Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.