Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kollektiv
Kollektiv (lat. collectivus — toplayan) — bir təşkilatda, müəssisədə işləyən, bir məqsəd üçün çalışan qrup, insanlar birliyi. Daha böyük anlamda ümumi maraqlar, ideyalar və tələbatla birləşən insanlar qrupu. Əmək, təhsil, hərbi, idman, bədi özfəaliyyət və sair maraq kollektivləri olur. Sistem nzəriyyəsində kollektiv dedikdə sitemin demərkəzləşdirməsində paylayıcı növlər başa düşülür. == Mənbə == Статья "Коллектив" в БСЭ Статья "Коллектив и личность" в Философском словаре == Ədəbiyyat == Трудовой коллектив как объект и субъект управления / Отв. ред.: Пашков А. С. — Л.: Изд-во Ленингр. ун-та, 1980. — 119 c. Территориальный коллектив как субъект местного самоуправления :Государственно-правовые аспекты /И. В. Выдрин.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Kollektiv şüursuzluq
Kollektiv şüursuzluq - Karl Qustav Yunq tərəfindən elmi dövriyyəyə buraxılmış, Ziqmund Freydin fərdi şüursuzluğuna qarşı qoyulmuş təlim. Yunq fərdi erotik meyllərin şəxsiyyətin formalaşmasında rolunu inkar etmədən, psixoloji baxımdan daha güclü olan kollektiv şüursuzluğa önəm verir. Freydin fərdi şüursuzluğu erkən uşaqlıqda meydana gəlirdisə, Yunqun kollektiv şüursuzluğu anadangəlmə psixoloji strukturdur. Kollektiv şüursuzluq bir nəsildən digərinə şüursuz şəkildə ötürülən insan təcrübəsini özündə cəmləşdirir. Yunq bu prosesdə heç bir bioloji faktorun rol oynamadığını göstərməklə freydin şüursuzluq konsepsiyasına birmənalı qarşı çıxmışdır. Ən ideal təzahürləri miflərdir.Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və fərdi şüursuzluğu ört-basdır edir.Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insane təkamülünün ruhi səltənəti durur.Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Əsas tədqiqatlar === Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir.Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
"Əvəsor" folklor kollektivi
“Əvəsor” Xalq Kollektivi - 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-cı ildə Dağıstanın Qızlar, 1993-95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş «Talış bölgəsinin nəğmələri» kitabına daxil edilmişdir. 2010-2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Əvəsor Xalq Kollektivi
“Əvəsor” Xalq Kollektivi - 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-cı ildə Dağıstanın Qızlar, 1993-95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş «Talış bölgəsinin nəğmələri» kitabına daxil edilmişdir. 2010-2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.
Kollektor
Kollektor (kənd təsərrüfatında) – qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanaldır. Kanalizasiyada-kanalizasiya şəbəkəsində çirkab suları toplayan sahədir.[1] Ümumilikdə kollektor a belə tərif vermək olar; nizamlayan, toplayıb ötürən, özündə saxlayan == Həmçinin bax == Drenaj Kanalizasiya == İstinad siyahısı == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Neft və qaz üçün kollektor olan süxurlar
Neft və qaz üçün kollektor olan süxurlar - Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. == Ümümi məlumat == Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. == Çökmə süxurlar == Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür.