KOLLEKTİ́V

[ lat. ] Ümumi məqsəd, yaxud birgə işləmək üçün birləşmiş adamlar toplusu. Elmi kollektiv. Bədii özfəaliyyət kollektivi. Vahid bir kollektiv yaratmaq.
[Almaz:] Gərək ellik varlansın, kollektiv varlansın. C.Cabbarlı.

// Bir müəssisə, idarə və ya təşkilatın tərkibinə daxil olub həmişə bir yerdə işləyən adamlar qrupu. İnstitutun kollektivi. Müəllim kollektivi. Zavodun kollektivi.
[Qoşqar:] Büronun, kollektivin rəyi ilə hesablaşmaq lazımdır. Mir Cəlal.

// sif.zərf mənasında. Ümumi, birgə. Kollektiv iş. Kollektiv rəhbərlik. Kollektiv işləmək. Kollektiv surətdə müzakirə etmək.
□ Kollektiv müqavilə – əmək şəraiti haqqında həmkarlar ittifaqı ilə idarə, müəssisə və s. müdiriyyəti arasında bağlanan müqavilə.
Kollektiv təsərrüfat – bax kolxoz.

Синонимы

  • KOLLEKTİV birgə

Антонимы

  • KOLLEKTİV KOLLEKTİV – TƏKBAŞINA Bu işin öhdəsindən kollektiv gələ bilər. Təkbaşına iş görmək də çətindir (M.S.Ordubadi)
KOLLEKSİYAÇILIQ
KOLLEKTİVÇİ
OBASTAN VİKİ
Kollektiv
Kollektiv (lat. collectivus — toplayan) — bir təşkilatda, müəssisədə işləyən, bir məqsəd üçün çalışan qrup, insanlar birliyi. Daha böyük anlamda ümumi maraqlar, ideyalar və tələbatla birləşən insanlar qrupu. Əmək, təhsil, hərbi, idman, bədi özfəaliyyət və sair maraq kollektivləri olur. Sistem nzəriyyəsində kollektiv dedikdə sitemin demərkəzləşdirməsində paylayıcı növlər başa düşülür. Статья "Коллектив" в БСЭ Статья "Коллектив и личность" в Философском словаре Трудовой коллектив как объект и субъект управления / Отв. ред.: Пашков А. С. — Л.: Изд-во Ленингр. ун-та, 1980. — 119 c. Территориальный коллектив как субъект местного самоуправления :Государственно-правовые аспекты /И. В. Выдрин.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Kollektiv şüursuzluq
Kollektiv şüursuzluq - Karl Qustav Yunq tərəfindən elmi dövriyyəyə buraxılmış, Ziqmund Freydin fərdi şüursuzluğuna qarşı qoyulmuş təlim. Yunq fərdi erotik meyllərin şəxsiyyətin formalaşmasında rolunu inkar etmədən, psixoloji baxımdan daha güclü olan kollektiv şüursuzluğa önəm verir. Freydin fərdi şüursuzluğu erkən uşaqlıqda meydana gəlirdisə, Yunqun kollektiv şüursuzluğu anadangəlmə psixoloji strukturdur. Kollektiv şüursuzluq bir nəsildən digərinə şüursuz şəkildə ötürülən insan təcrübəsini özündə cəmləşdirir. Yunq bu prosesdə heç bir bioloji faktorun rol oynamadığını göstərməklə freydin şüursuzluq konsepsiyasına birmənalı qarşı çıxmışdır. Ən ideal təzahürləri miflərdir. Yunq şəxsiyyətin strukuturunda daha dərin qatda mövcud olan kollektiv şüursuzluq haqqında fikir irəli sürdü. Bu daha güclü və təsirli psixi sistemdir və pataloji hallarda o eqonu və fərdi şüursuzluğu ört-basdır edir.Kollektiv şüursuzluq özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini özündə birləşdirir. Yunqun özünün dediyi kimi “kollektiv şüurusuzluq” hər bir fərdin beyin strukturunda yaranan insane təkamülünün ruhi səltənəti durur.Belə olan halda kollektiv şüursuzluğun məzmununa bütün insanlığın səltənəti aiddir.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir. Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
Kollektiv kimlik
Kollektiv kimlik və ya qrup kimliyi — bir qrupa paylaşılan mənsubiyyət hissi. Bu anlayış bir neçə sosial elm sahələrində görünür. Milli kimlik sadə bir nümunədir, baxmayaraq ki, kimlik hissini paylaşan saysız-hesabsız qruplar mövcuddur. Bir çox sosial anlayışlar və ya fenomenlər kimi, bu, empirik olaraq müəyyən edilməmişdir və konstruksiyadır. Onun bu sahələr daxilində müzakirəsi çox vaxt yüksək dərəcədə akademik xarakter daşıyır və akademiyanın özünə, XIX əsrdə başlayan tarixinə aiddir. Alberto Meluççi 1989-cu ildə "İndiki köçərilər" kitabını nəşr etmişdir. O, burada 1980-ci illərin sosial hərəkatlarının araşdırmalarına əsaslanan kollektiv şəxsiyyət modelini təqdim etmişdir. Meluççi fikirlərini Turen və Pissornonun yazılarına, xüsusən də onların müvafiq olaraq sosial hərəkatlar və kollektiv fəaliyyətə dair fikirlərinə əsaslandırmışdır. Alberto Meluççiyə görə, "kollektiv kimlik bir neçə fərd (və ya daha mürəkkəb səviyyədə qruplar) tərəfindən hazırlanmış və fəaliyyətin oriyentasiyası, fəaliyyətin baş verdiyi imkanlar və məhdudiyyətlər sahəsi ilə əlaqəli interaktiv və ortaq tərifdir". Kollektiv hərəkətlərin necə formalaşması və fərdlərin necə motivasiya tapması ilə bağlı nəzəriyyələr arasındakı boşluqla kifayətlənməyən Meluççi fərdlərin müəyyən oriyentasiyaları ortaq paylaşdıqları və bu əsasda birlikdə hərəkət etməyə qərar verdikləri aralıq prosesi müəyyən edir.
Kollektiv qaynama
Kollektiv qaynama — Emil Durkhaym tərəfindən yaradılmış sosioloji konsepsiya. Durkhayma görə, bir icma və ya cəmiyyət bəzən bir araya gələrək eyni anda eyni düşüncəni çatdıra və eyni hərəkətdə iştirak edə bilər. Belə bir hadisə daha sonra fərdləri həyəcanlandıran və qrupu birləşdirməyə xidmət edən kollektiv qaynamaya səbəb olur. Durkhaym güc anlayışını aborigen cəmiyyətlərində dinin "elementar formaları" ilə bağlı araşdırmasında qeyd etdiyi klan simvolu olan totemlə əlaqələndirir. Qəbilənin adını verdiyi üçün simvol klanın toplanması zamanı mövcuddur. Bu məclislərdə iştirakı ilə totem həm səhnəni, həm də güclü hiss olunan duyğuları təmsil etməyə gəlir və beləliklə də qrupun kollektiv təmsilçiliyinə çevrilir. Dürkheym üçün din fundamental olaraq sosial fenomendir. Müqəddəslərin inancları və əməlləri sosial təşkilat üsuludur. Bu izahat "Elementar formalar" əsərində ətraflı şəkildə verilmişdir. Dürkheymə görə, "tanrı və cəmiyyət eynidir ...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.
"Əvəsor" folklor kollektivi
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Azərbaycan SSR əməkdar kollektivlərinin siyahısı
Azərbaycan Dövlət Rəqs Ansamblı — 04.02.1991
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri 1926-cı il, noyabrın 6-da, indiki Ə. Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayır. 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə, bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılır. Üzeyir bəyə o zamanlar Müslüm Maqamayev yaxından köməklik etmişdir. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, milli mənəvi dəyərləri qorumaq, dövlətin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə peşəkar musiqini təbliğ etməkdir. Əməkdar artist Ramil Qasımovsəsyazma evinin direktoru və bədii rəhbəridir. 1 Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 2 Niyazi adına Dövlət simfonik orkestri 3 Cahangir Cahangirov adına xor 4 Tofiq Əhmədov adına estrada-simfonik orkestri 5 Uşaq Musiqili Teatrının Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru 6 Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı 7 Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı 8 Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı 9 "Qaytağı" instrumental ansamblı 10 Uşaq Musiqili Teatrı Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində peşəkar notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə. Quliyev və b.-dən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur.
Dənizaşırı kollektivlik
Dənizaşırı kollektivlik (fr. collectivités d'outre-mer) - Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan Fransa inzibati ərazi vahidlərindən biri. Dənizaşırı kollektivlər, dənizaşırı departamentlərdən daha kiçik statuslu hesab olunsada, bir sıra məsələlərdə daxili qərar vermə mexanizmləri mövcuddur.
Kollektivist milliyətçilik
Kollektivist millətçilik — Risorgimento millətçiliyinə qarşı bir millətçilik tipidir. Hər nə qədər Risorgimento millətçiliyi bir millətin liberal bir dövlət qurma cəhdlərinə (məsələn İtaliyada Risorgimento və XIX əsrdə Yunanıstan, Almaniya və Polşadakı oxşar hərəkatlar, liberal millətçilikdə Amerikan milətçiliyi olduğu kimi) qarşılıq gəlsə də kollevtivist millətçilik bir millət müstəqillik qazandıqdan və dövlət qurduqdan sonra ortaya çıxır. Nasist Almaniyası və faşist İtaliyası, Alter və Brauna görə, kollektivist millətçilik nümunələridir. Kollektivist millətçilik xarakteri göstərən bəzi xüsusiyyətlər fərdiyyətçiliyə qarşı olması, dövlətçilik, radikal ektremizm və aqressif imperialist militarizmdır. Kollektivist millətçilik, müstəqillik mübarizəsi yolu ilə güclü hərbi dəyərlərin oturuşduğu və müstəqillik qazanıldıqdan sonra güclü hərbi sistemin yeni dövlətin təhlükəsizliyi və inkişafı üçün mütləq olduğu düşünülən ölkələrdə ortaya çıxır. Bundan başqa bu cür müstəqillik mübarizəsinin uğuru ifrat millətçiliyə yol aça biləcək milli üstünlük hisslərinin yaranmasına təsir edə bilər. Kollektivist millətçi dövlət totalitardır və hökumət ya da dövlət çox zaman bütün tərəflərini təzyiq altında tutur. Mussolininin İtaliyası belə bir cəmiyyətin ilk nümunəsi hesab oluna bilər. Kollektivist millətçiliyə daha çox faşizmin olduğu yerlərdə rast gəlinir. Kollektivist millətçilik fransız millətçisi və yazıçısı Carlz Maurrasın "Gerçək bir millətçi öz ölkəsini hər şeydən üstün tutar" sözü ilə ortaya atdığı nationalisme intégral ifadəsindən gəlir.
Kollektivist millətçilik

Kollektivləşdirmə
Kollektivləşmə (rus. Коллективизация) — İosif Stalinin hakimiyyətə gəlişindən sonra Sovet İttifaqında 1928–1940-cı illər ərzində kənd təsərrüfatı sahəsində kollektivləşdirmə siyasəti həyata keçirilirdi. Kollektivləşdirmə ilk dəfə Birinci beşillik planın tərkib hissəsi kimi başladı. Bu siyasətin əsasında şəxsi torpaq mülkiyyətçiliyini, işçiliyini nominal olaraq kollektiv idarəetməyə, açıq və ya qapalı bir şəkildə dövlət nəzarətində fəaliyyət göstərən təsərrüfatlara — Kolxozlar and Sovxozlara — çevirmək idi. Sovet rəhbərliyi düşünürdü ki, şəxsi kəndli təsərrüfatlarının kollektiv idarəçiliklə əvəzlənməsi qısa bir müddət ərzində şəhər əhalisi üçün tədarük edilən ərzaq məhsullarının, emal sənayesi üçün xammalın artmasına yol açacaq. Həmçinin kolxozlarda işləyən şəxslərə dövlət tərəfindən müəyyən edilmiş kvotalar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının da artacağı gözlənilirdi. Bu layihəni hazırlayanlar onu kənd təsərrüfatı mallarında yaranmış, xüsusən 1927-ci ildən daha ağır bir şəkildə hiss edilən taxıl tədarükündəki problemlərin həlli olacağını gözləyirdilər. Bu problem Sovet İttifaqının ambisiyalı sənayeləşmə proqramına başlamasından sonra daha ağır bir şəkildə hiss edilməyə başlandı. Bu o demək idi ki, böyüyən şəhərli tələbini qarşılaya bilmək üçün daha çox kənd təsərrüfatı mallarına ehtiyac var idi. 1929-cu ilin oktyabrında kəndli ailələrinin təxminən 7.5 faizi kollektiv fermalarda cəmlənmişdi, 1930-cu ilin fevralında bu göstərici 52.7 faizə qədər yüksəldi.
Kollektivləşmə

Əvəsor Xalq Kollektivi
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Azərbaycanda kollektivləşdirmə
Azərbaycanda kollektivləşdirmə və ya Azərbaycanda kollektivləşmə— İosif Stalinin hakimiyyətə gəlişindən sonra Sovet İttifaqında 1928-1940-cı illər ərzində kənd təsərrüfatı sahəsində kollektivləşdirmə siyasəti həyata keçirilirdi. Kollektivləşdirmə ilk dəfə Birinci beşillik planın tərkib hissəsi kimi başladı. Bu siyasətin əsasında şəxsi torpaq mülkiyyətçiliyini, işçiliyini nominal olaraq kollektiv idarəetməyə, açıq və ya qapalı bir şəkildə dövlət nəzarətində fəaliyyət göstərən təsərrüfatlara - Kolxozlar and Sovxozlara - çevirmək idi. Sovet rəhbərliyi düşünürdü ki, şəxsi kəndli təsərrüfatlarının kollektiv idarəçiliklə əvəzlənməsi qısa bir müddət ərzində şəhər əhalisi üçün tədarük edilən ərzaq məhsullarının, emal sənayesi üçün xammalın artmasına yol açacaq. Həmçinin kolxozlarda işləyən şəxslərə dövlət tərəfindən müəyyən edilmiş kvotalar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının da artacağı gözlənilirdi. bu layihəni hazırlayanlar onu kənd təsərrüfatı mallarında yaranmış, xüsusən 1927-ci ildən daha ağır bir şəkildə hiss edilən taxıl tədarükündəki problemlərin həlli olacağını gözləyirdilər. 1925-ci ilədək 70 min yoxsul kəndli təsərrüfatı ortabab təsərrüfata çevrilmişdi. Varlı (qolçomaq) təsərrüfatları kəndlərdəki təsərrüfatların 3 faizini təşkil edirdi. 1928-ci ildə artıq Azərbaycan SSR-də kəndli təsərrüfatların 6,8 faizi varlı, 51,4 faizi ortabab təsərrüfatlar idi. 1920-1928-ci illərdə respublikada 54 min yeni kəndli təsərrüfatı yaranmışdı.
Kollektivizm
Kollektivizm (fr. collectivisme) — kollektivin əhəmiyyətini və dəyərini vurğulayan hər hansı doktrinanı və ya digər sosial mövqeyi xarakterizə edən kollektiv sosial-psixoloji termin. Fəlsəfi nöqteyi-nəzərdən — kollektivin və ya qrupun (cəmiyyətin, dövlətin, millətin və ya sinfin) maraqlarının fərdin mənafeyindən üstünlüyü, cəmiyyətin maraqlarının şəxsi, könüllü maraqlar üzərində üstünlüyünün tanınması. Bunun əksi isə fərdiyyətçilikdir .

Значение слова в других словарях