Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arktiçeski burnu
Arktiçeski burnu - Komsomoles adasının ucqar şimal nöqtəsidir. Burun Şimal Torpağı arxipelaqının ən böyük adasında yerləşir. Burun 1913-ci ildə Boris Andreyeviç Vilkinski tərəfindən zabit olan Joxovun şərəfinə adlandırılır. 1931-ci ildə Şimal Torpağına Georgi Andreyeviç Uşakov və Nikolay Nikolayeviç Urvansevin rəhbərliyi ilə kartoqrafik ekspedisiya təşkil edilir. Bundan sonra burun Molotov burnu adlanır. 1950-ci illərdə Arktiçeski burnu adlandırılmışdır. Burundan Şimal Qütbünə olan məsafə 990,7 km təşkil edir. Bu səbəbdən qütbə olan ekspedisiyaların bir çoxu buradan başlayır Arkiçeski burnu Rusiyanın şimal qütbünə ən yaxın nöqtəsi deyildir. Bu adı Fliqeli burnu daşıyır. Burun Rudolf adasında yerləşir.
Arktiçeski İnstitutu adaları
Arktiçeski İnstitut adaları — Kara dənizində yerləşən 4 adadan ibarət аrxipelaq. Taymır yarımadasından 140 km qərbdə yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şimaldan cənuba 45 km, maksimal eni 18 km-dir. Ərazisi əsasən təpəli düzənlikdən ibarətdir. Ən hündür nöqtəsi 25 metrdir (Kusiy Nos). Burada uzunluğu 2 km olan 13 arx vardır. Onlardan birinin uzunluğu 4 km-dir. 9 gölün diametri 250 metri keçir. Ərazisi əsasən Arktik Tundra ərazisinə daxildir.