Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolizey
Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Kolbek burnu
Kolbek burnu - Meri Berd Torpağında, VII Eduard yarımadasının şimal-qərb qutaracağında yerləşən burun. Burun 1902-ci ilin yanvarında «Diskaveri» gəmisi tərəfindən kəşf edilir. Burun Robert Skottun SY Morning gəmisinin kapitanı Vilyam Kolbekin şərəfinə adlandırılmışdır.