Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komitas
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.
Zornitsa Marinova
Zornitsa Marinova (d. 6 yanvar 1987) — Bolqarıstanı təmsil edən bədii gimnast. Zornitsa Marinova, Bolqarıstanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. Zornitsa Marinova, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Qalina Tançeva və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Zornitsa buxtası
Zornitsa buxtası (bolq. залив Зорница, ‘Zaliv Zornitsa’ \'za-liv zor-'ni-tsa\) — 7 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Varna yarımadası sahillərindən 3.1 km şimalda yerləşmişdir. Rove burnu ilə Skesa burnu arasında, II İohann pavel yarımadasından qərbdə yerləşmişdir. Buxta şimal-şərqi, cənub-şərqi, cənub-qərbi Bolqarıstanda yerləşən Zornitsa şəhərinin adını daşıyır. Zornitsa buxtası 62°34′10″ c. e. 60°50′50″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Komitas Vartabed
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Kotvitsa Kolobjeq FK
"Kotvitsa" Kolobjeq Şəhər Futbol Klubu (pol. Miejski Klub Piłkarski Kotwica Kołobrzeg) — 1946-cı ildə təsis edilmiş, Kolobjeq şəhərini təmsil edən Polşa futbol klubu. Polşa Üçüncü Liqasında çıxış edir. Ev oyunlarını 3,014 tamaşaçı tutumuna malik Şəhər stadionunda keçirir. 1946 – "Kollej-Baltik" İdman Klubu; 1948 – "Koleyaj" İdman Klubu; 1952 – "Barka" və "Budovlani" idman klubları; 1957 – "Barka" İdman Klubu; 1958 – "Kotvitsa" İdman Klubu; 1974 – "Kotvitsa" Təşkilatlararası İdman Klubu; 1992 – "Kotvitsa" Şəhər İdman Klubu; 1997 – "Kotvitsa" Şəhər Futbol Klubu.