Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konuşin burnu
Konuşin burnu (rus. Конушин) — Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxil olan, Kanin yarımadasında yerləşən burun. Burun Volosova çayı mənsəbindən 6,7 mil cənubda yerləşir. Ağ dənizə daxil olan Mezen körfəzi sahillərini yuyur. Öz növbəsində hündürlüyü 50 metrə çatan bir tirənin dənizə aşılan bir çıxıntısıdır. Burundan şimaldakı sahillər Kanin sahili, cənubdakı sahillər isə Konuşin sahili adlanır. Əsasən qumlu-gilli suxurlardan təşkil olunmuşdur. Burundan şimalda dəniz sahili nisbətən hündür və sərtdir. Cənubda doğru isə hündürlük azalır. Burunda Konuşinski mayakı quraşdırılmışdır.
Mark Poluşin
Mark Petroviç Poluşin (rus. Марк Петрович Полушин; 28 dekabr 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Poluşin öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Urojay Krasnodar klubuna qarşı oyunda etmişdir.
Phaneroglossa bolusii
Phaneroglossa (lat. Phaneroglossa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Phaneroglossa bolusii (Oliv.) B.Nord. Sinonim Senecio bolusii Oliv.
Protea bolusii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Senecio bolusii
Phaneroglossa (lat. Phaneroglossa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Phaneroglossa bolusii (Oliv.) B.Nord. Sinonim Senecio bolusii Oliv.
Kuşıy (Əbyəlil)
Kuşıy kəndi (başq. Ҡушый) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kuşıy kəndinin milli tərkibi: başqırdlar 98%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 9 km., kənd sovetliyindən (Dövlət): 3 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 38 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kolusa qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
Kolsay gölləri Milli Parkı
Kolsay gölləri Milli Park (qaz. Көлсай көлдері ұлттық паркі) ― Qazaxıstanın cənub-şərqində, Tyan-Şan dağlarının şimal yamacında, Qırğızıstan sərhəddindən 10 km məsafədə yerləşən milli park. Parkın əsas xüsusiyyəti tez-tez "Tyan-Şan inciləri" olaraq adlandırılan Kolsay gölləridir. Gözəl Kaindi gölü də parkda yerləşir. Parkın sərhədi Almatının 120 kilometr (75 mil) cənub-şərqindən keçir. == Qoruma == Təbiəti qorumaq parkın missiyasının vacib bir hissəsidir. Ərazinin 72%-i ciddi mühafizə altındadır, 13%-i isə turizm və istirahət üçün ayrılmışdır. == Topoqrafiya == Parkın gölləri Tyan-Şandan başlayaraq cənubdan şimala doğru axan Kolsay çayı boyunca uzanır. Əsas göllər bunlardır: Aşağı Kolsay gölü Kolsay çayını bağlayan sürüşmə nəticəsində əmələ gələn təbii su anbarıdır. Göl təxminən 1 km uzunluğunda, 400 metr enində və 80 metr dərinliyindədir.