Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazmalar
Qazmalar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 180 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 57 təsərrüfatda hər iki cinsdən toplam 264 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Qazmalar oyk., düz. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Düzənlikdədir. Həmin r-nun Oncallı kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ilk evləri qaznm adlanan yeraltı evlərdən ibarət olduğu üçün kənd belə adlandırılmışdır.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kambar
Kamlar
Kazuar
Kazuar (lat. Casuarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi.
Mitağı-Qazmalar
Mitəhi-Qazmalar - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,127 nəfər azərbaycanlı yaşamaqda idi.
Mitəhi-Qazmalar
Mitəhi-Qazmalar - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,127 nəfər azərbaycanlı yaşamaqda idi.
Qazmalar bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zidyan-Qazmalar
Zidyan-Qazmalar - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinlərini etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 942 nəfər azərbaycanlı yaşamaqda idi.
Boubakar Kamara
Boubakar Kamara (23 noyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Marsel === Kamara öz peşəkar karyerasında debütünü Marsel klubu ilə 13 dekabr 2016-cı ildə etmişdir. O, oyuna start heyətdə başlamış və 82-ci dəqiqədə Hiroki Sakay ilə əvəz olunmuşdur. Həmin görüşdə Marsel Fransa Liqa Kubokunda Sojo ilə 1-1 hesabı ilə bərabərə qalsa da, penaltilərdə 4-3 hesabı məğlub olmuşdur.
Kader Kamara
Kader Kamara — Qvineya futbolçusu. == Həyatı == Abdul Kader Kamara 18 mart 1982-ci ildə Qvineyanın Konakri şəhərində anadan olmuşdur. == Karyera == Əv­vəl­ki klub­la­rı: Vas­ko de Ko­nak­ri , At­le­ti­ko K. Qvi­ne­ya, Vi­tess, Zuyd-Vest, Serk­le Brüg­ge, Be­rin­gen, Des­sel Sport. 2007-ci il­dən Qə­bə­lədə çı­xış edir. Qvineya milli futbol komandasının da­i­mi üz­vlə­rin­dən bi­ri olub. == Uğurları == Belçika çempionatının ikinci divizionunun qalibi (2003 - Serkle Brügge) Serkle Brügge (2003) və Dessel Sport (2007) klublarının mövsüm ərzində ən yaxşı oyunçusu.
Kalmar birliyi
Kalmar Birliyi (Dat., Nor., İsveç. Kalmarunionen) — Danimarka kralların ali hakimiyyəti altında olan Danimarka, Norveç və İsveç krallıqlarının şəxsi birliyi (1397–1523). Ölkələr öz suverenliklərindən imtina edib, geniş muxtariyyətləri qoruyub saxlayırdılar. Maraqların fərqliliyi (xüsusilə İsveçin Danimarka hökmranlığından narazılığı) münaqişəyə və 1523-cü ildə ittifaqın son dağılmasına səbəb oldu. == Birliyin qaynaqları == Birlik 14-cü əsrdə Skandinaviyada alman iqtisadi və siyasi genişlənməsinə qarşı əks-təsir göstərmək üçün yarandı. Bu dövrdə sərbəst şəhərlər və Hansa tədricən Skandinaviya ticarətini inhisara aldı. Almanların bölgəyə nüfuz etməsi Skandinaviya inteqrasiyasını gücləndirdi. Kalmar Birliyinin peyda olmasına səbəb olan ikinci amil iqlimin pisləşməsi ilə əlaqədar XIII–XIV əsrlərdəki iqtisadi böhranlar idi. Bir çox nəcib Skandinaviya ailəsinin Şimali Avropada mülkləri var idi, ortaq bir kral onlar üçün mülklərin qorunması, separatizmdən qorunma qarantiyası təşkil edə bilərdi. Danimarka təkbaşına siyasi iddialarını gerçəkləşdirə bilməzdi: Şlezviq və Baltikyanı ölkələri tərk etmək məcburiyyətində qalmışdı.
Kalmar müqaviləsi
Kalmar müqaviləsi (1397–1523) — üç Skandinaviya krallığı olan İsveç, Danimarka və Norveçi birləşdirən müqavilə. 25 sentyabr 1397-ci ildə üç krallığın nümayəndələri arasında imzalanmışdır, nəticədə hər üç krallığın bir monarx tərəfindən idarə olunduğu Kalmar İttifaqı yaradılmışdır. Müqavilə hər krallığın müxtəlif hüquqi strukturlarını birləşdirmirdi. İsveç kralı I Qustav 6 iyun 1523-cü ildə Kalmar İttifaqını tərk etmiş, beləliklə müqavilə süquta uğramışdır.
Kalmar İttifaqı
Kalmar Birliyi (Dat., Nor., İsveç. Kalmarunionen) — Danimarka kralların ali hakimiyyəti altında olan Danimarka, Norveç və İsveç krallıqlarının şəxsi birliyi (1397–1523). Ölkələr öz suverenliklərindən imtina edib, geniş muxtariyyətləri qoruyub saxlayırdılar. Maraqların fərqliliyi (xüsusilə İsveçin Danimarka hökmranlığından narazılığı) münaqişəyə və 1523-cü ildə ittifaqın son dağılmasına səbəb oldu. == Birliyin qaynaqları == Birlik 14-cü əsrdə Skandinaviyada alman iqtisadi və siyasi genişlənməsinə qarşı əks-təsir göstərmək üçün yarandı. Bu dövrdə sərbəst şəhərlər və Hansa tədricən Skandinaviya ticarətini inhisara aldı. Almanların bölgəyə nüfuz etməsi Skandinaviya inteqrasiyasını gücləndirdi. Kalmar Birliyinin peyda olmasına səbəb olan ikinci amil iqlimin pisləşməsi ilə əlaqədar XIII–XIV əsrlərdəki iqtisadi böhranlar idi. Bir çox nəcib Skandinaviya ailəsinin Şimali Avropada mülkləri var idi, ortaq bir kral onlar üçün mülklərin qorunması, separatizmdən qorunma qarantiyası təşkil edə bilərdi. Danimarka təkbaşına siyasi iddialarını gerçəkləşdirə bilməzdi: Şlezviq və Baltikyanı ölkələri tərk etmək məcburiyyətində qalmışdı.
Kamlar (Xudabəndə)
Kamlar (fars. ‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (7 ailə).
Kazmaş (Əbyəlil)
Kazmaş kəndi (başq. Ишҡол) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Amangildə kənd sovetliyinə daxil olan kənd. Kənd Böyük Kızıl çayının Böyük Kazmaş çayına birləşdiyi yerdə yerləşir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kazmaş kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 22 km., kənd sovetliyindən (Amangildə): 3 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 74 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Mahdi Kamara
Mahdi Kamara (30 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === 15 mart 2018-ci ildə Kamara akademiyası vasitəsilə inkişaf etdiyi Sent-Etyen klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Kevin Monnet-Paketi əvəz etmişdir. Liqa 1 görüşündə Sent-Etyen rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Kamara Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. O, Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Məhəmməd Kamara
Məhəmməd Kamara (6 yanvar 2000, Mali) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Malili futbolçudur. == Həyatı == 6 yanvar 2000-ci ildə Bamakoda anadan olub. == Klub karyerası == === Liferinq === Kamara Bamako akademiyası vasitəsilə inkişaf etmişdir. Kamara öz peşəkar karyerasında debütünü 23 fevral 2018-ci ildə Blau-Vayb Linz klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Filipp Sturmu ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Narıncıboyun kazuar
Narıncıboyun kazuar (lat. Casuarius unappendiculatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin kazuar cinsinə aid heyvan növü.
Xuan Kamara
Xuan Kamara (13 fevral 1994[…], Xaen, Əndəlüs) — Yarımmüdafiəçi.
Yahiro Kazama
Yahiro Kazama (d. 16 oktyabr 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Kalmar oyunu
Kalmar oyunu (kor. 오징어 게임; Ojingeo Geim, ing. Squid Game) — Hvan Don Hyok tərəfindən Netflix üçün ekranlaşdırılmış, Cənubi Koreya istehsalı sağ qalma, drama serialı. Rollarda Li Con Ce, Pak He Su, Vi-Ha Cun, Ho Yon Çon, O Yen Su, Ho Son The, Anupam Tripati və Kim Cu Ryon çəkilib. == Məzmun == Əksəriyyəti ciddi maliyyə problemi yaşayan 456 nəfər, sirli bir sağ qalma turnirinə qatılmaq üçün dəvət alır. Hər dəfə bir oyunçu bu ölümcül yarışmadan kənarlaşdırıldıqdan sonra mükafat 100 milyon von artırılır. Turnirin qalibi sonda 45,6 milyard von (38,5 milyon ABŞ dolları) alacaq.
Laslo Kalmar
Laslo Kalmar (27 mart 1905 – 2 avqust 1976) — macar riyaziyyatçısı və Seqed Universitetinin professoru idi. Kalmar Macarıstanda riyazi məntiq və nəzəri kompüter elminin banisidir. Kalmar yəhudi əsilli idi. Onun gəncliyi vəd və faciə ilə qarışıb. Atası gənc ikən, anası isə Budapeşt Universitetinə daxil olduğu il 17 yaşında vəfat etdi və bu, onu yetim etdi. Kalmarın kəşfiyyatı Budapeşt məktəblərində oxuyarkən üzə çıxıb. Budapeşt Universitetində onun müəllimləri Kürşak və Fejer idi. Onun tələbələri arasında gələcək məntiqçi Rossa Péter də var idi. Kalmar 1927-ci ildə məktəbi bitirib. O, 1929-cu ildə Göttingendə olarkən seçdiyi riyazi məntiq sahəsini kəşf etdi.
Köhnə Xudat qazmalar
Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Köhnə Xudat qazmalar oyk., mür. Qusar r-nunun Bala Qusar i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim Köhnə Xudat (kənd adı) və qazmalar (müvəqqəti yaşayış evi) komponentlərindən ibarət olub, "Köhnə Xudat kəndinə məxsus qazmalar" mənasındadır. Kollektivləşmədən sonra qazmalar daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 589 nəfər əhali yaşayır.