Kunstkamera

Kunstkamera və ya Nadir əşyalar kabineti' – I Pyotr adına Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi. Rusiyanın ilk muzeyi, İmperator Böyük Pyotr tərəfindən yaradılmışdı. Muzey Peterburqun mərkəzində, Universitet sahil küçəsi № 3 yerləşir.

Kunstkamera
Кунсткамера
Xəritə
59°56′30″ şm. e. 30°18′16″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Universitet sahil küçəsi №3
Memar Georq Mattarnovi, Nikolay Gerbel, Mixail Zemtsov, Savva Çevakinski, Robert Marfeld
Sifarişçi I Pyotr
Tikilmə tarixi 1718 - 1734
Rəsmi sayt kunstkamera.ru
İstinad nöm.7810180000
Mühafizə dərəcəsiFederal
Kunstkamera (Sankt-Peterburq)
Kunstkamera
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kunstkamera (alm. Kunstkammer‎ — nadir incəsənət əşyaların muzeyi) — keçmişdə müxtəlif tarixi, incəsənət, elm kolleksiyaların saxlandığı yer. XVIXVII əsrlərdə Nadir əşyaların saxlandığı kabinetlər knyaz və kral saraylarında çox populyar olur. Belə ki, XVII əsrdə danimarkalı kral III Frederik tərəfindən Danimarka Kral Kunstkamerası yaradılmışdı. Bu kabinet Hans Xristian Andersenin "Noxud şəhzadəsi" nağılında adı çəkilir[1].

1740-cı ildə Kunstkamera

Kunstkamera Böyük Pyotr tərəfindən Neva çayının sahilində tikdirilmişdir. Prussiya memarı Georg Johann Mattarnovy tərəfindən layihələndirilən qüllələri olan Kunstkameranın Petrine Barokko binası 1727-ci ildə başa çatdırılmışdır. Onun təməli 1719-cu ildə qoyulub. Kunstkamera adı almanca Kunstkammerdən götürülüb, hərfi mənada "İncəsənət otağı" deməkdir.

Pyotrun muzeyi o dövrdə çox tipik bir kolleksiya növü olan "təbii və maraqlı və nadir strukturları" mühafizə etməyə həsr olunmuş bir müəssisə idi. Çarın əvvəlcə Yay Sarayında saxlanılan şəxsi kolleksiyası Pyotrun 1697-ci ildə Frederik Ruyş və Levinus Vinsenti ziyarət edərkən gördüyü fərqli anatomik struktura malik müxtəlif insan və heyvan döllərindən ibarət idi. Kunstkammerlərin əsas ideyası dünya haqqında tam bilik əldə etmək idi. Holland dilində "kunstkammer" sözünü 1680-ci ildə cərrah Stephanus Blankaart işlədib.

Pyotrun əsas marağı "süni" olaraq yaradılanlara deyil, məhz "təbii" olanlara idi. Pyotr canavar anlayışının mövhumat qorxusunu təkzib etməyə çalışarkən, deformasiyaların öyrənilməsini təşviq etdi. Ölkənin hər yerindən imperator kolleksiyasına göndərilmək üçün qüsurlu, inkişaf edən və hələ doğulmamış körpələrin müayinəsi üçün əmr verildi. Daha sonra onları Kunstkamerada təbii strukturlardakı dəyişikliklərin nümunələri kimi göstərdi.

1716-cı ildə Pyotr Kunstkameranın mineral bölməsini yaradır. Orada o, Danziq mənşəli alman həkimi Qotvalddan satın aldığı 1195 mineraldan ibarət kolleksiya yaradır. Kolleksiya rus mineralları ilə zənginləşdirilmişdir. O, indi Moskvada yerləşən Fersman Mineralogiya Muzeyinin sələfi idi.

Amsterdamda farmakoloq Albertus Seba (1716) və anatomist Frederik Ruysch (1717) adlı alimlərdən bir çox məhsul alınmış və bunlar Rusiya Elmlər Akademiyasının əsasını təşkil etmişdirlər. Kunstkamera bu iki geniş kolleksiyanı yerləşdirmək üçün xüsusi olaraq tikilmişdir. Üçüncü alış işləri isə zərgərlik məmulatları və elmi alət kolleksiyaçısı Jacob de Wilde ilə ededilmişdir. Çarın baş həkimi Robert Erskine və onun katibi İohan Daniel Şumaxer satınalmalara birbaşa cavabdeh olan şəxslər idilər.

Antropologiya və Etnoqrafiya Muzeyi

[redaktə | mənbəni redaktə et]

1830-cu illərdə Kunstkamera kolleksiyaları yeni yaradılmış imperiya muzeylərinə paylandı. Bunlardan ən mühümü 1879-cu ildə əsası qoyulan Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyi idi. Onun 2.000.000-a yaxın kolleksiyası var və 1903-cü ildən Böyük Pyotr Muzeyi kimi tanınır (onu digər Rus Etnoqrafiya Muzeyindən fərqləndirmək üçün belə adlandırırlar).

Əvvəlcə antropologiya və etnoqrafiya üçün ayrıca muzeylər var idi, lakin 1878-ci il dekabrın 5-də onların vahid muzeydə birləşdirilməsinə qərar verildi. 1879-cu il noyabrın 10-da Leopold Şrenk ilk direktor təyin edilir. 23 sentyabr 1889-cu ildə birləşmiş Muzeyin ilk sərgisi açılır.

Ən qorxulu əsərlərindən biri Anna Monsun qardaşı Villem Monsun başıdır. Bəzi obyektlər 1747-ci ildə baş verən yanğında itdi. Muzey Perudan kənarda ən böyük kolleksiyası olan Perulu rəssam Panço Fierronun 78 akvarel tablosuna ev sahibliyi edir. Bunlar 1854-cü ildəki səfərindən sonra Şrenk tərəfindən geri gətirilmişdirlər.

Muzeyin direktorlarının siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Leopold Schrenk (1879–94)
  • Vasili Radlov (1894–1918)
  • Wilhelm Barthold (1918–21)
  • Yefim Karskiy (1921–30)
  • Nikolay Matorin (1930–33)
  • İvan Meşçaninov (1934–37)
  • Nikolai Kislyakov (1945–48)
  • Nikolai Girenko (1991–92)
  • Alexander Myl'nikov (1992–97)
  • Chuner Taksami (1997–2001)
  • Yuri Chistov (2001-davam edir)

Muzeyin bölmələri

[redaktə | mənbəni redaktə et]
  • Şimali Amerika. Kunstkamerada Şimali Amerika kontinentində yaşamış yerli xalqların — eskimosların, aleutlarınhinduların ənənəvi mədəniyyətlərini əks etdirən zəngin kolleksiya saxlanılır. Bu kompozisiyalar içərisində, xəstənin şaman ilə müalicə səhnəsi, yağışı çağırmaq üçün ritual rəqslər və s. xüsusi maraq doğurur.
  • Yaponiya. Bu ekspozisiyada yaponların və aynuların həyat tərzi və mədəniyyəti təqdim olunmuşdu. Adalarda yerli əhalinin əsas fəaliyyət növlərindən biri balıqçılıq idi və Kunstkamera bu sənət növünə aid zəngin kolleksiyaya malikdir. Həmçinin ekspozisiyada təqdim olunan Samuray zirehləri öz işləmələri və mürəkkəb strukturları ilə insanları təəccübləndirir.
  • Afrika. Afrikaya həsr olunmuş zal seyirciləri Saxaradan cənubda yaşamış bir çox xalqların ənənələri və mədəniyyəti ilə tanış edir. Ekspozisiyada əkinçilərin müxtəlif alətləri təqdim olunmuşdu. Həmçinin komozisiylar içərisində məharətlə ağac və fil sümüyündən düzəldilmiş əşyalar diqqəti cəlb edir.
  • Çin və Monqolustan. Çində 50-dən artıq milli azlıq yaşayır və bu xalqlara aid yığılmış ekspozisiya onların həyat tərzinin və mədəniyyətinin yalnız əsas hissəsini xarakterizə edir. Çin farforun vətəni sayılır və bu səbəbdən də muzeydə bu materialdan çoxlu sayda qədim əşalar mühafizə edilib saxlanılır. Monqolustan zalında köçərilərin yaşadıqları "yurta" adlanan ev və ənənəvi monqol ornamentləri ilə bəzədilmiş bir çox eksonatlar insanların marağına səbəb olur.
  • Hindistan və İndoneziya. Cənubi Asiya xalqlarına həsr olunan ekspozisiylar muzeyin ən zəngin bölmərindən hesab olunur. Kunstkamerada Hindistanın fərqli regionlarından gətirilmiş oyma ağacların böyük kolleksiyası vardır. Kolleksiyada həmçinin müxtəlif maskalar, teatr kostyumları, marionet teatrın kuklaları təqdim olunmuşdu. İndoneziya bölməsi ilk növbədə "kris" adlanan xəncərlərinin kolleksiyası ilə diqqəti cəlb edir. Xüsusi pold növündən hazırlanmış xəncərin tiyələri tez-tez alov formasına bənzəyirdi. Ekspozisiyada həmçinin kölgələr teatrı haqqda məlumat verən maraqlı materiallar cəmlənmişdir.
  • Avstraliya və Okeaniya. Burada ovçuların və yığıcıların ibtidai alətləri təqdim olunmuşdu.
  • Anatomik bölmə. Bu bölmədə anatomik eybəcərlikləri olan eksponatlar və müxtəlif nadir təbiət əşyaları — məsələn, sirenomeliya, ikibaşlı quzu, siam əkizləri, sikloplar təqdim olunmuşdu.
Binanın əsas fasadının panoram görünüşü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]