Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krasnıy
Krasnıy — Xocalı rayonununda kənd. Krasnıy (Rusiya) — Rusiyada kənd. Krasnıy (Belarus) — Belarusda qəsəbə.
Barış Karadeniz
Barış Karadeniz (27 avqust 1975, Sinop) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırış deputatı. == Həyatı == Barış Karadeniz 1975-ci ildə Sinop ilində anadan olub. Muğla Universitetinin İqtisadi bölməsini bitirib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Sinop ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 25 və 27-ci çağırışda Ətraf mühit Komissiyasının, 28-ci çağırışda Kənd təsərrüfatı və meşə məsələləri Komissiyası üzvü olub. İngiliscə bilir. Evlidir.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Krayniy adası
Kraynı — Kara dənizində ada. Kraynı — Oxot dənizində ada.
Sen Anlat Karadeniz
Sən anlat Qara dəniz — Sineqraf imzalı ilk bölümü 24 yanvar 2018-ci ildə yayımlanan, prodüseri Osman Yavaş, ssenari müəllifi Nehir Erdem, Ayşe Ferda Eryılmaz və Erkan Birgören, baş rollarda Ulaş Tuna Astepe, İrem Helvacıoğlu və Mehmet Ali Nuroğlunun yer aldığı Türkiyə istehsalı olan dram televiziya serialıdır. 3 sezondan ibarət olan serial 13 noyabr 2019-cu ildə yayımlanan 64-cü bölümü ilə sona çatdı.
Karadeniz Texniki Universiteti
Karadeniz Texniki Universiteti (KTU) — Türkiyənin Qara dəniz bölgəsində, Trabzonda yerləşən dövlət tədqiqat universiteti. 1955-ci ildə qurulan bu universitet Türkiyənin dördüncü ən qədim universitetidir. Universitetdə 80 kafedra, 12 fakültə və 6 aspirantura var. 2,159 müəllim heyəti və 31,858 tələbəsi ilə Karadeniz Texniki Universiteti Türkiyənin ən böyük universitetlərindən biridir. == Tarixi == 20 may 1955-ci ildə qurulan Karadeniz Texniki Universiteti (KTU) Türkiyənin dördüncü ən qədim universiteti və İstanbul və Ankaradan kənarda qurulan ilk universitetdir. 1963-cü ildə universitetdə Təbiət Elmləri, İnşaat-Memarlıq, Maşın və Elektrik Mühəndisliyi və Meşəçilik fakültələri, 10 il sonra 1973-cü ildə Yer Elmləri və Tibb fakültələri açıldı. Daha sonra Hacettepe Universiteti, Trabzon Universiteti Tibb fakültəsi və KTU Tibb və Sağlamlıq Elmləri fakültələri birləşdirilərək KU Tibb fakültəsi yaradılmışdır. Sonrakı illərdə Qara Dəniz Bölgəsinin bir çox əyalətlərində KTU-nun tərkibinə daxil olan fakültələr və kolleclər açıldı. KTU 1982-2006-cı illər arasında regional universitet kimi fəaliyyət göstərib və strukturunda Artvin Çoruh Universiteti, Giresun Universiteti, Gümüşhane Universiteti, Ordu Universiteti, Rəcəb Tayyib Ərdoğan Universiteti və Trabzon Universiteti də daxil olmaqla 6 universitet qurulub. KTU xüsusilə mühəndislik və memarlıq sahələrində Türkiyənin qabaqcıl təhsil ocaqlarından biridir.