KONUSVARI, KONUSŞƏKİLLİ
KOOPERASİYA
OBASTAN VİKİ
Konyak
Brendi (konyak) — süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqollu içki.Konyak tünd spirtli içki olub, üzüm şərablarının destilləsindən alınmış konyak sprtini saxlayıb yetişdirməklə hazırlanır. Konyakla üzüm arağı eyni deyildir. Üzüm arağı üzümçülük qalıqlarından (cecə, maya və s.) hazırlanır. Digər tərəfdən konyak özünün qızılı-kəhrəba rənginə, xoşagələn ətrinə və s. görə üzüm arağından fərqlənir. Konyakın tündlüyü 40–57 h.% arasında dəyişir. Konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal olunmağa başlanmışdır. Bu bir növ təsadüfi olmuşdur. Fransa Şarant çayı vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Lakin, gəmidə çəlləklərlə şərabın daşınması çətin və baha başa gəlirdi.
Konyak (rayon)
Konyak (fr. Cognac ) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şaranta. Suprefektura — Konyak. Rayon əhalisi 2006-cı ildə 91 004 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 73 nəf / km². Rayon sahəsi — 1240 km².
Şəmkir Konyak Zavodu
Şəmkir Konyak Zavodu, əvvəllər Şamxor Konyak Zavodu (̣̺azərb-kiril. Шамхор Конјак Заводу) — Azərbaycanda yeyinti sənayesi müəssisəsi. Şəmkir şəhərində, Heydər Əliyev küçəsi 264 ünvanında yerləşir. Zavodun əsası 1923-cü ildə qoyulmuşdur, SSRİ-də ən böyük konyak zavodlarından biri olmuşdur. 3, 4, 5 ulduzlu ordinar, "Göygöl", "Göyçə" və "Bakı" markalı konyaklar, ordinar portveyn, "Ağstafa", "Alabaşlı" və "Kürdəmir" markalı desert şərablar və s. istehsal edirdi. Zavodun 1980-ci illərin ortalarında 8 əsas sexi – konyak, şərab, şərab tullantıları emalı, 1, 2, 3, 4 və 5 nömrəli konyak spirti saxlama sexləri və mexaniki yardımçı sexi var. 1984-cü ildə 768 (1940-cı ildə 20, 1950-ci ildə 30) min dal konyak, 237 (1940-cı ildə 110, 1950-ci ildə 120) min dal şərab istehsal etmişdir.

Значение слова в других словарях

преувели́чивать разу́мник сапо́жница тео́рия артикуля́ция боду́н ве́нчурный горькова́тость зачи́тывание отпра́вить ядреный dendrogram fastigiate frizz goldsmithery hispaniolize incunabulum Marburg disease protectant rickettsia usurp wild vetch девятый краше проблематичный