Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yanda Koçeska
Yanda Koçeska (17 Fevral 1937 – 15 Dekabr 2008) — Polşalı aktrisa. O, 1959-cu il ilə 2008-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Karolina Qoçeva
Karolina Qaçeva (28 aprel 1980 - Bitola, Makedoniya Respublikası) — Makedoniyalı müğənni. 2002, 2007-ci illərdə Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı olub. 1995-ci ildə ölkəsini Me Sakas adlı mahnı ilə təmsil edib və müsabiqədən ayrılıb. 2002-ci ildə Od Nas Zavisli mahnısı ilə Makedoniya Respublikasını təmsil edib və 19-cu yerə layiq görülüb. 2007-ci ildə tərcüməsi Mənim Dünyam mənasına gələn Mojot Svet mahnısı ilə müsabiqəyə qatılıb finala çıxa bilmişdir. Lakin finalda 73 balla 14-cü yerə layiq görülmüşdür.
Mariya Koleva
Mariya Koleva (10 avqust 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. Mariya Koleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.