Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
2K11 Kruq
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Kruq ZRK
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Krüi
Krüi (fr. Cruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 590 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın). Aktiv olmayan 47 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Erl Kluq
Kraq dağı
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Kruk (Vayominq)
Kruk rayonu (ing. Crook County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 887 nəfər olmuşdur. 2005-ci ildə əhalinin sayı 6 182 nəfərə çatmışdır. Rayonun paytaxtı Sandens şəhəridir.
Krum xan
Qorxunc Krum xan (bolq. Крум Страшни; bilinmir, Avar xaqanlığı – 13 aprel 814 və ya 13 aprel 814, Pliska) — Bulqar xanı. 803-814cü illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, qayda-qanun işlənib hazırlanmışdır. == İlk illəri == Krum xan hakimiyyətə gələndən sonra ilk işi Avar xaqanlığına qarşı hücuma keçmək oldu. Ölkənin ərazisi iki dəfə genişlənərək Bulqar dövləti Frankların qonşusu halına gəldi. == I Nikiforla münasibətlər == Krum xan işğalçılıq siyasəti yeridirdi. Buna görə 807-ci ildə, 809-cu ildə ardıcıl hücumlar edərək Sofiya şəhərini ələ keçirmişdi. 11 iyul 811-ci ildə I Nikiforla danışıqlara cəhd etsə də alınmadı, imperator tarixçi Mixailin sözləri ilə bu dərəcədə qəddar idi: Nikifor, Bizans imperatoru, Bulqarların torpağına getdi: Qalib gəldi və çoxunu öldürdü.Onların paytaxtına çatdı, ələ keçirdi və dağıtdı. Onun vəhşiliyi o dərəcəyə çatdı ki, kiçik uşaqları torpağa bərkidib başlarını daşla əzdirtdi.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Krut Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Kruz Halbiç
Kruz Halbiç (d. 28 avqust 2000) — Sent-Vinsent və Qrenadinli üzgüçü. Kruz Halbiç Sent-Vinsent və Qrenadini 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kruz Halbiç birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.54 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 107-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Penelopa Kruz
Penelopa Kruz Sançes (isp. Penélope Cruz Sánchez; 28 aprel 1974[…]) — İspaniya aktrisası və model. İlk televiziya debütünü 16 yaşında ikən edib. == Həyatı == Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. O, saç ustası Ençarna Sançes ve avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe (yaxınları onu bele çağırırdı) həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu onun üçün özünəməxsus "aktyorluq" məktəbi idi. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi. 4 yaşında valideynləri Penelopanı balet sinfine yazdırır.
Ted Kruz
Ted Kruz (ing. Rafael Edward "Ted" Cruz; 22 dekabr 1970[…]) — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Ted Kruz Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, sadəcə 45-ci prezident Donald Trampa məğlub olmuşdur.
Tom Kruz
Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; 3 iyul 1962[…], Sirakuz, Nyu-York ştatı) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı və 3 dəfə "Oskar" mükafatı laureatı olub. == Həyatı == Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus əyalətində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb. Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb.
Karlos Kruz-Diez
Karlos Kruz-Diez (17 avqust 1923[…], Karakas – 27 iyul 2019[…], Nöyi-sür-Sen) — Optik sənət qurucularından sayılan venesuelalı rəssam; kinetik rəsm sənətinin böyük qabaqcıllarından biri. == Həyatı == Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb. Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir. Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – "Fəxri Legion" ordeni ilə təltif edilib. 27 iyul 2019-cu ildə Parisdə vəfat edib.
Krunq-Yuryax çayı
Krunq-Yuryax çayı (arx. Курунг-Юрэх) — Lena çayının qolu. Yakutiya çayı. == Əsas xüsusiyyətləri == Yakutiyanın Jiqan rayonunun çayı olub, uzunluğu 16 km təşkil edir. 534 km yüksəklikdən Lena çayına tökülür.
Manuel Marrero Krus
Manuel Marrero Krus (isp. Manuel Marrero Cruz; 11 iyul 1963, Olqin[d]) — Kubanın Baş naziri vəzifəsini icra edən Kuba siyasətçisi. == Baş nazir fəaliyyəti == === Təyinatı === 2019-cu il Kuba konstitusiya referendumundan sonra, Fidel Kastronun 1976-cı ildə sonuncu dəfə tutduğu Kuba Baş baziri postu bərpa edildi. Prezident Migel Dias-Kanel rəsmi olaraq Marreronun Baş nazir vəzifəsinə namizədliyini irəli sürdü və Baş nazir vəzifəsinə namizədliyi yekdilliklə qəbul edildi. Milli Məclisin 594 deputatı tərəfindən ratifikasiya edilmişdir. Yeni Kuba konstitusiyasına görə baş nazirlərin səlahiyyət müddəti 5 ildir.
Sent-Krua (Averon)
Sent-Krua (fr. Sainte-Croix, oks. Santa Crotz) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12217. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 719 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 434 nəfər (15-64 yaş) arasında 330 nəfər iqtisadi fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 71.2%).
Sent-Krua (En)
Sent-Krua (fr. Sainte-Croix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monlyuel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01342. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 534 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 364 nəfər (15-64 yaş arasında) 292 nəfər iqtisadi cəhətdən, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80,2%, 1999-cu ildə 80.4%). 292 fəal sakindən 280 nəfəri (150 kişi və 130 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Ceffri de Sent-Krua
Ceffri Ernest Moris de Sent-Krua (ing. Geoffrey Ernest Maurice de Ste. Croix; 8 fevral 1910, Makao, Portuqaliya imperiyası – 5 fevral 2000, Oksford, Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə tarixçisi. O, antik dövr üzrə ixtisaslaşmış, marksist olmuşdur. İngiltərə tarixi materializminin aparıcı nümayəndələrindən biri olan de Sent-Krua Böyük Britaniya Kommunist Partiyasının və onun "Tarixçilər qrupu"nun üzvü idi. Britaniya Akademiyasının üzvü olmuşdur (1972).
Covana de la Kruz
Covana de la Kruz (12 iyul 1992) — Perulu marafonçu. Covana de la Kruz Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Covana de la Kruz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 35 dəqiqə 49 saniyəyə qət edərək 157 marafonçu sırasında 36-cı yeri tutdu.
La Krua-syur-Rudul
La Krua-syur-Rudul (fr. La Croix-sur-Roudoule) — Fransanın cənub-şərqində yerləşən kommuna, Provans-Alp-Kot-d'Azur regionu, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi və Vans kantonuna aiddir. 2015-ci ilin mart ayına qədər kommuna inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye (Nits dairəsi) kantonunun bir hissəsi idi. Kommunanın sahəsi 30,06 km²-dır, əhalisi 94 nəfər (2012) sabitləşmə meyli ilə 86 nəfərdir (2006), əhalinin sıxlığı 3,1 nəfər / km²-dır. == Əhalisi == Kommunanın əhalisi 2011-ci ildə 91 nəfər idi, 2012-ci ildə isə 94 nəfər.Əhali sayı dinamikası: == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 47 nəfərdən (15-64 yaş arasında) 30 nəfəri iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsiz idi (fəaliyyət göstəricisi 63.8%, 1999-cu ildə 56.4% idi). 30 fəal əmək qabiliyyətli sakindən 27 nəfər (14 kişi və 13 qadın) işləyir, 3 nəfər işsizdir (1 kişi və 2 qadın).
Santa-Krus-de-Tenerife
Santa Kruz de Tenerife — Tenerife adasında yerləşən İspaniya şəhəri, Kanar adalarının paytaxtı. 224.215 nəfər əhalisi var. Bu şəhərdə dünyanın ən böyük karnavallarından biri keçirilir. Şəhərdə Auditorio de Tenerife, Tenerife sərgi sahəsi və Torres-de-Santa-Krus qüllələri kimi müasir tikililər yerləşir. Santa Kruz de Tenerife karnavalı hər il bu şəhərdə qeyd edilir.
Santa-Kruz qraflığı (Kaliforniya)
Santa-Kruz (ing. Santa Cruz) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 262,382 nəfər olmuşdur. Mərkəzi Santa-Kruz şəhəridir.
Santa Krus de Tenerife
Santa Kruz de Tenerife — Tenerife adasında yerləşən İspaniya şəhəri, Kanar adalarının paytaxtı. 224.215 nəfər əhalisi var. Bu şəhərdə dünyanın ən böyük karnavallarından biri keçirilir. Şəhərdə Auditorio de Tenerife, Tenerife sərgi sahəsi və Torres-de-Santa-Krus qüllələri kimi müasir tikililər yerləşir. Santa Kruz de Tenerife karnavalı hər il bu şəhərdə qeyd edilir.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
Arum
Danaayağı (lat. Arum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Danaayağı növü Mikroneziya, Avropa, eləcə də Aralıq dənizi sahillərindən Qərbi Çinə qədər yayılmışdır. == Növləri == Arum alpinariae (Alpinar & R.R.Mill) P.C.Boyce Arum apulum (Carano) P.C.Boyce Arum balansanum R.R.Mill Arum besserianum Schott Arum byzantinum Blume Arum concinnatum Schott Arum creticum Boiss. & Heldr. Arum cylindraceum Gasp. Arum cyrenaicum Hruby Arum dioscoridis Sm. Arum dioscoridis var. cyprium (Schott) Engl. Arum dioscoridis var.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir.Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur. Məsələn, Məlikballı (Məlikbabalı)- Ucar r.), Məlikcanlı- Xocavənd r.), Məlikçobanlı (Ağsu r.), Məlikəhmədli (Qubadlı r.), Məlikkənd (Göyçay r.), Məlikqasımlı (perimbel tayfasının bir qolu kimi qeyd olunur-Cəlilabad r.), Məliklər (Dəvəçi r.), Məlikli (Qəbələ, Zəngilan, Zərdab) və s. Q.Qeybullayev Yardımlı rayonundakı Arus oykoniminin Orus (Urus) etnonimi ilə bağlı olduğunu qeyd edir.
Baruq
Barıq (Qoşaçay)
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.