Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Vinsent Kompani
Vinsent Kompani (fr. Vincent Jean Mpoy Kompany; 10 aprel 1986[…], Ukkel[d]) — Belçika peşəkar futbol məşqçisi və mərkəz müdafiəçisi kimi oynayan keçmiş oyunçu və Bundesliqa klubu "Bayern Münxen" klubunun hazırkı məşqçisi.
Britiş Saut Afrika Kompani
«Britaniya Cənubi Afrika şirkəti» («bsac», ing. British South Africa Company (BSAC)) — İngilis ticarət şirkəti. 1889-cu ildə Sesil Rods, Alfred Beyt və Ceyms Hemilton tərəfindən quruldu Öz ordusunu quran şirkət, Afrika qitəsindəki hal-hazırda Zimbabve və Zambiyada yer alan əraziləri birləşdirdi. 1923-cü ildə İngilis hökuməti şirkət tərəfindən ələ keçirilmiş torpaqlara "yarı öz-özünüidarə" statusu verdi, yəni əslində tacın nəzarətində olan 2 dövlət qurdu: Cənubi Rodeziya (Zimbabve) və Şimali Rodeziya (Zambiya). Bununla birlikdə, şirkət hər iki Rodeziyanın mineral ehtiyatları, dəmir yolları və kənd təsərrüfatı üzərində nəzarəti əlində saxladı.