Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kotordır
Kotordır — elə də böyük olmayan, Şərqi Sibir dənizində Anju adaları qrupuna daxil ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Faddeevski yarımadası yaxınlığında Qedenşetrom körfəzində yerləşir. Şimal-qərbdən cənub-şərqə uzanmış formadadır. Quşluqdan ibarətdir. Adada daimi yaşayış məntəqəsi yoxdur.
Kocori
Kocori ( gürc. კოჯორი ) - Gürcüstanda Tbilisi bələdiyyəsi daxilində şəhər tipli qəsəbə və dağ kurortu. Ölkənin ən yaxşı kurortlarından biridir. Kocori dəniz səviyyəsindən 1302-1400 metr yüksəklikdə, Tiflis mərkəzindən 18 km məsafədə yerləşir . Əhalinin böyük əksəriyyəti gürcülərdir, 90-cı illərin əvvəllərindən bəri Kocoridə yaşayan Abxaziyadan 100 qaçqın ailəsinin rəsmi qeydiyyata alındığı da bildirilir . Dağlarda yerləşən iqlimi ilə bir çox turist cəlb edir. Kocori sümük və ağciyər vərəmi olan xəstələr üçün sanatoriyalara malikdir. Yerli əhali turizm sektorunda işləyir. == Ümumi məlumat == Kocori kəndi Borjomi və Bakuriani kimi məşhur kurortlarla yanaşı, Gürcüstanın ən yaxşı kurort yerlərindən biridir. Qəsəbənin yaxınlığında mənzərəli meşəlik ərazidə kiçik çaylar və şəlalələr olan bir neçə dağ sanatoriyası var.
Kotor
Kotor (mont. Котор/Kotor, serb. Котор/Kotor, xorv. Kotor, it. Cattaro, lat. Acruvium, yun. Ασκρήβιον) — Monteneqroda şəhər. Kotor icmasının inzibati mərkəzidir. Adriatik dənizinin Kotor körfəzi sahilində yerləşir. Tarixən Kotor və ətraf ərazilər Dalmasiya bölgəsinə aiddir.
Daucus kotovii
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Komorin burnu
Komorin burnu (tam. கன்னியாகு) Kanniyakumari, Kumari (tam. கன்னியாகுமரி, ing. Cape Comorin) — Hindustan yarımadasının cənub qutaracağında yerləşən daşlı burun. Burun Qərbi və Şərqi Qat dağlarınınbutaracağı olmaqla yanaşı Ərəbistan dənizi, Benqal körfəzi və Hind okeanının qovuşduğu yerdir. Komorin burnu Hindistanın tarixi Malabar və Koromandel sahilləreini əhatə edir. Burunun şimal hissəsində kanyakumari şəhəri yerləşir. Komorin yaxınlığında adada zəvvarlar arasında məşhiur olan Vivekanandanın məqbərəsi vardır. belə ehtimal edilir ki, əfsanəvi Lemuriya Komorin burnundan cənubda yerləşir. Hindistanın materik ərazisinin ən ucqar cənub nöqtəsi olsa da, ölkənin ən ucqar cənub nöqtəsi İndira burnudur.
Polygonum kotovii
Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Kodori çayı
Kodori və ya Kodor (abx. Кәыдры [Kudrı], gürc. კოდორი [Kodori]) — Gürcüstanın şimalında Abxaziya ərazisindən axır. Çay Suxum şəhərindən 20 km cənub-şərqdə Qara dənizə tökülür. Kodori çayı öz başlanğıcını Qafqaz silsiləsinin Naxar aşırımına yaxın ərazidən götürür. Sərhəddə Qaraçay və Qrandra yerləşir. İki dağ çayı olan Saken və Qrandra çaylarının birləşməsindən əmələ gəlir. Saken Kodorinin ən böyük qoludur. Sağdan Klıç çayını qəbul edir. Burada çay ensiz və gözəl mənzərəli dərədən axır.
Li Kotomi
Li Kotomi (りことみ, Ri Kotomi, 26 dekabr 1989, Tayvan) və ya Li Sinfen (çin. 李琴峰) – Çin və yapon dillərində yazan Tayvan yazıçısı. O, Akutaqava mükafatına layiq görülən ilk tayvanlı yazıçıdır. == Həyatı == Li Kotomi 1989-cu ildə Tayvanda doğulmuşdur. 15 yaşında yapon dilini öyrənməyə və Çin dilində bədii əsərlər yazmağa başlamışdır. Milli Tayvan Universitetindən məzun olduqdan sonra 2013-cü ildən Yaponiyada yaşayır. Vaseda Universitetində təhsil aldıqdan sonra yapon dilində yazdığı ilk romanı olan "Solo rəqs" romanına görə 2017-ci ildə Qunzo Yeni Yazıçı Mükafatına layiq görülmüşdür. Kitabın Çin dilinə tərcüməsi Tayvanda nəşr olunmuşdur. Bundan sonra həm çincə, həm yaponca yazmağa davam etmişdir. 2019-cu ildə yapon dilində yazdığı "Beşə qədər saysan aypara" romanı Akutaqava mükafatına namizəd göstərilmişdir.
Teruyuki Katori
Teruyuki Katori (yap.
Kotor körfəzi
Kotor körfəzi (mont. Boka Kotorska) — Monteneqronun cənub-qərbində, Xorvatiyanın cənubunda yerləşən körfəz. Körfəz Adriatik dənizində yerləşmiş olub fiord tipli qıvrımlı çıxıntıya oxşayır. Təbii bir liman olan Kotor dar boğazlarla bağlanan 4 hissədən ibarətdir. Körfəzin ətrafında dik dağlar uzanır. Narınc meyvə tipli bitkilərin yetişdiyi bu körfəzdə bir çox turistik təsis tikilmişdir. == Geologiya == Kotor körfəzi Kuaterner dövründə bu bölgədəki düzənliklərin su altında qalması nəticəsində yaranmışdır. Yanında Lovsen və Orjen dağlarının yüksəldiyi, sahillərin girintili-çıxıntılı olduğu dərin körfəzdir. Körfəz Verij boğazı ilə bir-birindən ayrılan 2 böyük hövzədən ibarətdir. (Tivat körfəzi, Kotor və Risan körfəzi.) == Tarix == Körfəzin ətrafındakı kiçik quru yolları turizm təsislərini bir-birinə bağlayır.
Kotoy (Uçalı)
Kotoy (başq. Ҡотой, rus. Кутуево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 16 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kodori krizisi (2001)
2001-ci il Kodori krizisi Gürcüstanın Kodori dərəsində 2001-ci ilin oktyabrında gürcü (etnik çeçen döyüşçüləri tərəfindən dəstəklənən) və abxaz qüvvələri arasındakı qarşıdurma idi. Böhran ABŞ-nin Əfqanıstana eyni vaxtda hücum etməsinə yönəlmiş dünya mediası tərəfindən əhəmiyyətli dərəcədə diqqət görmədi. Döyüş ən az 40 nəfərin ölümü ilə nəticələndi.
Polygonum patulum subsp. kotovii
Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.
Kotorun təbii, mədəni və tarixi rayonu
Kotorun təbii, mədəni və tarixi rayonu (mont. Природни и културно-историјски регион Котора) — Monteneqroda yerləşən və 1979-cu ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən obyekt. Bura köhnə Kotor şəhəri (it. Cattaro), Kotorun müdafiəsi tikililəri və Kotor körfəzinin əhatə edən daxili şəhər ətrafı ərazilər daxildir. YUNESKO-nun təsvirində qeyd olunduğu kimi, "Orta əsrlərdə, Monteneqronun Adriatik sahilindəki bu təbii liman məşhur bənnaların və ikon rəssamları məktəbləri olan əhəmiyyətli bir sənət və ticarət mərkəzi idi". == Təsviri == === Köhnə şəhər === Köhnə şəhər Kotor divarları içərisində yerləşir. Yaxşı qorunur və görkəmli binalarla, o cümlədən Müqəddəs Trifon Katolik Katedralı (1166-cı ildə tikilmişdir) ilə bərpa edilmiş orta əsr şəhər mənzərəsinə malikdir. === Kotor istehkamları === İstehkamlar orta əsrlər Kotor şəhərini qorumaq üçün müdafiə olunan hərbi qurğular sistemindən ibarətdir. Bunlara Müqəddəs Yəhya dağına qalxacaq qapıları və bünövrələri olan şəhər divarları, Müqəddəs Yoanna qalası (San Giovanni) və dəstəkləyici qurğular daxildir. Bəzi obyektlər Roma və Bizans dövrlərinə aid olsa da, istehkamların əksəriyyəti Venesiya Respublikası dövründə qurulmuşdur; sonralar bəzi dəyişikliklər Avstriyalılar tərəfindən edilmişdir.