Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuşkək (Qəzvin)
Kuşkək (fars. كوشكك‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 417 nəfər yaşayır (89 ailə).
Künçək xan
Künçək xan (?-1308) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Duva xanın ölümündən sonra Künçük xan atasının yerinə Cığatay xanlığı məqamına oturmuşdur. Ancaq xanlıq içində qarışıqlıqlar davam etməkdə olduğundan Cığatay xanın törəmələrindən Taliqu, Künçük xana qarşı hərəkətə keçmiştir. Hətta Əmir Teymurun ordularından qaçaraq Künçükün atası Duva xana sığınan Çapar xan da ona yardımçı olmuşdur. Taliqu 1308-ci ildə Künçük xanı öldürmüşdür. Buna görə Duva xanın digər oğulları birləşərək Taligu xan üzərinə yürümüşdülər. Xanlığını elan edən Taligu, ilk başlatdığı qurultayda Duva xanın oğullarından Kebekin basqınına uğrayaraq öldürülmüşdür. Eyni il içində hazırlanan qurultayda xan seçimi üçün yığılan toplantıda Kebek xan, böyük qardaşı İsen-Buğanı əliylə xanlıq taxtına oturtmuşdur. Ancaq bu sırada Bayantu Kağan ortaya çıxmış və Cığataylı şahzadələrindən Yasavur-Oğlanı, əlinə yarlıq verərək, Cığatay ulusuna xan olaraq göndərmişdir. Bu durumu xəbər alan İsen-Buğa xan və qardaşı Kebek, Şərqi Türkistan sərhəd-sınırlarında onu qarşılamaq üzrə ordularıyla hərəkət edincə Yasavur, xanlıq məqamını ələ keçirə bilmədən Elxanlılara sığınmaq məcburiyyətində qalmışdır.