Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kokura
Kokura (小倉市, Kokura-şi, "kiçik xəzinə") - Fukuoka prefekturasının şərq hissəsində yerləşən Yaponiyanın keçmiş şəhəri. 2 oktyabr 1963-cü ildə Kokura qonşu Modzi, Tobata, Yaxata və Vakamaçu şəhərləri ilə birləşmiş, nəticədə Kitakyuşu şəhəri yaranmışdır. Kokuranın keçmiş ərazisi Kitakyuşu şəhərinin Kokura-Kita və Kokura- Minami rayonlarının tərkibinə daxildir. == Tarixi == Kokura Daxili Yapon dənizindəki Kammon boğazının sahillərində yerləşən liman şəhəri olmuşdur. Bu boğaz Kyuşu adasının şimalını Honşu adasının qərb hissəsindən ayırır. VIII-XIX əsrlər ərzində Kokura ərazisi yapon əyaləti Budzenin tərkibində yerləşirdi. Kokura qəsəbəsi 1602-ci ildə samuray başçısı Hosukava Tadaoki tərəfindən salınmışdır. Belə ki o burada özü üçün qəsr və qəsr kənarı məskənlər saldırmışdr. 1632-ci ildə onu Oqasavara nəslindən olan digər bir başçı əvəz etmişdir. Bu nəsil Kokura-xan torpaqlarını XIX əsrin ortalarına qədər idarə etmişdir.
Konur Alp Koçak
Konur Alp Koçak (20 iyun 1983, Karaman ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Konur Alp Koçak 1983-cü ildə Karaman ilində anadan olub. Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Bölməsindən və həmin universitetin Tarix Bölməsindən məzun olub. 2006-2007-ci illərdə Yaponiyanın Keio Universitetində təhsil alıb. 2010-cu ildə Ankara Universitetində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatların Corctaun Universitetinin Dövlət İşləri İnstitutunda hüquq üzrə altı ay təlim alıb. TBMM Araşdırma şöbəsində hüquq üzrə mütəxəssis vəzifəsində çalışıb. 2014-2016-cı illərdə Brüsseldə Avropa Parlamenti Araşdırma İnstitutunun (EPRS) Xarici əlaqələr bölməsində siyasi şərhçi vəzifəsində, 2019-2023-cü illərdə isə TBMM Xarici əlaqələr üzrə sədr müavini vəzifəsində çalışıb. Siyasi Sosial Strateji Araşdırmalar Vəqfinin (TASAV) qurucularından olub. TÜRKGÜN qəzetində məqalələri dərc olunub.
Kontra-Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kontra Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Gynura
Gynura (lat. Gynura) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Honuba
Honuba — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Honuba kəndi Porsova kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Honuba kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim talış dilindəki honu (bulaq) və uba (Azərbaycan dilindən həmin dilə keçmiş oba sözünun fonetik şəkli) sözlərindən ibarət olub, "bulaq yaxınlığındakı oba" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Koburq
Koburq — Şimali Bavariyada şəhər. Turingiya meşəsində, İtz çayı üzərində yerləşir. Əhalisi 42,257 nəfərdir (2003). Şəhərin adına ilk dəfə 1056-cı ildə rast gəlinir. 1353–1918-ci illərdə şəhər Meysen markqrafları (1826-cı ildən Saksen Koburg Gota hersoqları) titulu ilə tanınan Vettin nəslinə məxsus olub. Vettin nəsli Avropada beş monarx ailəsinin əsasını qoyub: Britaniyada Vindzorlar; Belçika kral Ailəsi; Portuqaliya kral ailəsi (1853–1910); Bolqarıstan kral ailəsi (1908–1946); Saksoniya kral ailəsi(1806–1918). Eləcə də Vettin nəslidən iki Polşa kralı olub. Koburqun məşhur yetirmələri içərisində Hans Morgentau da var.
Kolera
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Konrul
Lontra
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina) Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Onurğa
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Leonura
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Sonora
Sonora (isp. Sonora), rəsmi adı ilə Sonora Azad və Suveren Ştatı (isp. Estado Libre y Soberano de Sonora) — Meksikanın ştatı. Ştat 72 inzibati vahiddən ibarətdir. Paytaxtı və ən böyük şəhəri Ermesilodur.
Anura
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Konus
Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir.Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir.Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus,təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir.Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar. Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu,oturacağının radiusuna isə konusun radiusu deyilir. Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur. Konusun yan səthi: Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir.
Konya
Konya — Türkiyənin Konya ilinin mərkəzi. == Tarixi == Anadolu, Asiya ilə Avropa nı bir-birinə bağlayan körpü rolunu oynayır. Konya da bu körpünün mərkəzində qapı rolunu oynayır. Tarixin ən qədim dövrlərindən bu günə qədər Konya şəhəri bir çox mədəniyyətlərin beşiyi olmuşdur. Anadolu Səlcuqlu Dövlətinin paytaxtı, Bəylik və osmanlıların başda gələn mərkəzlərindən olmuşdur. Konya şəhəri tarixin əvvəlki dövrlərində, müəyyən zamanlarda müxtəlif adlarla adlandırılmışdır. Antik dövrlərdə ən məşhur adı "İconium" dur. Bu "müqəddəs rəsim, heykəl" mənasına gələn "icon" kəlməsindən gəlir. Danaia şəhərini və xalqını böyük fəlakətlərə uğradan qorxunc əjdahanı, Perseus öldürür. Onun qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə onun şərəfinə daşdan abidələr düzəldilir.
Kömür
Kömür — çöküntü qaya, mineral, ən qiymətli yanacaq növü və kimya üçün xammal və təkcə sənaye deyil. Karbonun beynəlxalq adı latdan gəlir. lat. carbō — "kömür". Fosil kömür sporlardan, mamırların, qıjıların və digər qədim bitkilərin epidermisinin hissələrindən (350–250 milyon il əvvəl) — arıq kömürlərdən, antrasitlərdən, kokslaşan, zəif qapalı, qazlıkömürlər, uzun alovlu və digər yarımnövlərdən əmələ gəlmişdir. Sonra karbonsuz bir dövr oldu, sonra qəhvəyi kömürlər, sapropellər, torflar yüksək temperaturun təsiri altında və oksigenə çıxış olmadan, daha əvvəl, karbonsuz dövrdən əvvəl, ağac qalıqlarını emal edən mikroorqanizmlərin iştirakı olmadan meydana gəldi. Kömür, ağacdan sonra insanın istifadə etdiyi ilk qalıq yanacaq idi. Bu növ yanacağın bir kiloqramını yandırmaq 3400–7200 kkal enerji almağa imkan verir. 1960-cı ildə kömür dünya enerji istehsalının təqribən yarısını təmin edirdisə, 1970-ci ildə onun payı üçdə birinə enmişdir. Kömür rəsm üçün material kimi, koks istehsalında istifadə olunur və kömürdən anilin boyaları da alınır.
Könül
Könül — Qadın adı və təxəllüs. Bu adı olan tanınmış şəxslər Könül Xasıyeva — azərbaycanlı muğam ifaçısı Könül Kərimova — Azərbaycan müğənnisi. Könül Abdulrəhimova — Azərbaycan alimi. Könül Hüseynova — Rejissor. Könül Hüseynova — Azərbaycan pianoçu, pedaqoq və bəstəkarı Könül Mehrəliyeva — azərbaycanlı müğənni, aktrisa. Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007). Könül Arifqızı — Ssenari müəllifi. Aparıcı Könül Talıbova — Könül Yazar — Könül Əliyeva — Könül Babayeva — Könül Bunyatova — Könül Ömərova — Bu təxəllüsü olan tanınmış şəxslər Ülviyyə Könül — Klipmeyker. Rejissor. Ssenari müəllifi.
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Gynura ecalyculata
Gətirmə konusu
Kazuşi Kimura
Kazuşi Kimura (d. 19 iyul 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 54 oyun keçirib, 26 qol vurub.
Kaçura Taro
Konpira məbədi
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur. == Tarixi == İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur. 1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir. Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe).
Konrad Adenauer
Konrad Adenauer (alm. Konrad Hermann Joseph Adenauer‎; 5 yanvar 1876[…], Köln, Prussiya, Almaniya Reyxi[d] – 19 aprel 1967[…]) — alman dövlət və siyasi xadimi, AFR-in ilk federal kansleri (1949–1963). == Həyatı == Konrad Adenauer yanvar ayının 5-i, 1876-cı ildə Kölndə anadan olmuşdur. Üç bacı-qardaşı ilə, o, sadə ailədə boya-başa çatmışdır. 1894-cü ildə məktəbi bitirdikdən sonra, əvvəlcə o, bank kargüzarı kimi, sonralar isə Frayburq, Münhen və Bonnda hüquqşünaslıq sahəsində təhsil almışdır. 1902-ci ildə Köln əyalət məhkəməsində köməkçi hakim qismində sınaqdan keçirdikdən sonra Kölndə bir vəkil ofisində çalışdı. İrs və tərbiyə, tezliklə reynli katolik Adenaueri mərkəzə, Siyasi Katolisizm Partiyasına gətirib çıxardı. Onun siyasi karyerası 1906-cı ildə Köln şəhər müşaviri təyin edildiyi zaman başladı. O, birinci katib köməkçisi seçimindən üç il sonra bələdiyyə sədrinin müavini təyin edildi. Bacarıq və ixtiraçılığı Adenauerə xüsusilə birinci dünya müharibəsi zamanı Köln ərzaq təchizatı təşkilatçısı vəzifəsində uğur qazandırdı.