Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luseqon Popovun villası
Lusenoq Popovun villası — Rostov-na-Donu şəhərində, Karl Marks meydanı ev 8 ünvanında yerləşən bina. Bina 1890–1891-ci illərdə inşa edilmişdir. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. 1928-ci ildən Popovun villasında doğum evi yerləşir. 2012-ci ildə bina rekonstruksiya edilmək üçün bağlanmışdır. Popovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. == Tarixi == İki mərtəbəli villa 1890–1891-ci illərdə Naxçıvan-na-Donu (hazırda Proletarski rayonu adlanan ərazi) mərkəzi meydanında yerləşirdi. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. Bina layihəsinin müəllifi isə Nikolay Nikitiç Durbax olmuşdur. Binanın birinci məryəbəsində kontorlar və dükanlar yerləşirdi.
Rodoslu Kolosun Heykəli
Kotorun təbii, mədəni və tarixi rayonu
Kotorun təbii, mədəni və tarixi rayonu (mont. Природни и културно-историјски регион Котора) — Monteneqroda yerləşən və 1979-cu ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən obyekt. Bura köhnə Kotor şəhəri (it. Cattaro), Kotorun müdafiəsi tikililəri və Kotor körfəzinin əhatə edən daxili şəhər ətrafı ərazilər daxildir. YUNESKO-nun təsvirində qeyd olunduğu kimi, "Orta əsrlərdə, Monteneqronun Adriatik sahilindəki bu təbii liman məşhur bənnaların və ikon rəssamları məktəbləri olan əhəmiyyətli bir sənət və ticarət mərkəzi idi". == Təsviri == === Köhnə şəhər === Köhnə şəhər Kotor divarları içərisində yerləşir. Yaxşı qorunur və görkəmli binalarla, o cümlədən Müqəddəs Trifon Katolik Katedralı (1166-cı ildə tikilmişdir) ilə bərpa edilmiş orta əsr şəhər mənzərəsinə malikdir. === Kotor istehkamları === İstehkamlar orta əsrlər Kotor şəhərini qorumaq üçün müdafiə olunan hərbi qurğular sistemindən ibarətdir. Bunlara Müqəddəs Yəhya dağına qalxacaq qapıları və bünövrələri olan şəhər divarları, Müqəddəs Yoanna qalası (San Giovanni) və dəstəkləyici qurğular daxildir. Bəzi obyektlər Roma və Bizans dövrlərinə aid olsa da, istehkamların əksəriyyəti Venesiya Respublikası dövründə qurulmuşdur; sonralar bəzi dəyişikliklər Avstriyalılar tərəfindən edilmişdir.