Sredniy adası (Krasnoflotskie adaları)
Sredniy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.
Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 22 km cənubda yerləşir. Daxil olduğu qrupun daxilində yerləşir. 2,5 km şimalda Bolşoy adası, 4,65 km aralıda isə Ploskiy adası yerləşir.
Qərbdən şərqə doğru 2,25 km məsafədə uzanır, eni 1,4 km-dir. Eni şərqə doğru artır. Buzdan tamamən azaddır. Adada iki yüksəklik vardır: 15 m (qərb) və 26 m (cənub-şərq). Sahilinə yaxın elədə böyük olmayan şirinsulu göl vardır.