Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koçani qalaları
Koçani qalaları — Şimali Makedoniyanın Koçani şəhərində yerləşən memarlıq abidələri kompleksi. Qalaların XVII əsrin ikinci yarısında tikilməsinə baxmayaraq, onları xalq arasında “orta əsr qalaları” da adlandırırdılar. Koçana qalaları şəhər Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə tikilmişdir. Yaxın Şərq memarlığı qalaların dizayn və üslubuna böyük təsir göstərmişdir. Bugünkü tapıntılara görə, Koçani şəhərində və onun ətrafında üç qüllə də tikilib ki, onlardan ikisi şəhərdə - Koçana çayının hər iki sahilində, üçüncüsü isə Dolni-Podloq kəndində yerləşir. Qalalar eyni anda iki funksiyanı: həm yaşayış, həm də müdafiə funksiyasını yerinə yetirirdi. XIX əsrdə tikilmiş qalalardan birinin başında saat da var idi. 1957-ci ildə iki şəhər qalası mədəniyyət abidəsi statusunu aldı. Bu gün onlar Koçani şəhərində XVII əsrə aid yeganə tikililər olaraq qalır. Şəhərin mərkəzində Koçan çayının sağ sahilində yerləşən qala sıx yaşayış massivində yerləşir və hündürlüyü 15,35 metrdir.
Demina-Koçani binası (Taqanroq)
Demina-Koçani binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 47 ünvanında yerləşən bina. Bina XIX əsrin 60-cı illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanı adı onun iki məşhur bina sahiblərinin soy adı ilə əlaqədardır: Marqarita Koçani və Aleksandra Demina. İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 47 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində inşa edilmişdir. Bina kərpiç stilinə malikdir. Binanın ilk sahibi Marqarita Kaçioni olmuşdur.