Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Georgi Kostaki
Georgi Kostaki (yun. Γεώργιος Κωστάκης rus. Гео́ргий Диони́сович Коста́ки, ləqəbi Qrek(yunan); 5 iyul 1913, Moskva, Rusiya imperiyası — 9 mart 1990, Yunanıstan) — yunan əsilli sovet kolleksiyaçısı; rus avanqardizminin tarixində ən böyük kolleksiyaçısı. === Georgi Kostaki haqqında məqalələr === Starr S. F., Costakis G., Rakitin V., Bowlt J. E. Russian avant-garde art. The George Costakis collection. New York. Harry N. Abrams, Inc. 1981. Костаки Георгий. Мой авангард.
Merab Kostava
Merab Kostava (gürcü: მერაბ კოსტავა; 26 may 1939, Tbilisi – 13 oktyabr 1989) — gürcü musiqiçi, dissident və şair, həmçinin Gürcüstanda Milli-Azadlıq hərəkatının liderlərindən biri idi. 1989 -cu ilə qədər Sovet İttifaqına qarşı Gürcüstanda müxalif hərəkata rəhbərlik etdi. Kostava 1939-cu ildə SSRİ -nin Gürcüstan Sovet Sosialist Respublikasının Tbilisi şəhərində anadan olub. 1954 -cü ildə Kostava və Zviad Qamsaxurdiya, paytaxt Tbilisinin əsasını qoymuş orta əsr gürcü kralı Vaxtanq Qorqasalinin xatirəsinə həsr olunmuş gürcü gənclər "Qorqasliani" təşkilatını qurdular. 1956-1958-ci illər arasında Kostava, Qamsaxurdiya və bu təşkilatın bir neçə üzvü ilə birlikdə "anti-sovet fəaliyyətinə" görə DTK tərəfindən həbs edildi. Kostava və Qamsaxurdiaya qarşı irəli sürülən ittihamlara anti-kommunist ədəbiyyatın yayılması və elanlar daxil idi. Kostava 1962 -ci ildə Tblisi Dövlət Konservatoriyasını bitirdi. 1962–1977 -ci illərdə Tbilisidə yerli musiqi məktəbində müəllim idi. 1973 -cü ildə Kostava və Qamsaxurdiya İnsan Hüquqlarının Müdafiəsi Təşəbbüs Qrupunu yaratdılar. 1976-cı ildə Kostava, Gürcüstan Helsinki Qrupunu (daha sonra 1989-cu ildə Gürcüstan Helsinki Birliyi adlandırıldı) təsis etdi.
Kostas Chrysogonos
Kostas Krizoqen (d. 7 iyun 1961, Serres) — Kostas Krizoqen Konstitusiya Hüququ üzrə professor, Avropa Parlamentinin Üzvüdür və"Radikal Solçu Koalisiyası" siyasi qrupunu təmsil edir. == Təhsil == O Saloniki Aristotel Universitetində hüquq fakültəsini bitirmişdir. 1983-cü ildə Bakalavr pilləsindən fərqlənmə ilə məzun olmuşdur (10 üzərindən 9.90). 1987-ci ildə o Almaniyanın Hannover şəhərində yerləşən Gottfried Wilhelm Leybnits universitetindən doktorluq adını fərqlənmə (Magna Cum Laude) ilə qazanmışdır. == Akademik fəaliyyəti == 1990-ci ildə Saloniki Aristotel Universitetinin Hüquq Fakültəsində müəllim təyin olunmuş, 1993-ci ildə isə dosent köməkçisi olmuşdur. 1999-ci ildə dosent və 2003-cü ildə Konstitusiya Hüququ ixtisaslaşması üzrə Professor olmuşdur. O bir neçə il Hakimlər Milli Akademiyası və Hellenik Açıq Universitetində Konstitusiya Hüququ üzrə mühazirələr demiş, Regensburg Universitetində və Hannover Universitetində qonaq Professor kimi fəaliyyət göstərmişdir. Onun 16 kitabı nəşr edilmişdir hansı ki bu kitablardan bəziləri “Konstitusiya Hüququ” və “Xüsusi və Sosial hüquqlar” sahəsində stolüstü kitablardır və yunan universitetlərində tədris vəsaiti kimi istifadə olunur, o cümlədən hüquq jurnallarında və yunan, alman, ingilis dillərində redaktə edilmiş kitablarda 100-dən artıq elmi məqalənin müəllifidir. == Siyasət == Kostas Krizoqen SYRIZA Yunan siyasi partiyasına qoşulmuşdur (Yunan Radikal Solçu Koalisiya) və 2014 Avropa seçkilərində Avropa Parlamenti üçün namizədliyini irəli sürmüşdür.
Kostas Krizoqen
Kostas Krizoqen (d. 7 iyun 1961, Serres) — Kostas Krizoqen Konstitusiya Hüququ üzrə professor, Avropa Parlamentinin Üzvüdür və"Radikal Solçu Koalisiyası" siyasi qrupunu təmsil edir. == Təhsil == O Saloniki Aristotel Universitetində hüquq fakültəsini bitirmişdir. 1983-cü ildə Bakalavr pilləsindən fərqlənmə ilə məzun olmuşdur (10 üzərindən 9.90). 1987-ci ildə o Almaniyanın Hannover şəhərində yerləşən Gottfried Wilhelm Leybnits universitetindən doktorluq adını fərqlənmə (Magna Cum Laude) ilə qazanmışdır. == Akademik fəaliyyəti == 1990-ci ildə Saloniki Aristotel Universitetinin Hüquq Fakültəsində müəllim təyin olunmuş, 1993-ci ildə isə dosent köməkçisi olmuşdur. 1999-ci ildə dosent və 2003-cü ildə Konstitusiya Hüququ ixtisaslaşması üzrə Professor olmuşdur. O bir neçə il Hakimlər Milli Akademiyası və Hellenik Açıq Universitetində Konstitusiya Hüququ üzrə mühazirələr demiş, Regensburg Universitetində və Hannover Universitetində qonaq Professor kimi fəaliyyət göstərmişdir. Onun 16 kitabı nəşr edilmişdir hansı ki bu kitablardan bəziləri “Konstitusiya Hüququ” və “Xüsusi və Sosial hüquqlar” sahəsində stolüstü kitablardır və yunan universitetlərində tədris vəsaiti kimi istifadə olunur, o cümlədən hüquq jurnallarında və yunan, alman, ingilis dillərində redaktə edilmiş kitablarda 100-dən artıq elmi məqalənin müəllifidir. == Siyasət == Kostas Krizoqen SYRIZA Yunan siyasi partiyasına qoşulmuşdur (Yunan Radikal Solçu Koalisiya) və 2014 Avropa seçkilərində Avropa Parlamenti üçün namizədliyini irəli sürmüşdür.
Kostas Mendilor
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; 3 sentyabr 1965, Melburn) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Polis bölməsi dramında Kenni roluna və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. == Həyatı == Mendilor Melburnda Peloponnesdən yunan imminqrantlarının oğlu olaraq dünyaya gəlmişdir. Kostasın atası – taksi sürücüsü olan Yannis Feodosopulos Tripolisdə anadan olub. Kostasın anası Luiz (qızlıq soyadı ilə Mendilaris) Kalamatalıdır. Öz soyadı çox uzun olduğundan anasının qızlıq soyadını özləşdirərək götürmüşdür. O, Sent-Kildada və Cənubi Melburnda böyüyüb. Mendilor ABŞ-yə, aktyorluq dərsi aldığı yerə 1987-ci ildə köçüb.
Kostas Mitroglu
Kostas (Konstantin) Mitroğlu (12 mart 1988, Kavala[d]) — "PSV" və Yunanıstan futbol komandalarında hücumçu mövqeyində oynayan futbolçu. Mitroğlu qol atma bacarığı səbəbi ilə fanları tərəfindən "Mitrogoal" ve "Pistolero" ləqəbləri ilə tanınır.
Andrey Kotska
Andrey Andreyeviç Kotska (ukr. Андрій Андрійович Коцка; 23 may 1911, Ujqorod – 3 sentyabr 1987, Ujqorod) — Ukrayna-sovet rəssamı. Ukrayna SSR əməkdar incəsənət xadimi (1971), Ukrayna SSR xalq artisti (1982). == Həyatı == Andrey Andreyeviç Kotska 23 may 1911-ci ildə Avstriya-Macarıstan dövlətinin bir hissəsi olan Ujqorod şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931-ci ildə Ujqorodda ictimai rəsm məktəbini bitirmişdir. Kotska Adalbert Erdeli və İosif Bokşayın şagirdi olmuşdur. O, təhsilini Roma Rəssamlıq Akademiyasının monumental rəssamlıq şöbəsində davam etdirmiş, buranı 1942-ci ildə bitirmişdir. Kotska 1946-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1977-ci ildən SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin üzvü və Ukrayna SSR Rəssamlar İttifaqı İdarə Heyətinin Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Kotska 1932-ci ildən rəsm sərgilərində iştirak etmişdir.
Kostas Tsimikas
Kostas Tsimikas (12 may 1996, Saloniki) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Yozef Kostka
Yozef Kostka (slovak. Jozef Kostka) — Slovak heykəltaraş və müəllim, müasir Slovak heykəltaraşlığının banisi. Yozefin ilk müəllimi dulusçu Ferdis Kostka olub. 1932-ci ildə Yosef Praqa İncəsənət Akademiyasına daxil olur və burada professor Karl Dvojakadan memarlıq və dizayn üzrə təhsil alır. 1938-ci ildə Nyu-Yorkda Slovakiya incəsənətinin sərgisində iştirak etmişdir. 1938-1939-cu illərdə Parisdə İncəsənət Məktəbində təhsil almışdır. Kostka Slovakiyanın müharibədən sonrakı mədəniyyətinin banilərindən biridir. O, Slovakiyaya 20-ci əsrin çex heykəltaraşlıq məktəbinin impulslarını, eləcə də Avqust Rodendən Aristid Maillola qədər fransız heykəltaraşlığını gətirir. Onun ilk heykəlləri: Dəsmalı qız (1939), Poeziya (1939-42), Gecə (1940), Yuxu (1941-42), Qırx dördüncü il (1944) bu gün Slovakiya müasir heykəltaraşlığının qızıl fonduna aiddir. 1940-1949-cu illərdə İosif Kostka Slovakiya Texniki Universitetinin Rəssamlıq və təsviri incəsənət fakültəsində işləyib, sonradan Gözəl Sənətlər Kollecinə çevrilən modelləşdirmə sənəti ixtisasına yiyələnib.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
Kostas Mendilorun filmoqrafiyası
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; d. 3 sentyabr 1965) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Taxta çəpərlər dramına və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. Mendilorun ilk əsas rolu 1989-cu ildə Auşvitz həbs düşərgəsində çəkilən Zəfər ruhu filmində avropalı yəhudi Avram Arux roludur. O, rejissor Oliver Stoun ilə görüşmək üçün Los-Ancelesə qayıtdı və müəyyən danışıqlardan sonra 1991-ci ildə çəkilən Dorz filmində italyan rolunu qəbul etdi. Mendilor Qanqsterlər filmində amerikan mafiyası bossu Frenk Kostello rolu ilə baş rolda oynamışdır. Özünü bu rola zehni olaraq hazırlayırdı. Los Angeles Times qəzetinə demişdir: 1992-ci ildə o, CBS-də yayımlanan televiziya dramı "Taxta çəpərlər"də dram 1996-cı ildə bitənə qədər zabit Kenni Lakos rolunu aparmışdır.
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.