == Həyatı == 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.
Kokoa Biç (Florida)
Kokoa Biç ABŞ-nin Florida ştatında yerləşən Brevard dairəsində yerləşən şəhərdir. Əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 11.231 nəfər təşkil edir.