KÜSMƏK

f.
1. Hər hansı bir səbəbə görə birindən (adətən öz yaxın adamından) incimək, onunla danışmamaq, onu dindirməmək. Yoldaşından küsmək. Qonşudan küsmək.
[Kərbəlayı İsmayıl Zeynəbə:] …Axırı, heç olmasa, götürüb nəçərnikə yazaram ki, filan arvad ərindən küsüb. C.Məmmədquluzadə.

// Ümumiyyətlə, incimək, qəlbi sınmaq, xətri qalmaq.
Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbiqəradən küsmüşəm. M.P.Vaqif.
Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi.
O adamlar bizdən küsürdülər… Ü.Hacıbəyov.
[Sultan:] Küsərsən, qulağından çəkib qaytararam və deyərəm: – Dur burada, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. İ.Hüseynov.

2. məc. Bədbinləşmək, bədbinliyə qapılmaq. Həyatdan küsmək. Dünyadan küsmək.

Синонимы

  • KÜSMƏK KÜSMƏK Gündə yüz al eyləyən qəlbiqaradan küsmüşəm (M.P.Vaqif); İNCİMƏK Neyləmişəm inciyibsən; Yenə ey gülbədən, məndən? (Q
  • KÜSMƏK incimək

Антонимы

  • KÜSMƏK KÜSMƏK – BARIŞMAQ Küsmək barışmağa yoldur (Ata. sözü)

Этимология

  • KÜSMƏK İncimək mənasında işlədilir. Qədim mənalarından biri də gözləmək, istə­mək, ummaq deməkdir. Küs sözü ilə yanaşı, küsə feili də olub (tıx və tıxa qəlib
KÜSMƏ
KÜSTAX

Значение слова в других словарях