Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konstruktor
Konstruktor - mövcud material və resurslardan istifadə edərək son məhsulun layihələndirilməsi ilə məşğul olan mühəndislik ixtisasıdır. Məsələn, taxta emal və mebel istehsalı konstruktoru, metal konstruksiyalar konstruktoru və i.a. Konsruktor kimi adətən mühəndislər və ya uyğun təhsilə malik texniklər çalışırlar. Onlar müəssisələrin konstrukisya şöbələrində və ya planlama şöbələribndə işləyirlər. Onlar çox vaxt cizgiçəkənlər ilə birgə işləyir və ya onların işlərini koordinasiya edirlər. Əvvəllər konstruktorlar cizgi taxtasında işləsələr də son zamanlar CAD sisitemlərinin tətbiqi ilə kompüterdə konstruksiyaetmə geniş yayılmışdır. == Konstruktorların fəaliyyəti == Adətən konstruktorlar öz tapşırıqlarını sənaye dizaynerlərindən və marketoloqlardan alırlar. Tapşırığın yerinə yetirilməsində sifarişçiərin texniki verilənləri razılaşıdırılmış texniki sənədin əsas hissəsini təşkil edir. Konstruksiyalar istehsalın texnoloji imkanlarına, materialın əldolunması, işçilərin ixtisasına, qablaşdırma və çatdırma imkanlarına uyğun gəlməlidir. Konstruktorun işi faktiki olaraq məmulun infrmasiya modelinin işlənməsi və istehsal üçün konstruksiya sənədlərinin tərtibini də əhatə edir.
Azərbaycan SSR əməkdar konstruktoru
Azərbaycan SSR əməkdar konstruktoru (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар конструктору) — Azərbaycan SSR-də texnika və texnologiyanın tətbiqi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 sentyabr 1985-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.Fəxri ad ilə texniki-iqtisadi göstəricilərinə görə yüksək dünya səviyyəsinə cavab verən, prinsipcə yeni və səmərəli texnika və texnologiyanın yaradılmasına və tətbiq edilməsində görkəmli xidmətlərə görə konstruktor təşkilatlarının, elmi-tədqiqat idarələrinin, istehsal və elm-istehsal birliklərinin və müəssisələrinin işçiləri təltif edilirdilər."Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı tabeliyində konstruktor təşkilatları, elmi-tədqiqat idarələri, istehsal və elm-istehsal birlikləri və müəssisələri olan Azərbaycan SSR Elmlər Akademiyasının, Azərbaycan SSR nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, habelə ittifaq tabeliyində olan təşkilatların, müəssisələrin və birliklərin təqdimatına əsasən verilirdi.
Konstruktiv Geomorfologiya
Konstruktiv Geomorfologiya-(rus. конструктивная геомор-фология, ing. constructive geomorphology) geomorfologiyanın bir bölməsi, daha geniş mənada, tətbiqi geomorfologiya. Yer səthində mövcud olan və onu mürəkkəbləşdirən relyef formalarının təcrübi məqsədlər üçün istifadə etmək yollarını izah edir və onu istiqamətləndirir.
Konstruktiv coğrafiya
== Konstruktiv coğrafiya == Konstruktiv coğrafiya termini akad, İ. P. Qerasimov (1966) təklif etmişdir. Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq konstruktiv coğrafiya tədqiqatlarında aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, "təbiət-texnika" və "təbiət-insan"ərazi sisteminin qanunauyğunluqları d ərk edilir, mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik (böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması axtarılır ki, o, "təbiət-cəmiyyət"" sisteminin özünü dağılmağa doğru aparmasın.