Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Krak
Krak — futbol topu Fərqli görünüşə və dizayna malik olan bu top ilk dəfə 1962-ci ildə Çili - İsveçrə oyununda sınaqdan keçirilib. Ancaq onun bir qədər sərtliyi FİFA-nı yenidən dəyişiklik etmək məcburiyyətində qoydu.
Kral
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Prins — kral ailəsindən olan şəxslərin oğlan övladlarından hər biri, kral oğlu Prinses — kral və kraliçanın qız övladlarından hər biri, kral qızı Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. Avropa III Çarlz , Böyük Britaniya kralı. X Frederik, Danimarka kralı. XVI Karl Qustav, İsveç kralı.
Kran
Kran (qurğu)
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
KrAZ
KrAZ (uk: Кременчуцький автомобільний завод; Rom: Kremençutski avtomobilni zavod; Az: "Kremençuk Avtomobil Zavodu") (АвтоКрАЗ AvtoKrAZ) Ukraynada yerləşən yük maşını istehsalçısıdır. Müəssisə 31 avqust 1945-ci ildə SSRİ dövründə yaradılmış və xüsusilə ağır yükdaşıyan yolsuzluq avtomobilləri və xüsusi avtomobillər istehsalı sahəsində ixtisaslaşmışdır.
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Kral öldü, yaşasın kral!
"Kral öldü, yaşasın kral!" (fr. Le roi est mort, vive le roi!) — müxtəlif ölkələrdə yeni monarxın hakimiyyətə gəlməsindən sonra edilən ənənəvi bəyanat. Görünən ziddiyyətli ifadə eyni zamanda əvvəlki monarxın ölümünü elan edir və yeni monarxı salamlayaraq davamlılığı təsdiqləyir. Bu ifadə məşhur fraza şablonuna çevrilmişdir. İfadənin qismən epanalepsisə borclu olduğu yaddaqalan xarakterini, eləcə də onun tarixi əhəmiyyətini nəzərə alaraq, bu ifadə müntəzəm olaraq varislik və ya əvəzetmə mövzularında məqalələr, redaksiya məqalələri və ya reklamlar üçün başlıq kimi yaranır. Millətlər Liqasının memarlarından Robert Sesil Millətlər Liqasının yekun sessiyasındakı çıxışını "Liqa öldü. Yaşasın Birləşmiş Millətlər Təşkilatı" ifadəsi ilə yekunlaşdırmışdır.
Dan (kral)
Dan və ya Halfdan (dan. Halvdan) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Onun adı orta əsrlərdə yazılmış Skandinaviya ədəbiyyat nümunələrində verilir. Dan adının mənası naməlum olsa da, Halfdan adının mənası Azərbaycan dilində "yarı dan" deməkdir və qədim skandinav dilindən törəyib. Buna baxmayaraq, filoloqlar Dan adının Danimarkanın coğrafi adından daha qədim olduğunu düşünürlər. Kral Danın adı barədə VI əsrdə məşhurlaşmış bir xalq mahnısı mövcuddur. VII əsrdə Danimarka əhalisinə danlar olaraq müraciət edilməyə başlanmışdır.
Daniel Uray
Daniel Uray — Fici Həmkarlar İttifaqları Konqresinin rəhbəri.
Eray Canbərk
Eray Canbərk (1940, İstanbul) — şair, tərcüməçi. 1940-cı ildə İstanbulda doğulub. 1958-ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət İstanbul Universitetinin ədəbiyyat fakültəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb. İlk şeirləri 1960-cı illərin əvvəllərində "Yelkən" dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib. Şeir kitabları: "Lal sular"(1969), "Lal sular"(genişlədilmiş variantı — 1979), "Ürəyim sınan zaman"(1983), "Köhnəlmiş tənhalığa"(Seçmə şeirlər)(1992), "Əbrular"(1997) Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
Erkin Koray
Erkin Koray (24 iyun 1941, İstanbul – 7 avqust 2023, Toronto) – türk musiqiçi. Əsasən rok sənətçisi kimi tanınır və anadolu rokunun yaradıcılarından biri hesab olunur.
Koray Avcı
Koray Avcı (d. 1 yanvar 1984, Ankara) Türkiyə bəstəkarı, musiqiçisi və mahnı şərhçisi. Ankarada doğulub böyüyən Koray Avcı, əslən Ərzincan vilayətinin Tercan rayonundandır. Uşaqlığından bəri rəsm və musiqiyə qarşı marağı var. Musiqi səfərinə Ankaradakı bəzi performans məkanlarında zaman zaman mahnı söyləyərək başlamışdır. Avcı ailəsi övladlarının ali təhsilli bir insan olmasını istəyir və onu elm sahəsində təhsil almasında məcbur edirlər. 2008-ci ildə "Muğla Universiteti Fənn-Ədəbiyyat Fakültəsi Fizika bölümü"nü qazanıb.2010-cu ildə Muğla universitet həyatına davam edərkən Acun Ilıcalının təqdim etdiyi "Yetenek Sizsiniz Türkiye" proqramına yoldaşı Osman Arslan ilə qatılıb "beatbox və Volkan Konak təqlidi" çıxışı nümayiş etdirmiş və 2-ci tura qədər yüksəlmişdir. Muğlada istədiyi və sevdiyi mühiti tapması da, həyatının axarını dəyişdirəcək olan şeyi yaşayır. Hər şey küçədə gitara çalan bir dostunun yanına oturub mahnı söyləməsi ilə dəyişir. O gündən sonra küçələrdə mahnı söyləyərlər.
Kozo Aray
Kozo Aray (d. 24 oktyabr 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 47 oyun keçirib, 4 qol vurub.
KrAZ-255B
KrAZ-255B (rus.
Krab adası
Krab (rus. Oстров Краб) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. Düzgün olmayan, ümumilikdə götürdükdə isə dairəvi formalı, diametri 300 m olan, ümumi silueti yengəcə bənzəyən ada. Öz adınıda buradan almışdır. Nisbətən iri olan Urup adasının cənub-qərb sahilində, Şukin körfəzinin çıxacağında, Kama mənsəbinin qarşı tərəfində yerləşir. Uarxipelaq, rif və qayalar uzanır. İki ada arasında olan boğaz uzanan qayalar sayəsində çəkilmə zamanı 1,5 kmdən 0,4 km-ə qədər azalır. Arxipelaqı adətən duman bürüyür. Bu səbəbdən naviqasiya üçün böyük təhlükə törədir. 1945-ci ildən SSRİ-nin tərkibinə daxil olur.
Kral-Kristian
Kral-Kristian (ing. King Cristian Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları və Sverdrup adaları qruplarına daxildir. Hal-hazırda adada həyat əlaməti yoxdur (2012). Ada Kraliça Yelezaveta adalarının qərbində yerləşir, 13,5 km cənub-qərbdə Ellef-Rinqnes adası qərar tutur ki, Datç boğazı vastəsi ilə ayrılır. Baterst adasını adadan Mak-Klin boğazı ayırır. Sahəsi 645 km², sahil xətdinin uzunluğu 116 km təşkil edir. Adanın uzunluğu 40 km, maksimal eni — 26 kilometrdir. Adanın səthi düzənliklərdən ibarət olaraq hündürlüyü 40–110 metr təşkil edir. Ən hündür nöqtəsi 165 metrdir. Ada ilk dəfə 1901-ci ildə Otto Sverdrup tərfindən kəşf edilir və adlandırılır.
Kral-Vilyam
Kral-Vilyam (ing. King William Island, Eskimos dili ᕿᑭᖅᑕᖅ Kikerktak) — Kanada Arktik arxipelaqına aid ada. Kanadanın şimalında materik hissəsinə yaxın yerləşir. Sahəsi 13 111 km², sahil xətdinin uzunluğu 1289 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 61-ci, Kanadada isə 15-ci yeri tutur. Maksimal ölçüsü 155–120 kilometrdir. Adeleyd yarımadasından şimalda yarləşir və onu Simpson boğazı (3,5 km) ayırır. Şimal, Şimal-şərdə Buthia yarımadası yerləşir və Rey və Ceyms-Ross boğazları ayırır. Qərbdə Viktoriya (ada)sından onu Viktoriya (boğaz) ayırır. Cənub qərbində onun sahillərini Kuin Mod körfəzi yuyur.
Kral-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kral Artur
Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae"(en), "Historia Brittonum"(en) və britaniyalı keşiş Qildanın(en) yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin"(en) kimi erkən dövr bədii mənbələrdə çəkilir, . Aqraveyn Higham, N. J. (2002), King Arthur, Myth-Making and History, London: Routledge, ISBN 978-0-415-21305-9. Charles-Edwards, Thomas M. (1991), "The Arthur of History", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 15–32, ISBN 978-0-7083-1107-3. Sims-Williams, Patrick (1991), "The Early Welsh Arthurian Poems", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 33–71, ISBN 978-0-7083-1107-3. Neubecker, Ottfried (1998–2002), Wappenkunde (in German), Munich: Orbis Verlag, p.
Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
Kral Demusin
Kral Demusin (d. 4 – ö. 44) - Goguryeo krallığının üçüncü kralıdır. 18-44-cü illərdə hökmdarlıq etmişdir.Kral Yurinin oğludur. Ondan sonra hakimiyyətə qardaşı Kral Minjunq keçmişdir.
Kral Dongmyeong
Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir. Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı.