Dəvə balası. (“Koroğlu” dastanının lüğəti)
Qızıl ov səqərli, köşək dönümlü,
Dəyirman madarlı, ac qurd yeyimli,
Dovşan beli ipək, xəyyatə yalı,
Tavustək yelkəsi uca gərəkdi.
(Paris nüsxəsi, 1-ci məclis)
*
İzlənəndə köşək izi izlənir,
Bəslənəndə ardı-ögi düzlənir,
Paçasında sədəqlilər gizlənir,
Könül bu bədövün sevdasındadı.
(Paris nüsxəsi, 6-cı məclis)