Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kroliçi adası
Kroliçi adası — Yapon dənizi, Böyük Pyotr körfəzində kiçik bir ada. Yankov yarımadasının şərq sahilindən 280 metr məsafədə, Bezverxovo kəndi yaxınlığında yerləşir. İnzibati cəhətdən Primorsk diyarının Xasan rayonuna aiddir. Adanın cənub-şərq sahilində Kroliçi mayakı quraşdırılıb. Adanın uzunluğu təqribən 400 m, eni 100 m-ə qədərdir. Maksimum hündürlüyü 24,5 m-dir. Bəzi yerlərdə adanı kol-kos basıb. Adanın şimal və qərb sahilləri düzdür və qumlu-çınqıllı çimərliklərdən ibarətdir, şərq və cənub sahilləri isə qayalıdır. Mayak gözətçisi istisna olmaqla, adada daimi əhali yoxdur. Ada məşhur kayak turizm marşrutunun son nöqtəsidir.