Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korokke
Korokke (yap. コロッケ) — yapon mətbəxinə aid yemək. Bu yemək növü ət, dəniz məhsulları və ya tərəvəz, un, yumurta, çörək parçaları və yağda qızardılmış əlavə edilən xırçıltılı və kartoflu kroket kimidir. Müstəqil yemək və ya digər yeməklərə əlavə olaraq istifadə olunur, məsələn yapon karrisi, tonkatsu. Çox vaxt bento ilə qoyulur. == Tarixi == 1887-ci ildə fransızlar Yaponiyada ilk kroket istehsal etdilər. Bu dövrdə süd emalı texnologiyası Yaponiyada populyar olmadığı üçün kartof püresi ilə korokke istehsal edilməsi düşünülmüşdür. Beləliklə, korokke tezliklə Yaponiya mətbəxinin ayrılmaz tərkib hissəsinə çevrilir. == Növləri == Korokkenin müxtəlif növləri vardır. Məsələn: kartof korokkesi, ət korokkesi, tuna korokkesi, tərəvəz korokkesi, karri korokkesi, boranı korokkesi, kremli korokke və s.
Koronel (Çili)
Koronel — Çili şəhəri. Ərazisi 279 km². 95.527 nəfərdir (2002).
Koolen gölü
Koolen gölü (çuk. Коолён, esk. КоглуЭльгыгытгын) — Rusiyanın uzaq Şərq regionunda, Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşən gölü. Adının mənası çuk. Коолён — «dərin uçurum» deməkdir. == Coğrafiyası == Çukot dənizinin sahilindən 13 km məsafədə, Çukot yarımadasının şərqindəki Aynan silsiləsinin kənarında yerləşir. Ən yaxın yaşayış məntəqəsi 44 km məsafədə yerləşən Lavrentiya kəndidir. Gölün yaxınlığındakı ən yüksək nöqtə Ittıvıt dağıdır (939 m). == Hiodrologiya == Göl tektonik mənşəlidir. Buradan yalnız bir çay axır.
Yelizaveta Korol
Yelizaveta Korol (2 sentyabr 1994) — Qazaxıstanlı atıcı. Yelizaveta Korol Qazaxıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yelizaveta Korol birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 410.6 xal toplayaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Osman Zati Korol
Osman Zati Korol (türk. Osman Zati Korol) (d. 1880 İzmir, Osmanlı İmperiyası – ö. 21.09.1946, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1897-ci ildə hərbi məktəbə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 27 aprel 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi. 29 iyul 1938-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 21 sentyabr 1946-cı ildə Ankarada vəfat etdi.