Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəlaca (Üskü)
Kəlaca (fars. كله جاه‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.922 nəfər yaşayır.
Aleksey Kulak
Aleksey Kulak (rus. Кулак, Алексей Исидорович;27 mart 1922, Moskva – 25 avqust 1984, Moskva) — SSRİ DQM-də xidmət edən polkovnik, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1946). 1990-cı ildə ölümündən sonra ABŞ kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə əlaqədar bütün rütbələrdən və mükafatlardan məhrum edilib == Həyatı və təhsili == 27 mart 1922-ci ildə Moskvada fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirib. 1941-ci ilin avqustunda Qırmızı Ordunun sıralarına yazılmışdır. 1942-ci ildə Odessa Artilleriya Məktəbinin kurslarını bitirib, 1942-ci ilin mayından II Dünya Müharibəsində müxtəlif cəbhələrdə döyüşmüşdür. 1945-ci ilin aprelinə qədər baş-leytenant rütbəsi almışdır. 1-ci Belorusiya cəbhəsinin 5-ci zərbə ordusunun 6-cı artilleriya korpusunun 2-ci artilleriya diviziyasının 20-ci artilleriya briqadasının 262-ci yüngül artilleriya alayının artilleriya batalyonunun komandiri kimi xidmət etmişdir. === Vəfatı === 25 avqust 1984-cü ildə beyin xərçəngi xəstəliyindən vəfat etmişdir. Kuntsevo qəbirstanlığında “qəhrəman” statusu ilə təntənəli şəkildə dəfn edilmişdir.
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. == Karyerası == Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.