Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konsepsiya
Konsepsiya (lat. conceptio — başa düşmək, sistem) — anlamanın xüsusi yolu, hansısa halın və ya bütöv sistemin əsas nəzər nöqtəsi, nəyinsə izahında rəhbər ideya, dünyada, təbiətdə, cəmiyyətdə hansısa hala dair baxışlar sistemi. Elmdə, incəsənətdə, texnikada, siyasətdə və digər sahələrdə bir-biri ilə bağlı olan baxışlar sistemi, məsələnin həlli və izah forması. Konsepsiya fəaliyyət strategiyasını müəyyən edir.
Konsepsion
Konsepsion (isp. Concepción) - Çilidə şəhər. Əhalisi 216 061 nəfərdir (2002). Ərazi — 221,6 км², əhali sıxlığı — 975 nəfər/км² -dir.
Konsepsion Universiteti
Konsepsion Universiteti (UdeC) — Çili universiteti. 24.767 tələbə (2011).
Konsepsion vilayəti
Konsepsion vilayəti (ispanca:Provincia de Concepción) Çilidə vilayət. Əhalisi 912889 nəfərdir (2002). Vilayətin ərazisi — 3439,3 км², əhali sıxlığı — 265,4 nəfər/км² -dir.
Azərbaycan Respublikasının Təhlükəsizlik Konsepti
== Giriş == Ümumilikdə, "Giriş" hissəsindən, "Təhlükəsizlik mühiti", "Azərbaycan Respublikasının milli maraqları", "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər", "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" adlı dörd bölmədən və "Yekun müddəalar"dan ibarət olan Konsepsiya, sənədin "Giriş" hissəsində də bildirildiyi kimi, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti deyildikdə, onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusu başa düşülür. Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması ölkəmizin hazırkı təhlükəsizlik mühitində və milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas amil hesab edilir. Sənəddə, eyni zamanda, respublikanın təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğunun dövlət qarşısında müəyyən vəzifələr qoyduğu da bildirilir. == Milli maraqlar == Konsepsiyanın "Azərbaycan Respublikasının milli maraqları" bölməsində xalqımızın fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olan milli maraqlarımız aşağıdakı kimi sıralanır: - dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi; - Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi; - vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması; - demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması; - beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi; - bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin olunması məqsədi ilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması; - təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf mühitin qorunması, təhsil, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi; - dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi; - Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi. == Milli təhlükəsizliyə təhdidlər == Konsepsiyanın "Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər" bölməsində respublikamızın milli təhlükəsizliyinə təhdidlərdən söz açılır və bu təhdidlər "Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər", "Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət", "Separatçılıq, etnik, siyasi və dini ekstremizm", "Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması", "Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq", "Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət", "Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq", "İqtisadi qeyri-sabitlik", "Peşəkar insan ehtiyatlarının çatışmazlığı", "Regional hərbiləşdirmə" və "Ekoloji problemlər" adları altında qruplaşdırılır. == Təhlükəsizlik siyasətinin əsas istiqamətləri == "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" bölməsində bildirilir ki, suveren dövlət kimi Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri kimi, təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Avropa və Avratlantik strukturlarına inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər (region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq), müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi (demokratiyanın möhkəmləndirilməsi, milli və dini tolerantlıq mühitinin qorunması, elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması, iqtisadi və sosial inkişaf, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, miqrasiya siyasəti, enerji təhlükəsizliyi siyasəti, nəqliyyat təhlükəsizliyi siyasəti, fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi, informasiya təhlükəsizliyi siyasəti) göstərilir. Konsepsiyanın "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" bölməsinin 4.2-ci bəndində ("Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi") Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin ölkənin milli maraqlarını təmin etmək üçün əsas amillərdən biri olduğu qeyd olunur və bildirilir ki, dövlətimizin müdafiə siyasəti milli resurslara və mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına əsaslanır. Konsepsiyaya əsasən, Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsasını bütün ölkələrlə dinc yanaşı yaşama, digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama, mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi təşkil edir.