Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kottej əməliyyatı
Kottej əməliyyatı — ABŞ ordusunun İkinci Dünya müharibəsi zamanı Sakit Okean Kampaniyası dövründə Kiska adasını yapon qüvvələrindən azad etmək əməliyyatı. Əməliyyat 1943-cü il avqustun 15-dən 24-dək baş verir. Bütün yapon qoşunlarının əməliyyat başlamazdan əvvəl adanı tərk etməsinə baxmayaraq, manevrlər və eniş zamanı Amerika qoşunları dost atəşindən onlarla əsgər itirmiş və yaralanmışdır. Əlavə olaraq “Abner Reed” esminesi Yapon minasına toxunaraq zədələnir və partlayış zamanı 71 nəfər həlak olur. == Öncəki vəziyyət == Kiska adası 1942-ci ilin yayında yapon dəniz piyadalarının adaya enərək ABŞ Hərbi Dəniz Qüvvələrinin meteostansiyasını məhv etməsindən sonra Yaponiyanın işğalı altına düşür. Sonradan adada Amerika kəşfiyyatına görə təxminən 10 min nəfər olan əhəmiyyətli bir qarnizon yerləşdirilir. İşğal zamanı yaponlar adada və onun ətrafında 2,5 min insan itirir. Kiskanın tutulması Aleut kampaniyasına son qoymalı idi və Amerika komandanlığı Attu uğrunda qanlı döyüşü xatırlayaraq əhəmiyyətli qüvvələr endirməyi planlaşdırırdı. Adak adasının ərazisində 100-dən çox gəmi cəmlənmişdi, desant qüvvələri 30 min amerikalı piyada və 5,5 min kanadalıdan ibarət idi. Bundan əlavə, iyul ayının sonundan etibarən Kiska hava hücumlarına və dənizdən atəşə məruz qalırdı.
Kottec
Kottec (ing. Cottage) — şəhər kənarında, fəhlə qəsəbəsində, və sairədə bir ailəlik kiçik ev. Müasir dövrdə kəndlərdə və istirahət mərkəzlərində rast gəlinir. Azərbaycan dilinə bu söz rus dilindən "коттедж" sözünün alınası ilə keçmişdir. == Etimologiya == Kottec (orta əsr latın cotagium) sözü qədim ingiliscə çarpayı, cote "daxma" və köhnə fransız dilində çarpayısı "daxma, kottec", qədim norsca kot "daxma" sözündəndir və orta aşağı alman dilindəki kottenin (kottec, daxma) sözlərinə aiddir. Buna misal olaraq 15-ci əsrə aid malikanə saraylarında rast gəlmək olar. Kottec evinin Latın dilindəki versiyası: "domus", idi. Kottecin anbarı isə "qranjia" adlanırdı. == Britaniya və İrlandiyada müasir dövrdə istifadəsi == Populyar müasir mədəniyyətdə kottec termini daha ümumi və romantik kontekstdə istifadə olunur və istənilən dövrə aid ola bilər, lakin bu termin adətən müasir olmayan yaşayış evlərinə tətbiq olunur. Köhnə, Viktoriyadan əvvəlki kotteclərin hündürlüyü azdır və əksər hallarda karkas taxtaları görünürdə qalır, bəzən yaşayış sahəsi içinə daxil olur.
Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.
Cozef Kotten
Cozef Çeşir Kotten (ing. Joseph Cheshire Cotten; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir. == Erkən həyatı == Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır. == Orson Uellslə əməkdaşlıq == Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı.
Şri Cayavardenepura Kotte
Şri Cayavardenepura Kotte (sinh. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, tam. ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே) — Kolombonun cənub hissəsində yerləşir, əhalisi 115 min nəfər. (2008-ci il).Şri-Lanka'nın qanunverici paytaxtıdır. Cayavardenepura ifadəsi sinhal dilində "gələcək qələbələr şəhəri" deməkdir. Bu ad şəhərə qurucusu Alaqakkonaray tərəfindən verilib və keçmiş prezident Cunius Riçard Cayavardeneyə aidiyyatı yoxdur. "Kotto" tamil dilində "qala" deməkdir. Kotte sinhal dövlətinin 1415—1565ci illərdə paytaxtı olub. Ada Portuqaliya tərəfindən tutulandan sonra paytaxt Kolomboya köçürülüb. 1979-cu ildə paytaxt köhnə yerə köçürülür, müasir adı da saxlanmaqla köhnə adı qaytarılır.