Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panteleymon Kuliş
Panteleymon Kuliş (Sonra Panteleymon adlanıb. Pantelejmon Kuliš, ukr. Пантелеймон Куліш, 26 iyul (7 avqust) 1819[…], Voronej[d], Çerniqov quberniyası[d] – 2 (14) fevral 1897[…]) — Ukrayna şairi, tənqidçisi, etnoqrafı. Birinci bioqraf və Güləyənquşunun yaradıcılığının tədqiqatçısı — Kuliş Panteleymon Aleksandrdır, 1819–1897-ci il, T. Q. Şevçenkodan sonra ən əhəmiyyətli tədqiqatçı və şairlərdəndir.
Tulipa julia
Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür. Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15–35 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır.
Auliza
Epidendrum (lat. Epidendrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Fulica
Qaşqaldaq (lat. Fulica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Kapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i dəricə, 27%-i puştuca, 17%-i isə paşayi dilində danışır.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Kutişxa
Kutişxa (gürc. კუტიშხა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 110 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 0,5 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 6, თბ., 1983. — გვ. 89.
Lalisa
Lalisa (albom)
Tulipa
Dağlaləsi (lat. Tulipa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Latınca adı fars mənşəli toliban (çalma, əmmamə) sözündən götürülüb. Soğanağı yumurtavarı, çiçəkləri iri, çiçəkyanlığı ağ (bəzən qırmızı və ya sarı), meyvəsi qutucuqdur. Gövdəsinin hündürlüyü 6 sm-dən 50 sm-ədək olur. Onun ucunda günəşli havada açılan, axşamlar və tutqun havada bükülən al rəngli bir (bəzən bir neçə) çiçəyi olur. Çarpaz tozlanır. May–iyun aylarında çiçəkləyir. Çiçəkləmə müddəti 30 günə qədərdir. İlk dəfə 16-cı əsrdə Türkiyədə becərilmişdir.
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
Şueişa
Şueişa Inc. (yaponca: 株式会社集英社, Hepbörn: Kabushiki-gaisha Shūeisha, hərfi tərcümədə İntellekt Toplama Nəşriyyatı MMC) — Çiyoda, Tokyo mərkəzli bir yapon şirkəti. 1925-də yapon naşiri Şoqakukanın əyləncə nəşrləri diviziyası kimi yaranan kompaniya növbəti il müstəqil bir şirkətə çevrilmişdir. Şueişa tərəfindən nəşr olunan manqa jurnallarına şonen jurnalları Weekly Shōnen Jump, Jump SQ və V Jump, seynen jurnalları Weekly Young Jump, Grand Jump və Ultra Jumpın da nəşr olunduğu Jump xətti daxildir. Bunlardan başqa, həmçinin Non-no kimi bir sıra digər jurnallar da Şueişa tərəfindən çap olunmaqdadır. Şoqakukan ilə birlikdə Şueişa Şimali Amerikada manqalar yayımlayan Viz Medianın sahibidir.
Yuliya
Yuliya — ad. Yuliya Lipnitskaya — Rusiyalı fiqurçu. Yuliya Lobjenidze Yuliya Timoşenko Yuliya Samoylova Yuliya Ratkeviç — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Piriseva — Qazaxıstanı təmsil edən su poloçusu.
Sulipa
Qardeniya (lat. Gardenia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Alisa
Alisa — ad. Alisa Xalıyeva — Azərbaycanı təmsil edən üzgüçü. Alisa Paqani — İtaliya aktrisası, fotomodeli və yazıçısı.
Kilis
Kilis (türk. Kilis) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda yerləşən və Kilis ilinin mərkəzi olan şəhər. == Coğrafiyası == Kilis şəhəri Qaziantep şəhərindən 55 km, Türkiyə-Suriya sərhədindən 10 km məsafədədir. Şəhərin dəniz səviyyəsindən orta yüksəkliyi 680 metrdir. == Tarixi == Şəhərin tarixinin miladdan 3 min il əvvələ qədər getdiyi hesab olunur. Şəhər müxtəlif dövrlərdə aşşurlar, hetlər, əhəmənilər, romalılar, bizanslılar, məmlüklər və osmanlıların hakimiyyəti altında olmuşdur. 636-cı ildə xəlifə Ömər bin Xəttab tərəfindən xilafətin torpaqlarına qatılmış Kilis bu dövrdə Bizans İmperiyasına qarşı sərhəd məntəqəsi rolunu oynayırdı. Şəhər sonralar Məmlük idarəsində olmuş, 1516-cı ildə isə Mərcidabık döyüşü nəticəsində I Səlim tərəfindən Osmanlı ərazilərinə birləşdirilərək Hələb vilayətinə daxil edilmişdir. Birinci Dünya müharibəsindən sonra ingilislər, ardınca isə fransızlar tərəfindən işğal olunmuş Kilis 1921-ci ilin 7 dekabrında işğaldan azad edilərək Türkiyə Cümhuriyyətinin inzibati bölgəsinə çevrilmişdir. Kilis əvvəllər Qaziantep ilinin bir ilçəsi idi.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Kurisu Makise
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. Okabe onu tez-tez Kristina deyə çağırır. Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır. Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır.
Lalisa (albom)
Lalisa – Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü olan taylandlı repçi və müğənni Lisanın ilk albomu. YG Entertainment və Interscope Records tərəfindən 10 sentyabr 2021-ci ildə yayımlanmışdır. == Solo çıxışından əvvəl == 19 aprel 2021-ci ildə YG Entertainment-in bir əməkdaşı Cənubi Koreya media orqanı The Korea Herald-a açıqlamasında Lisanın qruplarından üçüncü solist olaraq debüt edəcəyini (qrup yoldaşları Cenni və Roze-dən sonra) və daha sonra rəsmi olaraq təqvimləri elan ediləcəyi bildirdi. 12 İyulda Star News vasitəsilə, etiketində, klipinin çəkilişlərinin davam etdiyi ortaya çıxdı. İyulun 25-də müğənni bir səsyazma studiyasında çəkdiyi iki şəkli İnstagram hekayələrinə yüklədi, burada ekranda iki fərqli səs dalğasının yanında "Mənim adım nədir?" yazısı albomun başlığına işarə etdi. == Buraxılış və tanıtım == 25 avqust 2021-ci ildə YG Entertainment, albomun adı ilə adlandırılan bir tizer posteri yüklədi. 27 Avqustda YG albomun vizual anlayışlarından birini nümayiş etdirən 26 saniyəlik bir tizer buraxdı.30 Avqustda YG tərəfindən albomun baş mahnısının da "Lalisa" adlandırılacağı təsdiqləndi. Tam tracklist 5 sentyabrda yayımlandı. Albom 10 sentyabrda YG və Interscope vasitəsilə eyniadlı sinqlının klipi ilə birlikdə yayımlandı. Solo çıxana qədər Lisa ilə albom və klip haqqında danışmaq üçün sosial media platformalarında V Live və TikTok -da onlayn olaraq geri sayma tədbiri keçirdi.
Lalisa (dəqiqləşdirmə)
Lalisa (albom)
Lalisa (mahnı)
"Lalisa" Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü, taylandlı reper və müğənni Lisanın debüt sinqlidir. 10 sentyabr 2021-ci ildə YG Entertainment tərəfindən eyni adlı debüt sinql albomunun aparıcı sinqlı kimi buraxıldı. Bekuh Boom və "24" ilə birlikdə YG-nin uzun müddətdir əməkdaşlıq etdiyi Teddi Pak tərəfindən yazılan və istehsal olunan "Lalisa" tay mədəniyyətindən təsirlənən dinamik hip hop treki kimi xarakterizə olunur. Mahnı musiqi tənqidçilərindən qarışıq rəylər aldı, onların çoxu Lisanın performansını yüksək qiymətləndirdi, lakin bəziləri mahnının bəstəsini və istehsalını tənqid edirdi. Kommersiya baxımından "Lalisa" ABŞ-nin Billboard Hot 100-ə 84-cü sırada daxil oldu və Billboard Global 200-də 2-ci yerə yüksəldi. Müşayiət edən musiqi videosu sinqlin buraxılması ilə eyni vaxtda Blackpink-in youTube kanalına yükləndi. İlk 24 saat ərzində videoya 73,6 milyon baxış olub, platformada bir solist tərəfindən bir gündə ən çox baxış toplanıb. == Arxa plan və buraxılış == Qrup yoldaşı Roze-nin 2021-ci ilin martında debüt tək albomunun buraxılmasından sonra solo ifaçı kimi debüt edən növbəti üzv kimi Lisaya diqqət yetirildi. Aprelin 19-da The Korea Herald tərəfindən dərc edilən məqalədə YG Entertainment-in nümayəndəsi Lisanın qrupunun üçüncü solisti kimi debüt edəcəyini açıqladı və proqramları ilin sonunda bildirişlə rəsmi olaraq elan ediləcək. İyulun 25-də Lisa studiyada özünü əks etdirən iki şəkli instaqram hekayələrinə "Mənim adım nədir?" başlığı ilə yükləyərək, onun qarşıdan gələn buraxılışının başlığına işarə etdi.Avqustun 25-də YG, solo debüt sinql albomunun adının Lalisa olacağını təsdiqlədi.Daha sonra agentlik albomun trek siyahısını açıqladı və eyni adlı sinqlın başlıq treki kimi xidmət göstərəcəyini açıqladı.Mahnı 10 sentyabr 2021-ci ildə buraxıldı və rəqəmsal yükləmə, yayım üçün əlçatan oldu.