Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
KPV
14.5 mm-lik KPVT iriçaplı tank pulemyotu zirehli nəqliyyat vasitələrinə, döyüş katerlərinə, səyyar və stosionar qurğulara quraşdırılır. 2000 metr məsafədə yüngül zireli hədəfləri, atəş gücü ilə düşmənin canlı qüvvəsini, 1500 metr yüksəklikdə isə hava hədəflərini məhv etmək üçün təyin edilib. Hava və yerüstü hədəflərə yandırıcı zirehdələn B32 patronlarla və zirehdələn izburaxan VZT (B3T) patronları ilə atəş açır. BRDM-2, BTR (BTR-60PB, BTR-70, BTR-80) kimi texnikaların əsas silahıdır.
Kod
Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir. Kod sözü digər mənalarda da işlənə bilər: Şərti siqnallar sistemi; Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi) İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədi ilə yaradılan şərti işarələr və ya siqnallar sistemi; Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi. Mənbə kodu Açıq kod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
RPD
RPD (ru: Ручной Пулемёт Дегтярёва (ППД) Ruçnoy Pulemyot Degtyaryova; “Degtyarov Portativ Pulemyotu”) Sovet istehsalı olan 7.62 mm-lik yüngül pulemyot növüdür. Silah - Vasili Degtyaryov tərəfindən İkinci Dünya Müharibəsinin sonuna doğru – 1944-cü ildə DP-28-ləri əvəz etmək üçün hazırlanmışdır və əksər manqaların qabaqcıl avtomatik silahı hesab olunurdu. Lentlə qidalanan silahdır və 7.62x39 mm-lik güllələri daşımaq üçün 75 və ya 100 mərmilik lenti əsasən silahın altına quraşdırılmış dairəvi maqazin içərisində saxlanılır. Silahın effektiv diapazonu istifadə ediləcək müvafiq optik nişangah ilə birlikdə 800 metrə çatsa da, ümumi istifadəsi 500 metrə qədərdir. Silahın boş çəkisi standart bipodu ilə birlikdə 7.4 kq, tam uzunluğu 1037 mm və lülə uzunluğu 520 mm-dir. 1960-cı illərdə RPK və PK ilə əvəz olunsa da, bu gün də bəzi ordu birləşmələri və partizan dəstələri tərəfindən istifadə olunur. RPD Sovet İttifaqından kənarda Çində Type 56 və Type 56-1, Şimali Koreyada Type 62 adı altında, həmçinin Polşa və Misirdə də lisenziyalı olaraq istehsal olunmuşdur. Silahın kalibri 7.62 mm, istifadə etdiyi mərminin ölçüsü 7.62x39 mm, işləmə mexanizmi qaz işləmə, arxaya təpməli, atış sürəti dəqiqədə 650-750 mərmi, mərminin çıxış sürəti 735 m/s, silahın ümumi olaraq effektiv mənzili müxtəlif vasitələrdən istifadə edilməklə 100 metrdən 1 kilometrə kimi dəyişir.
Açıq kod
Açıq proqram təminatı (ing. open-source software), həmçinin açıq kod və ya açıq mənbə — açıq mənbə kodu olan proqram təminatı. Bu cür proqramların mənbə kodu baxmaq, öyrənmək və dəyişdirmək üçün mövcuddur. Bu, istifadəçi üçün qəbuledilməz olan zəifliklərin və funksiyaların (məsələn, proqram istifadəçisinin gizli izlənilməsi) olmamasını yoxlamağa, açıq proqramın özünün dəqiqləşdirilməsində iştirak etməyə, yeni proqramlar yaratmaq üçün koddan istifadə etməyə və onlarda səhvləri düzəltməyə imkan verir. Bu, lisenziya uyğunluğu imkan verirsə, mənbə kodunu götürməklə və ya istifadə olunan alqoritmləri, verilənlər strukturlarını, texnologiyaları, texnikaları və interfeysləri öyrənmək yolu ilə həyata keçirilir, çünki mənbə kodu sənədləri əhəmiyyətli dərəcədə tamamlaya bilər, olmadıqda isə özü bir növ sənəd kimi xidmət edir. == Tarixi == İlk dəfə olaraq açıq-kod anlayışı Riçard Stolman tərəfindən irəli sürülmüşdür. Riçard Stolman həmçinin GNU layihəsinin və GPL lisenziyasının müəllifidir. GNU/Linux layihəsi istismara buraxılandan sonra açıq-kod ənənəsi bütün dünyaya sürətlə yayılmağa başladı və bir çox proqram təminatı mühəndisləri və proqramçılar açıq-kodlar şəklində öz proqram təminatlarını yaymağa başladılar. == Mövcud açıq-kodlu sistemlər == Hal-hazırda bir çox ciddi sistemlər açıq-kodlar şəklindədirlər. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: Linux ƏS-in kerneli [1] Java [2] NetBeans – proqramlaşdırma mühiti Eclipse – proqramlaşdırma mühiti Blender – 3D modelləşdirmə üçün proqram təminatı OpenOffice – ofis proqramları paketi Mozilla Firefox – veb brauzer və s.
Billi Kid
Billy the Kid (azərb. Uşaq Billi‎) — XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Cek Ked
Cek Ked (1420-1450) — üsyan rəhbəri. == Həyatı == Cek Ked 1450-ci il iyulun 12-də döyüşdə həlak olmuşdur.
Dress-kod
Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması. = Tarixçə = "Dres-kod" termini ilk dəfə Böyük Britaniyada işlənib. Bu termin tez bir zamanda bütün dünyaya yayıldı. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir. = Kodlar = Court dress — müvafiq saray tərəfindən diktə edilən saray geyimi. Formal (Full formal, Full dress, Formal attire) — qadınlar üçün bal paltarı, kişilər üçün ggündüz Morning dress açıq frak və yaxud kostyumla açıq jilet və qalstuk, axşam isə White tie - qara frak və ağ kəpənək. Semi-formal (Smoking, Le Smoking) — qadınlar üçün koktey geyimləri (gündüz) və gecə paltarları (axşam), kişilər üçün isə tünd kəpənəklə smokinq. Informal (Cocktail (old-shttp://az.wikipedia.org/w/index.php?title=Dress-kod&action=edittyle) or Business attire) — rəsmi geyim. Smart casual (Business casual (old-style), Cocktail (new style), Executive Casual, Corporate Casual) — qadınlar üçün cins, bluza ilə yubka, tərzdən asılı olaraq kəmər, pencək, gödəkçə və sviter.
Genetik kod
Genetik kod DNT və ya RNT molekullarındaki informasiyanın yəni triplet ardıcıllığının amin turşu ardıcıllılğına yəni zülal istehsalına keçirilməsi proseslərində istifadə olunan qaydalar məcmusudur. Genetik kodun vacib xüsusiyyətlərindən biri onun kolinearlığıdır, yəni nuklein turşuları kodlarının ardıcılıqları ilə polipeptid zəncirində aminturşularının ardıcıllıqlarının müvafiq olması. DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Lakin bu zəncirin həlqələri eyni deyil – 4 cürdür. Daha doğrusu bu polimer 4 cür nukleotidin birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir. Zülal molekulları DNT-dən RNT vasitəsilə göndərilən informasiya əsasında qurulur.
Kid A
Kid A — İngiltərə rok qrupu Radiohead-in sayca dördüncü musiqi albomu. 2000-ci ildə işıq üzü görən albom qrupun musiqi baxımından bir çox dəyişiklik etdiyi albom hesab olunur. Qrup "Kid A" ilə əvvəlki albomlarındakı brit rok üslubundan eksperimental roka keçid edir.
Kod səhifəsi
Kod səhifəsi (ing. codepage) – MS-DOS əməliyyat sisteminin 3.3 və sonrakı versiyalarında: çeşidli ölkələr üçün simvollar yığınını və klaviatura düzümünü dəstəkləmə vasitəsi. Kod səhifəsi proqramda istifadə olunan simvolların ikilik kodlarına klaviaturanın klavişlərinin və ya həmin simvolların ekran görüntülərinin uyğun qoyulduğu cədvəldir. Bundan başqa, kod səhifəsi müvafiq milli əlifbanın simvollarının sıralanma ardıcıllığını müəyyənləşdirir. İstənilən kod səhifəsinin ilk 128 simvolu standart ASCII yığınına, sonrakı 128 simvol isə genişləndirilmiş ASCII yığınına uyğun olur və hər bir kod səhifəsi üçün unikal olur. Displey və klaviatura kimi qurğuların konfiqurasiyasını konkret kod səhifəsinin tətbiqinə, eləcə də istifadəçinin istəyinə uyğun olaraq bir kod səhifəsindən başqasına və əksinə keçmək imkanına kökləmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
PPD-40
PPD-40 (rus. Пистолет-пулемёт Дегтярёва) - sovet istehsalı olan bir avtomatik silahdır. Silah Vasili Degtyaryov tərəfindən 1934-cü ildə tərtib edilmiş və ənənəvi taxta qundağa və çoxlu atış seçiminə sahib idi. Əsasən İkinci Dünya Müharibəsi dövründə istifadə edilmiş və yerini sonralar PPŞ-41 ilə əvəz olunmuşdur. Bəslənmə sistemi 20 mərmilik maqazin və ya 71 mərmilik dairəvi maqazindir. Lülə uzunluğu 273 mm, atış sürəti dəqiqədə 800-1000 mərmi, mərminin çıxış sürəti 490 m/s, effektiv mənzili 200 m təşkil edir.
QR-kod
QR kodu (ing. Quick Response code — "Tez cavab") — ştrix kodların növlərindən biri. "Quick Response" ("tez cavab") sözlərinin abreviaturasıdır. 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş matrisli kod (ikiölçülü barkod). Yaponiyada böyük populyarlıq qazanmış barkodun (BAR CODE) getdikcə tələbatı ödəməməsi, yəni onun vasitəsilə kodlaşdırılan informasiyanın həcminin məhdud olması səbəbindən yaranıb. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. == Tarixi == 1994-cü ildə təkmilləşdirilmiş QR kodunun patenti Yaponiyanın Denso şirkətinə aiddir. == Statistik göstəriciləri == Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür. == Xüsusi qeydlər == Ən böyük QR kodu Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanmışdır. Onlar bunu özlərinə məxsus 2,9 hektar qarğıdalı sahəsində hazırlayıblar.
Sətiriçi kod
Sətiriçi kod (en. in-line code ~ ru. встроенный код ~ tr. satır içi kod) – yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqramlara daxil edilmiş assembler və ya maşın dilinin komandaları. Sətiriçi kodlar kompliyatordan asılı olur və bir kompilyatordan başqasına keçdikdə çox ciddi dəyişikliyə uğrayır (əlbəttə, əgər bu, ümumiyyətlə, mümkündürsə). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tomas Kid
Tomas Kid (1558, London – 1594, London) — ingilis dramaturgiyasının ilk görkəmli nümayəndələrindən biri. == Həyatı == Tomas Kid 3 noyabr 1558-ci il anadan olmuş, 13 avqust 1594-cü il vəfat etmişdir.Öz zamanında yaxşı tanınmış, "İspan faciəsi"nin ilk redaktoru olmuşdur.Həyatı haqqında tam məlumat əldə olunmamışdır. == Yaradıcılığı == Onun 1587-ci ildə yaranmış "İspan faciəsi" əsəri 1600-cü ilə qədər London səhnələrindən düşməmişdir. Bu "qisas faciəsidir", "Hamletin sələfidir". Hətta, deyilənə görə, T.Kid bizim dövrümüzə qədər gəlib çatmayan "Hamlet" adlı əsər də yazmışdır. Bu əsərdə qisasın rəmzi fiquru verilmişdir. O, əsərin finalında səhnəyə çıxır və elan edir ki, onun arzuları kədər və qanla yerinə yetirildi. Sonuncu pərdənin son səhnəsində isə bütün iştirakçılar qətlə yetirilir. "İspan faciəsi"ndə ölümlərin sayı "Hamlet"dən xeyli çoxdur. Vilyam Şekspirlə müqayisədə bu əsərin süjeti də həddindən artıq mürəkkəbdir.
.kp
.kp — Koreya Xalq Demokratik Respublikasının internet kodu.
ATK kod N02
N02AA01 Morphine
Billy the kid
Billy the Kid (azərb. Uşaq Billi‎) — XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Dövri ikilik kod
Dövri ikilik kod (cyclic binary code) – ədədlərin ikilik təsvirində hər bir ədədin özündən qabaqkından yalnız bir mərtəbədə fərqlənməsi. İkilik 0 və 1 rəqəmlərinə əsaslansa da, dövri ikilik ədədlər adi ikilik ədədlərdən fərqlənir. Dövri ədədlər Morze koduna çox oxşayan kod əmələ gətirir, adi ikilik ədədlər isə həqiqi qiymətləri ikilik say sistemində göstərir. Dövri ikilik kodda ardıcıl ədədlər yalnız bir mərtəbədə fərqləndiyindən, onlardan ölçü proseslərində xətaları minimuma endirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gertruda (kod adı)
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Keyp-Kod kanalı
Keyp-Kod kanalı - ABŞ-nin Massaçusets ştatında Keyp Kod və Bazzards körfəzlərini birləşdirən süni su kanalı. Kanalın böyük bir qismi Bourn şəhərində yerləşir, lakin onun şimal şərq hissəsi Sendviç şəhərciyinin payına düşür. Skasset Dövlət Çimərlik Qoruğu kanalın şimal girişi boyunca uzanır. Cənubunda isə Massaçusets Dəniz Akademiyası fəaliyyət göstərir. Kanalın uzunluğu 11 km-dir. İlkin təməli 1909-da atılan qurğu 1914-cü ildən fəaliyyətə başlamışdır. == Faunası == Süni qurğu olmasına baxmayaraq kanalda çox sayda balina və delfinlər yaşayır. Burada yaşayan Şimali Atlantika balinası nəsli kəsilmə təhlükəsi altındadır.
Keyp Kod yarımadası
Keyp Kod yarımadası (ing. Cape Cod — «Treska burnu») — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində, Bostondan 120 km aralıda, Massaçusets ştatının ucqar şərq nöqtəsini təşkil edən yarımada. Keyp Kod yarımadası eyni adlı körfəzi Atlantik okeanından ayırır. İlk əvvəllər yarımada materikə birləşik olmuşdur. 1914-cü ildə Keyp-Kod kanalının inşası ilə böyük bir adaya çevrilmişdir. == Coğrafiyası == Yarımada 4 hissəyə bölünür: Yuxarı burun — materikə ən yaxın yerləşən hissə. Şəhərlər: Born, Sendviç, Falmaus və Maşpi. Falmaus şəhərində Buds Houl Okeanoqrafik İnstitut yerləşir. Orta burun — cənub hissədə yerləşir. Çoxlu sayda çimərliklərə sahibdir.
NATO kod adı
NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar. Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. == Adlandırma qaydaları == NATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır. === Kod adları === A — hava-hava tipli raketlər (Air-to-Air missiles) B — bombardman təyyarələri (Bomber) C — yük təyyarələri (Cargo) F — qırıcı təyyarələr (Fighter) G — yer-hava tipli raketlər (Ground-to-Air) H — vertolyot (Helicopter) K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
Yenidən giriləbilən kod
Reentrant code ~ реентерабельный код ~ yineli girilebilen kod ~ yenidən giriləbilən kod – bir neçə proqramın eyni zamanda istifadə edə bildiyi proqram kodu. Məsələn, hansısa proqram yenidən giriləbilən kodu icra edən zaman başqa bir proqram onun icrasını durdura bilər və sonra onu birinci proqram üçün yenidən başlada, yaxud kəsildiyi yerdən davam etdirə bilər. Əməliyyat sisteminin xidməti proqramlarının çoxu yenidən giriləbilən kod kimi yaradılıb ki, bu da bütün çalışan proqramlara xidmət etmək üçün onun təkcə bir kopyasını yaddaşa yükləməyə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
PD Ceyms
PD Ceyms (1920 - 2014) — ingilis yazıçısı. == Həyatı == Ceyms 1920-ci il avqust ayının 3-ü Oksfordda dünyaya gəlib. Yazıçı 1979-ci ilə qədər Daxili İşlər Nazirliyində çalışıb. 1962-ci ildə, 42 yaşında olan yazıçı “Cover Her Face” kitabını yazır və tənqidçilər tərəfindən bəyənilir. Yaratdığı detektiv Adam “Delqliş” obrazı ilə dünyada şöhrət qazanan Ceymsin əsərlərinin bir qismi ekranlaşdırılıb. Onun 1992-ci il tarixli “The Children of Men” romanı əsasında 2006-cı ildə rejissor Alfonso Kuaron tərəfindən film çəkilib. Filmdə baş rolları Kliv Oven və Culianna Mur oynayıb. Ceymsin əsərləri bir çox dillərə çevrilib. 94 yaşlı PD Ceyms İngiltərənin Oksford şəhərində vəfat edib.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Azərbaycan KP
Azərbaycan Komunist Partiyası və ya qısaca AKP— Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirən siyasi partiya. 1952-ci ilədək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və ya qısaca AK(b)P adlanmışdır. == Tarixi == === Quruluşu və Aprel işğalı === 1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. İlk illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakıda şəhər və rayon partiya komitələri, eləcə də qəzalarda 14 qəza partiya komitəsi təşkil olunmuşdu. 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin hərbitexniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürdü. Partiyanın erməni daşnak üzvləri Azərbaycanın müxtəlif bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. 1920-ci il aprelin 24-də Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Bakı komitəsinin birgə qərarı ilə Bakı rayonunun partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və 11-ci Qırmızı Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.
Bed and breakfast
Bed and breakfast, B&B (tərcümədə ing. — "yataq və səhər yeməyi") — müxtəlif evlərdə mövcud olan, qonaqlar üçün yataq və səhər yeməyi xidmətləri təklif olunan mini otel növü. İsraildə B&B-lərə danışıq dilində tzimer (yəhudi dilindən צימער "otaq") deyilir. Hindistanda B&B-nin inkişafını dəstəkləmək üçün hökumət proqramı mövcuddur ki, bu da B&B-ni "qızıl" və "gümüş"ə bölür. Otaq kirayəsini təşviq etmək üçün Havay 1989-cu ildən bəri Oahuda yeni B&B-lərin açılmasını qadağan etmişdir. Hətta böyük kurort mehmanxana kompleksləri "Yataq və səhər yeməyi" qida sistemini təklif edir, yəni otel qonaqları üçün otaq qiymətinə yalnız səhər yeməyi daxildir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.