Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kunstkamera
Kunstkamera və ya Nadir əşyalar kabineti' – I Pyotr adına Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi. Rusiyanın ilk muzeyi, İmperator Böyük Pyotr tərəfindən yaradılmışdı. Muzey Peterburqun mərkəzində, Universitet sahil küçəsi № 3 yerləşir. == Etimologiya == Kunstkamera (alm. Kunstkammer‎ — nadir incəsənət əşyaların muzeyi) — keçmişdə müxtəlif tarixi, incəsənət, elm kolleksiyaların saxlandığı yer. XVI—XVII əsrlərdə Nadir əşyaların saxlandığı kabinetlər knyaz və kral saraylarında çox populyar olur. Belə ki, XVII əsrdə danimarkalı kral III Frederik tərəfindən Danimarka Kral Kunstkamerası yaradılmışdı. Bu kabinet Hans Xristian Andersenin "Noxud şəhzadəsi" nağılında adı çəkilir. == Tarixi == Kunstkamera Böyük Pyotr tərəfindən Neva çayının sahilində tikdirilmişdir. Prussiya memarı Georg Johann Mattarnovy tərəfindən layihələndirilən qüllələri olan Kunstkameranın Petrine Barokko binası 1727-ci ildə başa çatdırılmışdır.