Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krivaya dili
Krivaya dili (ukr. Крива коса) — qumun toplanması nəticəsində Azov dənizinin şimal-şərq sahillərində formalaşan dil. Dilin ərazisi inzibati cəhətdən Dones vilayətinin Novoazov rayonu Sedovo kənd sovetliyinə daxildir. 2014-cü ilin avqust ayından Ukrayna faktiki olaraq bölgəyə nəzarət etmir. Dil Mariupoldan 50 km, Belosaray dilindən isə 100 km aralıda yerləşir. Dənizin daxilinə doğru 9 km uzanır. Sahəsi 5 ha-dır. Şərq hissəsi olduqca dərin sahil xəttinə malikdir. Qərb hissə dayazlığı ilə seçilir, burada qamış və yosunlar yayılmışdır. Burada on minlərlə quş yumurta qoyur.
Krivaya çayı (Çir)
Krivaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Krivaya çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsənibə 221 km qalmış ona tökülür. Krivaya çayının uzunluğu 56 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 509 km²-dir. Rusiyanın Volqoqrad və Rostov vilayətləri ərazusindən axır. Çay sistemi: Krivaya → Çir → Don → Azov dənizi. == Təsviri == Krivaya çayı öz başlanğıcını Volqoqrad vilayətinin Serafimovski rayonu, Yaqodnı xutorunun şimalından götürür. Burada aşağıya doğru isə Volqoqtad və Rostov vilayətlərinin sərhəddindən axır.