Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kunduz
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Kükürd
Kükürd (S) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 16-cı element. Kükürd (S) – zülalların tərkibində olur. Proteinoidlərin tərkibində kükürdün miqdarı, başqa zülallara nisbətən daha çoxdur. Taxıl, paxlalılar, süd məhsulları, balıq və yumurtada kükürd vardır. Metionin və sistein aminturşularının tərkibində olduğu üçün onların tərkibindəki çevrilmələrdə iştirak edir. B1 vitamininin, insulinin və digər birləşmələrin əmələ gəlməsində iştirak edir. 60 Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duzları şəklində orqanizmdən sidiklə ifraz olunur. Gündəlik tələbat 1 qramdır. Bitki orqanizmində kükürdün miqdarı orta hesabla 0,05 % kütlə miqdarında olur. Kükürd zülalların aminturşuları olan sistein və metioninin tərkibinə daxildir.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Şukrut
Şukrut və ya Choucroute garnie — Alsatiya mətbəxinin ənənəvi yeməyi. Kolbasa və digər duzlu ətlər və kartof ilə kələm hazırlamaq üçün istifadə edilən bir Alsas reseptidir.
Künduz
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Köküz
Köküz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd.
Künduz (şəhər)
Künduz — Əfqanıstanın Künduz vilayətinin inzibati mərkəzi. Həmçinin Əfqanıstanın ən böyük 6-cı şəhəridir. Keçmiş əfqan mücahid, baş nazir və böyük narkobaron Gülbəddin Hikmətyar burada anadan olub. Qədim şəhərdir. E.ə. 329-cu ildə Baktriya dövlətinin mühüm şəhərlərindən biri olub.
Künduz vilayəti
Künduz vilayəti (fars. ولایت کندز‎‎‎, puşt. کندوز ولايت) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri. Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
Künduz xanlığı
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.
Künduz əmirliyi
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.
Sərbəst kükürd
Sərbəst kükürd – α-S — Rombik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se) == Xassələri == Rəng – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; Mineralın cizgisinin rəngi – samanı-sarı; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,05-2,09; S – 1,5-2; Ayrılma – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; Bölünmə – {111} üzrə; Sınıqlar – qeyri-düzgün, yarımqabıqlı; Başqa xassələr – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İkiləşmə: {101}, {110}, {011} üzrə; Mineral aqreqatları: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b.
Tüksüz biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biyan cinsinə aid bitki növü. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
Kurul kətili
Kurul kətili (lat. Sella curulis) — söykənəcəyi olmayan, qaydalara görə tuncdan və fil sümüyündən hazırlanmış "X" şəkilli ayaqları olan, xüsusi bir oturacaq. Qədim Romada kurul kətilinə malik hüququ ancaq konsullara, ali magitratlara (kurullu magistrat — lat. magistratus curulis sözü buradan meydana gəlmişdir.) aid olmuşdur. Beləliklə kurul kətilinə konsullar, senzorlar, pretorlar və ordinar magistratlardan olan kurullu edillər, həmçinin fövqəladə magistratlar malik ola bilərdilər. Qaydalara görə kurul kətili magistratın başlıca dövlət simvolu olduğu üçün hər zaman onun ardınca daşınmalı idi. Qay Yuli Sezar ilk olaraq qızıldan hazırlanmış kuril kətilinə malik olmuşdur.
Madeline Kokuz
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. == Karyerası == === Klub === 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. === Milli === Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
Şükrü Elçin
Şükrü Elçin (23 sentyabr 1912, Florina[d] – 30 oktyabr 2008, Ankara) — türk şairi, folklorşünas, tədqiqatçı, akademik və yazıçı. == Həyatı == Şükrü Elçin 23 sentyabr 1912-ci ildə Florinada anadan olub. Ailəsi, Lozanna müqaviləsidən sonra mübadil-mühacir olaraq Türkiyəyə gəlib Turqutluya yerləşmişdi. Şükrü Elçin ilk və orta təhsilini Turqutlu və Manisada bitirib 1936-cı ildə İzmir Oğlan Liseyinin məzunu olmuşdu. 1939-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdi. Xalq ədəbiyyatı ilə əlaqədar məzunluq dissertasiyasını tamamladı və "Aslı və Kərəm" adlı əsəri Milli Təhsil Nazirliyi tərəfindən 1949-cu ildə nəşr olundu. Kitab / Mensur Realist Xalq Hekayələri mövzusunda dissertasiyası ilə elmlər doktoru adını aldı. Sivas Liseyində, Dənizli Liseyində, Ankara Kişi Texniki Müəllim Liseyində, Ankara Atatürk Liseyində, Ankara Maarif Kollecində, Döyüş Kollecində və Qazi Təhsil İnstitutunda ədəbiyyatdan dərs dedi. Milli Təhsil Nazirliyinin təqaüdü ilə iki il Parisə getdi və orada folklor və xalq ədəbiyyatı ilə başlı araşdırmalar etmişdi. 1962-ci ildə Anadolu Köy Orta Oyunları (Kənd Teatrı) adlı dissertasiyası işi ilə dosent oldu.
Şükrü Kaya
Şükrü Kaya (9 mart 1883, Kos, Cənubi Egey adaları – 10 yanvar 1959, İstanbul) — Türk ədibi, görkəmli siyasi xadim. == Həyatı == İstanbulun işğalından sonra Maltaya sürgün edilmiş, sürgündən qaçaraq bir müddət İtaliya və Almaniyada yaşamışdır. Türkiyəyə döndükdən sonra yüksək dövlət vəzifələrində çalışmış, daha çox bədii tərcümə fəaliyyəti ilə məşğul olmuşdur.
Şükrü Saracoğlu
Mehmet Şükrü Saracoğlu (1887[…], İzmir, Aydın vilayəti – 27 dekabr 1953, İstanbul) — Türk siyasətçi və dövlət xadimi, Türkiyənin 5-ci Baş Naziri, 1942–1946-cı illər ərzində Türkiyənin Baş naziri, 1938–1942-ci illər ərzində xarici işlər naziri, 1948–1950-ci illərdə isə TBMM-in sədri vəzifələrini icra etmişdir. Bundan başqa müxtəlif hökumətlərin tərkibində Təhsil, maliyyə və ədalət naziri vəzifələrini yerinə yetirmişdir. İsmət İnönü ilə birgə II Dünya müharibəsi illərində Türkiyənin tərəfsiz qalma siyasətinə yön verən şəxslərdən biridir. == Həyatı == Mehmet Şükrü Saracoğlu 1886-ci ildə İzmir əyalətinin Ödəmiş qəsəbəsində anadan olmuşdur. Atası Mehmet Tofiq Trabzonun Akçaabat qəsəbəsindən Ödəmişə köç etmiş və burada sərraclıqla məşğul olmuşdur. Anası Şərifə xanım isə ev qadını olan Şükrü Saracoğlu ailənin ilk uşağı idi. Köhnə maliyyə naziri Əhməd Zühdü paşanın nəvəsi Səadət Oraloğlu ilə evlənmiş, 3 övladı olmuşdur. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Ödəmişdə bitirdikdən sonra İzmir Atatürk liseyinə daxil olmuşdur. Buranı birinciliklə bitirərək təhsilini Məktəb-i Mülkiyyədə davam etdirmişdir. 1909-cu ildə təhsili başa çatdıraraq İzmir valiliyində məmur olaraq çalışmağa başlayır.
Şükrü Özyıldız
Şükrü Özyıldız (18 fevral 1988, İzmir)- Türk aktyordur. == Həyatı == Şükrü Özyıldız 18 fevral 1988-ci ildə İzmirdə anadan olub. Anası Rodoslu Yunan, atası Trabzonludur. Onun özündən iki yaş kiçik bir bacısı var. İstanbul Texniki Universitetində Dəniz Mühəndisliyi fakültəsini qazandıqdan və bir il İstanbulda təhsil aldıqdan sonra yenidən imtahan verib Ege Universitetində Biznesin idarə edilməsi fakültəsində təhsil almağa başladı, daha sonra Erasmus proqramı ilə Portuqaliyaya getdi. Uşaqlıqdan döyüş sənətinə maraq göstərən Özyıldız Portuqaliyada qəfəs döyüşlərinə qatılıb. Daha sonra qəfəs davalarından əl çəkdiyini açıqlayıb. Xaricdə aktyorluq emalatxanasına qatılan Özyıldız aktyorluğu çox bəyəndiyinə qərar verib və Müjdat Gezen Sənət Mərkəzində aktyorluq təhsili almağa qərar verib. Bir çox teatr tamaşası, reklam və seriallarda rol alan aktyor ilk dəfə 2011-ci ildə FOX-da yayımlanan gündəlik "Derin Sular" serialında ekranlarda görünüb. 2013-2014-cü illərdə Star TV və FOX ekranlarında yayımlanan "Benim Hala Umudum Var" serialında Gizem Karaca və Berk Oktay ilə baş rolları paylaşıb, daha sonra 2013-cü ildə ilk uzun metrajlı filmi "Neva"da baş rolu canlandırıb.