Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krupskoy adası
Krayniy adası — Şimal Torpağı arxipelaqına daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın şimal-qərb hissəsində qərarlaşır. Kara dənizinə daxil olam Kalinin körfəzinin suları ilə yuyulur. Pioner adasından Lodoçnıy boğazı, Sedov arxipelaqından isə Qırmızı Ordu boğazı ilə ayrılır. == Təsviri == Adanın maksimal hündürlüyü 49 metrdir. Adada göl azdır, əsasən cənub-qərb hissədə yerləşir. Burada çoxlu sayda kiçik axarlar vardır. Cənub qutaracağı Korennoy burnudur. Buradan isı şimal-şərqə dil uzanır.
Yevgeni Krupnov
Yevgeni İqnatyeviç Krupnov (rus. Крупнов, Евгений Игнатьевич) – arxeoloq, qafqazşünas alim, dünya şöhrətli alim, bacarıqlı elm təşkilatçısı, Qafqazın arxeologiyasının, tarixinin və etnoqrafiyasının inkişafına böyük əmək sərf edən, "Lenin mükafatı laureatı". SSRİ Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktoru. Yevgeni Krupnov – əslən Qroznıdan olan alim 16 mart, 1904-ci ildə Şimali Osetiya Muxtar SSR-nin Mozdok şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Vladiqafqaz şəhərində başlamış sonradan Moskva şəhərində bitirmişdir. Ali təhsilini Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. Elmi fəaliyyətini V.A. Qorodsovun rəhbərliyi altında Qafqazın tarix və arxeologiyası üzrə aparmışdır. Universiteti bitirdikdən sonra 20 ilə yaxın Moskva Dövlət Tarix müzeyində işləmiş, sonradan elmi fəaliyyətinin böyük hissəsini SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda davam etdirmişdir. 1937-ci ildən ömrünün axırıncı günlərinə qədər həmin institutun əməkdaşı olmuşdur. 1941–1945-ci illərdə Sovet ordusunda xidmət etmişdir.