Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krotos
Krotos (həmçinin Krot ya Kroton) - yunan mifologiyasında personaj - kentavr. Pan və Yevfemin oğlu. O, at ayaqlarına və satir quyruğuna malikdir. Sosifeyanın satir dramına əsasən o, muzalarla birlikdə Helikonda tərbiyə almış və alicənab olmuşdur. Krotos ox-kamanı və muzaları alqışlamaq üçün əl çalmağı icad etmiş və muzalar ona vəhşı heyvanları ovlamağı öyrətmişlər. Muzaların xahiş və təkidləri əsasında tanrı Zevs onu göyə qaldıraraq ox atan bürcünə çevirmişdir.
Krokoit
Krokoit Pb [CrO4] — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – tünd narıncı-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı-sarı; Parıltı – almaz, azacıq yağlı; Şəffaflıq – yarımşəffaf; Sıxlıq– 5,9-6,1; Sərtlik – 2,5-3,0; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: vertikal cizgili prizmatik, bəzən itiromboedrik, iynəvari; uzunluğu 10 sm-ə çatan iri kristalları məlumdur; Mineral aqreqatları: druzalar, nazik kristallik qabıqlar, qaysaqlar, çubuqvari, nadir hallarda sıx dənəvər əmələgəlmələr, püruzlar. == Mənşəyi və yayılması == Xromlu süxurlar içərisində yerləşən qurğuşunsaxlayan yataqların oksidləşmə zonasında əmələ gələn ekzogen mineraldır. Birlikdə rast gəldiyi minerallar: qalenit, serussit, piromorfit, vulfenit, vanadinit, hötit, hidrohötit, kvars və b. Mineralın tapıldığı yerlər: Beryozov yatağı (Rusiya); Dundas (Tasmaniya adası); Avstraliya; Luson adası (Filippin); Braziliya və b. Azərbaycanda Katex kolçedan-polimetal və Ağyataq civə yataqlarında tapılmışdır. == Tətbiqi == Nadir hallarda rast gəldiyi üçün praktik əhəmiyyəti yoxdur. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Krotone
Krotone (it. Crotone) — İtaliyanın Kalabriya regionunda şəhər.
Protest
Protest – [lat. protestor – etiraz edirəm, sübut edirəm; protestari – təntənəli elan etmək] 1)açıq-aşkar etiraz; 2)hər hansı bir şeylə qəti razılaşmamaq; 3)hüquqşünaslıqda – hər hansı məhkəmə qərarı ilə razılaşmamaq haqqında ərizə, məhkəmə hökmündən rəsmi narazılıq. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kratos
Kratos (God of War)
Kronos
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Kroton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Kratos (mifologiya)
Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir.
Kronos kvarteti
Kronos Kvarteti əsasən San-Fransiskoda fəaliyyət göstərən Amerika simli kvartetidir. Kvartet qırx ildən çoxdur ki, yaradıcılıqla məşğuldur və qrup üzvləri daim dəyişir. Kvartetin yaradıcılığı çox genişdir: müasir klassik musiqi də daxil olmaqla bir çox musiqi janrını əhatə edir. Onlar üçün 900-dən çox əsər yazılmışdır. == Qrupun yaranma tarixi == Kvartet Vaşinqtonun Seattle şəhərində skripkaçı David Harrington tərəfindən təsis edilib. Onların ilk çıxışı 1973-cü ilin noyabrında baş tutub. 1978-ci ildən bəri kvartet Kaliforniya ştatının San Francisco şəhərində fəaliyyət göstərir. Qrupun ən uzun müddət fəaliyyət göstərən üzvləri (1978-dən 1999-a qədər) skripkaçı Harrington və John Sherba, alt simli alət ifaçısı Hank Dutt və violonçeldə Joan Jeanrenaud olub. Qırxdan çox studiya albomu olan və bir çox ökələrdəki möhtəşəm çıxışlarına görə onları "dünyanın ən məşhur" yeni musiqi "qrupu" adlandırırlar və repertuarlarının əhatəliliyinə görə onların fəaliyyəti musiqi fəlsəfi araşdırmaları baxımından yüksək qiymətləndirilib. Kvartet 1999-cu ildə yaranmalarının iyirmi beşinci ildönümünü qeyd edən zaman, qrupun portfoliosunda 600-dən çox əsərdən ibarət repertuar (bura onlar üçün yazılmış 400 simli kvartet də daxil idi), 3000-dən çox çıxış, yeddi ədəd ASCAP birincilik mükafatı (Amerika Bəstəkarlar, Müəlliflər və Naşirlər Cəmiyyəti), klassik və populyar musiqi üzrə Edison Mükafatları var idi, həmçinin 1,5 milyondan çox səsyazmaları satılmışdı.
Kronos körfəzi
Kronos körfəzi — Sakit okean sahillərində, Kamçatkada, Şipunski yarımadası ilə Kronos yarımadası arasında yerləşən körfəz. Uzunluğu 68,5 km, eni 231 km təşkil edir. Dərinliyi 1500 metrə çatır. Sahilləri alçaqdır. Bəzi hissələrdə sıldırımlıdır. Qabarmanın hündürlüyü 2 metrə çatır. Qışda tamamən donur.
Kronos yarımadası
Kronos yarımadası (rus. Кроноцкий полуостров) — Kamçatkanın dörd iri yarımadasından biri. Sakit okean sahillərində, Petropavlovsk-Kamçatski şəhərindən şimalda yerləşir. Yarımada ərazisi və onun ətraf ərazisi Kronos Dövlət Təbiət Qoruğu ərazisinə daxildir. Qoruğun ən görməli yer Tyuevski buzlağıdır. kronos yarımadası Şipunski yarımadasından şimalda yerləşir. Şimalında Kronos körfəzi, cənubunda isə Kamçatka körfəzi yerləşir. Yarımada ətrafı və ərazimdə yerləşən coğrafi obyektlər: Olqa körfəzi, Olqa burnu, Tyuşevka çayı, Vıdrovaya çayı, Kozlova çayı, Kazlova burnu, Kronos burnu, Kamenistaya burnu, Bolşaya Çamka, və Malaya Çamka çayı. Yarımadadan şimalda Storoj çayı və Storoj gökü yerləşir. Ən hündür nöqtəai Aley dağıdır 1313 metrdir.
Krotov adası
Krotov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Rikord adasından 1,8 km cənub-qərbdə, Vladivostokdan 36 km cənub-qərbdə yerləşir. Yaxınlığında yerləşən 4 ada arasında ən hündürüdür. Maksimal hündürlüyü 82 metrdir. Ərazisində enliyarpaq meşə vardır. Şimal-qərbin gilli çimərlik vardır. Şimal-şərq və cənub-qərb sahilləri qayalıdır. Elədə böyük olmayan çimərlik isə cənub-şərq sahilindədir. == İstinadlar == == Mənbə == K-52–12 — Rilevata nel 1972–83. Pubblicata nel 1990.
İşlədici kroton
İşlədici kroton (lat. Croton tiglium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
Toni Kroos
Toni Kroos (d. 4 yanvar 1990) — Almaniyalı yarımmüdafiəçi. Toni Kroos "Real Madrid FK"-da oynayır. Orada 8 nömrə ilə çıxış edir. Boyu 182 santimetrdir. Toni Kroos peşəkar karyerasına 31 yanvar 2009-cu ildə "Bayern Münhen"də başlayır. "Bayern Münhen"də ilk oynunu 18 aprel 2009-cu ildə "Volfsburq" ilə maçda vurur. "Bayern Münhen"lə ikinci oyunu "Borussiya Dortmund" ilə qarşılaşma oldu və bu oyunda o, bir məhsuldar öürmə ilə yadda qaldı. 17 iyul 2014-cü ildən başlayaraq o, La Liqada oynamağa başladı. Toni Kroos La Liqa kulublarından olan "Real Madrid"ə "Bayer Leverkuzendən 27 milyon dollara transfer olundu.
Harold Kroto
Harold Kroto (7 oktyabr 1939[…] – 30 aprel 2016[…]) — britaniyalı kimyaçı, Robert Kerl və Riçard Smolli ilə birlikdə 1996-cı il kimya üzrə — "Fullerenlərin kəşfinə görə" Nobel mükafatı laureatı. Kopli medalının qalibi (2004il). Bakalavr cəngavərləri 1996-cı ildə, London Kral Cəmiyyətinin üzvü (1990il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2006 il), Edinburq Kral Cəmiyyətinin fəxri üzvü (1998 il). == Bioqrafiyası == Harold Kroto Edit və Heinz Krotoşiner ailəsində anadan olub. (Ailə soyadını 1955-ci ildə qısaldaraq Kroto olaraq götürdü.) Onun adı Silezya mənşəlidir. Atasının ailəsi Boyanovodan (Polşa), anası isə Berlindəndir. Onun valideynləri Berlində anadan olublar, lakin atası yəhudi olduğu üçün 1930-cu illərdə Britaniyaya qaçıblar. H. Kroto Boltonda böyüdü və Bolton Məktəbində oxudu, hansıki, İen Makkellen də o vaxt bu məktəbdə oxuyurdu. Uşaqlıqda o, Messano dəstlərinə heyran idi və Kroto qeyd edirdi ki, bu dəstlər ona elmi tədqiqatlar üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək etdi. Sonra kimya, fizika və riyaziyyata marağı yarandı.
Harri Kroto
Harold Kroto (7 oktyabr 1939[…] – 30 aprel 2016[…]) — britaniyalı kimyaçı, Robert Kerl və Riçard Smolli ilə birlikdə 1996-cı il kimya üzrə — "Fullerenlərin kəşfinə görə" Nobel mükafatı laureatı. Kopli medalının qalibi (2004il). Bakalavr cəngavərləri 1996-cı ildə, London Kral Cəmiyyətinin üzvü (1990il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2006 il), Edinburq Kral Cəmiyyətinin fəxri üzvü (1998 il). == Bioqrafiyası == Harold Kroto Edit və Heinz Krotoşiner ailəsində anadan olub. (Ailə soyadını 1955-ci ildə qısaldaraq Kroto olaraq götürdü.) Onun adı Silezya mənşəlidir. Atasının ailəsi Boyanovodan (Polşa), anası isə Berlindəndir. Onun valideynləri Berlində anadan olublar, lakin atası yəhudi olduğu üçün 1930-cu illərdə Britaniyaya qaçıblar. H. Kroto Boltonda böyüdü və Bolton Məktəbində oxudu, hansıki, İen Makkellen də o vaxt bu məktəbdə oxuyurdu. Uşaqlıqda o, Messano dəstlərinə heyran idi və Kroto qeyd edirdi ki, bu dəstlər ona elmi tədqiqatlar üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək etdi. Sonra kimya, fizika və riyaziyyata marağı yarandı.
Kratos (Mortal Kombat)
Kratos (ing. Kratos) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Kratos Şao Kannı öldürdükdən sonra Yer dünyası bir müddətlik xilas olmuşdur. Bu səbəbdən Reyden və Fucin ona öz minnətdarlığını bildirmişlər. "Kratos" personajı "Müharibə Tanrısı" (ing. God of War) adlı videooyun seriyasının əsas personajıdır. 2011-ci ildə hazırlanan yeni "Mortal Kombat" versiya üçün bu personaj oyuna daxil edilmişdi.
Kratos (God of War)
Kratos (yun. Κράτος — "güc, hakimiyyət") və ya Spartanın Ruhu (ing. Ghost of Sparta) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən yaradılan God of War videooyunu seriyasının baş qəhrəmanı. Kratos yunan mifologiyasına əsaslanır. Kratos ilk dəfə 2005-ci ildə satışa buraxılan God of War videooyununda görünmüşdür. Videooyununun müvəffəqiyyəti, baş qəhrəmanı ehtiva edən altı yeni oyunun inkişafına gətirib çıxardı. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi, personajın son təsviri God of War Ascension-da (2013) olmuşdur. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi. God of War oyun seriyası, PlayStation brendi üçün flaqman tituldur.