Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Foreşok
Foreşok və ya ilkin seysmik təkan — daha geniş seysmik tədbirdən (mainşok) baş verən zəlzələ tipi. Hadisələrin tam ardıcıllığı məlum olandan sonra ilkin seysmik təkan, mainşok və ya zəlzələni təyin mümkündür. 2002-ci ildə Sumatra adasındakı zəlzələ bu tipə aid edilsə də, bu zəlzələ sunaminin baş verməsinə səbəb kimi qiymətləndirildi.
Korezom
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka?, azərb. Bu bir zombidir?‎) və ya qısaca Korezom (これゾン, Korezon) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Korenk
Korenk (fr. Corenc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38126. Kommunanın 2012-ci il üçün əhalisi 3944 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km şimal-qərbdə yerləşir.
Korason Akino
Mariya Korason "Kori" Koxuanqo-Akino (isp. María Corazón Cojuangco-Aquino; 25 yanvar 1933[…] – 1 avqust 2009[…]) — 1986–1992-ci illərdə Filippin prezidenti. == Həyatı == Korason Akino Tarlak vilayətində qarışıq mənşəli zəngin bir ailənin tərkibində (Filippin, Çin və İspan dili) altı uşaqdan biri idi. Kori Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər iki palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika Kollecində, müharibədən öncə isə alman rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil almışdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bacısı Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazonun sevimli fənni riyaziyyat idi. Məktəbi fərqlənmə ilə bitirsə də yaponların Manilanı işğal etməsi nəticəsində təhsilini yarımçıq qoymalı oldu. İkinci Dünya Müharibəsindən sonra isə atası onu bacı və qardaşları ilə birlikdə ABŞ-yə göndərdi.
Qavriil Kolesov
Qavriil Qavriloviç Kolesov (rus. Гаврил (Гавриил) Гаврильевич Колесов, saxa Гавриил Гаврилович Колесов; 8 mart 1932, Meqino-Xanqalas ulusu, Yakutiya MSSR – 31 avqust 1997) — Yakutiya aktyoru və yazıçı. RSFSR-in əməkdar artisti (1982), Yakutiya ASSR xalq artisti (1971). == Həyatı == Qavriil Kolesov 1932-ci il 8 martda Yakutiyanın Meqino-Xanqalas ulusunun 2-ci Batarinski qəsəbəsində anadan olmuşdur. Atası kolxozçu olmuşdur, məktəb yaşına çatmamış xalq mahnıları və nağıllara maraq göstərməyə başlamışdır. Olonqoları dinləyərək, hekayələr və mahnıları əzbərləyirdi.1950-ci ildə on səkkiz yaşında Yakutsk Radio Komitəsinin xoruna qəbul edildi. 1954-cü ildə Platon Oyunskinin “Nurgün Bootur Stremitelni" olonqosunu ilk dəfə ifa etdi. 1957-1997-ci illərdə P. A. Oyunskinin adına Yakutiya Dram Teatrında artist kimi çalışmışdır. Drama və musiqili tamaşalarda bir sıra yadda qalan obrazları yaratmışdır. 1957-ci ildə Moskvada keçirilən VI Dünya Gənclər və Tələbələr Festivalında iştirak etmişdir.1968-ci il 5-25 sentyabr tarixlərində Qavriil Kolesov "Melodiya" şirkətinin Leninqrad studiyasında “Nurgün Bootur Stremitelni" olonqosunun tam mətnini ifa etmişdir.
Qavril Kolesov
Qavril Qavrilov Kolesov — Rusiyanın dama ustası, 64 xanalı dama üzrə ixtisaslaşmış mütəxəsis. Kişilər arasında Rus və Braziliya daması üzrə dünya çempionu. 2010-cu ildə kişilər arasında Rus daması və bliz növü üzrə avropa çempionudur. Dəfələrlə kişilər arasında rus daması üzrə Rusiya çempionu, Dama üzrə Rusiya və dünya qrossmeysteri. == Bioqrafiya == Qavril Kolesov 7 sentyabr 1979 ildə Yakutiya MSSR Çurapçinski rayonu Dyabıla kəndində anadan olmuşdur. Artıq beş yaşından dama ilə məşğul olmağa başlayır. 1995 ildə D. P. Korkin adına respublika idman internat məktəbini bitirmişdir. 1996-cı ildə ilk dəfə olaraq Rus daması üzrə dünya çempionu olmuşdur. O, yakutlar arasında ilk beynəlxalq qrossmeysterdir. 2001-ci ildə Yakutiya Dövlət Universitetinin flialı olan Yakutiya pedoqojii instutunun Sosial müəllim fakultəsini bitirmişdir.
Yeqor Kortsov
Yeqor Andreyeviç Kortsov (rus. Егор Андреевич Корцов; 10 yanvar 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Kortsov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Kredok boğazı
Kredok boğazı (ing. Cradock Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kolvill boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kredok boğazı Qreyt-Barrier adasını Little-Barrier adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 30 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Oreşak zirvəsi
Oreşak zirvəsi (bolq. връх Орешак, ‘Vrah Oreshak’ \'vr&h o-re-'shak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından şərqdə, Patleyna buzlağından cənub-qərbdə, Embree buzlağından şimal-qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir.Zirvə şimali Bolqarıstanda yerləşən Oreşak şəhərinin adını daşıyır. == Yerləşməsi == Oreşak zirvəsi 78°02′24″ c. e. 85°44′06″ q. u. koordinatlarında yerləşmişdir.
Vaşinqton Koroso
Vaşinqton Brian Koroso Beserra (isp. Washington Bryan Corozo Becerra; 9 iyul 1998, Kevedo, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda hücumçu kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Koroso peşəkar karyerasına İndependente del Vale klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Keunka klubuna qarşı oyunda etmişdir. Koroso ikinci hissədə Brian Kabesası əvəz etmişdir. Koroso ilk qolunu 20 iyul 2016-cı ildə İndependente klubu ilə El Nasyonal klubuna qarşı oyunda vurmuşdur. == Milli karyerası == 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Uruqvay, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Çili, Kolumbiya və Boliviya millilərinə qarşı oyunlarda Koroso dörd qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir.
Korso (Əlcəzair)
Korso (ərəb. قورصو‎, fr. Corso) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir, 22,4 km2 ərazini əhatə edir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 41 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 5 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20,705 idi.
Kreşo Omerzel
Kreşo Omerzel (12 mart 1957 — 25 oktyabr 2016) — Krşkodan olan Sloveniyalı Spidvey sürücüsü və baş məşqçisi. Kreşo Omerzel karyerasına 1975-ci ildə başlamış, 1998-ci ildə sona çatdırmışdır. O, ailə həyatı qurmuş və iki oğul atası olmuşdur.
Via del Korso
Via del Korso, qısaca Korso (it. Via del Corso) — Romanın qədim magistral yollarından biri olub, Piyaçça Venesiyadan başlayaraq Piyaçça Popoloyaqədər uzanır. Uzunluğu 1,6 km-dir. Antik vä orta əsrlərdə küçə “Via Lata” — “Geniş küçə” adlanırdı. İndiki adını XV əsrdən başlayaraq 1882 ci ilə qədər burada keçirilən atçılıq yarışlarından (it. corso) götürmüşdür.