Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krаpinа
Krаpinа (xorv. Krapina) — Xorvatiyanın şimalındakı Krаpinskо-Zаqоrskаya vilayətinin inzibati mərkəzi olan şəhər. Şəhər mərkəzinin əhalisi 4,482 nəfər olduğu halda, şəhərin ümumi əhalisi 12,480 nəfərdir. Krapina Xorvatiyanın dağlıq Zaqorje bölgəsində yerləşir və Zaqreb və Varazdin şəhərlərindən 55 kilometr məsafədədir.
Georgi Krapivka
Georgi Krapivka (tam adı: Georgi Gennadiyeviç Krapivka, rus. Георгий Геннадьевич Крапивка; 22 aprel 2001) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Kuban-2 Krasnodar klubunda müdafiəçi kimi çıxış edən Rusiya futbolçusu. == Karyerası == Krapivka öz peşəkar karyerasında debütünü 23 sentyabr 2017-ci ildə Kuban-2 Krasnodar klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Akademiya Futbola Rostov-on-Don klubuna qarşı oyunda etmişdir.
Kurapika
Kurapika (クラピカ, Kurapika) — Hunter × Hunter-ın baş rolu. Kurta soyunun yaşayan yeganə fərdi olan qara siyahı ovçusu Kurapika, həmçinin Layt Nostrad tərəfindən yaradılan orqanizasiyanın hal-hazırkı lideridir.
Lesya Ukrainka
Lesya Ukrainka (13 (25) fevral 1871, Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası – 1 avqust 1913[…], Surami, Tiflis quberniyası, Rusiya imperiyası) — ukraynalı şairə. == Həyatı == Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur. "Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir. Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.
Katinka Xossu
Katinka Xossu (mac. Katinka Hosszú; 3 may 1989, Peç) — Macarıstan üzgüçüsü. == Karyerası == 2004, 2008, 2012 və 2016-cı ilin Yay Olimpiya oyunlarında oynamışdır. Vasa SC klubunun tərkibində idman fəaliyyətini davam etdirir. “Dərmir qadın” ləqəbi ilə tanınır. 3 dəfə Olimpiya çempionu və 7 dəfə dünya çempionu olmuşdur. Vasas SC (2012–) və Bajai Spartacus SC (–2012) klublarının tərkibində fəaliyyət göstərmişdir. Kollec komandası Cənubi Kaliforniya Universiteti olmuşdur.
Kalinka Bamberskinin qətli
Kalinka Bamberskinin qətli — 1982-ci ilin iyul ayında Almaniya Federativ Respublikasının Lindau şəhərində törədilmiş cinayət. Fransız qadın Kalinka Bamberski 14 yaşında ögey atası Diter Krombaxın evində vəfat etmişdir. Cəsədin tibbi yarılmasının şübhəli nəticələri ilə əlaqədar olaraq qızın atası Andre Bamberski Krombaxın qızının ölümündə əli olub-olmadığını araşdırmaq üçün Almaniya hakimiyyətinə təzyiq göstərməyə başladı. Almaniyada məhkəmə prosesi dayandırldıqdan sonra, 1995-ci ildə Fransa məhkəməsi Krombaxı qiyabi olaraq mühakimə etdi və onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bildi. Alman hökuməti Krombaxın ekstradisiyasından imtina etdiyinə görə 2009-cu ildə Bamberski onun oğurlanması və Almaniyadan Fransaya qaçırılmasında iştirak etdi. Orada Krombax məhkəmə qarışısına çıxardıldı və 2011-ci ildə qəsdlə edilməyən qətil ilə nəticələnən qəsdən bədən xəsarətlərini yetirməkdə təqsirli bilindi. Krombax 15 il müddətinə azadlıqdan məhrum edildə; 2020-ci ilin fevral ayında səhhətinə görə həbsdən azad edildi və həmin ilin 12 sentyabrında Vinzendəki qocalar evində öldü. Öz növbəsində, Fransa məhkəməsi Bamberskini Krombaxın oğurlanmasına görə bir il olmaqla şərti cəzaya məhkum etdi. İnsan oğurluğunda ona kömək edən Anton Krasniçi və Kaça Bablovani bir il həbs cəzası aldılar.\ == Hadisədən öncə == === Andre Bamberski === Andre Bamberski 1937-ci ildə Valansyen şəhərində anadan olmuşdur. Atası Polşadan Fransa kömür mədənlərində işləməyə gəlmişdi.
Mən İngiltərə kralına xidmət etmişəm (film)
Mən ingilis kralına xidmət etmişəm (çex. Obsluhoval jsem anglického krále) çexiyalı rejissor Yirji Menzelin dram janrında çəkdiyi filmdir. 2006-cı ildə ekranizasiya olmuşdur. Film yazıçı Bohumil Hrabalın eyniadlı romanının əsasında çəkilib. Bu film üçün Hrabal əsərlərindən ibarət Menzelin altıncı adaptasiyasıdır. Film ABŞ və Böyük Britaniyada 2008-ci ildə buraxılmışdır. == Süjet == Yan Dite özünün 15 il həbs cəzası müddətinin bitməsinə az qalmış çex həbsxanasından sərbəst buraxılır və o Çexoslovakiya ilə Almaniya sərhədi yaxınlığında yerləşən şəhərin birində məskunlaşır. O asudə vaxtını əvvəllər alman ailəsinə məxsus olmuş, indi isə boş qalan evin bərpası ilə keçirir. Tək tənha yeni evdə yaşayan Yan onun ən böyük arzusu bir milyonçu olmaq olduğunu deyir və beləliklə öz keçmişini xatırlamağa başlayır. Yan karyerasını dəmir yolu stansiyasında sosis və kolbasa satıcısı vəzifəsi ilə başlayır və bu yolla o pulun insanların üzərində necə təsir göstərdiyini, onun hansı gücə malik olduğunu anlayır.
Mən ingilis kralına xidmət etmişəm (film, 2006)