Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Karan
Karan (Sayınqala)
Kauan
Kauan — 2005-ci ildə Çelyabinskdə (Rusiya) Atmospheric Doom Metal, post-rok qrupudur. Əvvəllər qrup heyəti Anton Belov (gitara, vokal, keyboard, programlaşdırma) və Lyubov Muşnikovadan (skripka) ibarət idi, lakin sonuncu çıxışda Belov tam heyət ilə 2013-cü ildə toplandı. == Yaranması == Kauan 2005-ci il fevral ayında Anton Belov tərəfindən qurulmuşdur. Onlar ilk başlarda folk metal, black metal, doom metal janrları ilə fəaliyyətə başlamış, sonralar daha çox doom metal və folk metal elementləri ilə ambient və post rock janrında olan ikinci albomlarını çıxarmışdır. Hazırda isə qrup folk metal qrupu olaraq hesab edilə bilər. 2006-cı il sentyabrda Lyubov Muşnikova qrupa skripka ifaçısı kimi qoşuldu. Qrup həmçinin digər musiqiçilərlə də birlikdə işləmişdir, lakin onların heç biri sonda qrupun konsepsiyasına uyğun olmamışdır. İlk albomun səsyazmaları zamanı bəzi sessiya üzvləri violonçel və saksofon ifa etmək üçün dəvət edilmişdi. İlk albom işıq üzü gördükdən sonra (Lumikuuro (BadMoodMan Music, 2007)), Aleksandr Boroviç qrupu tərk edir. Bundan sonra Kauan 2008-ci ilin sonlarında BBM musiqi şirkətində yazılmış Tietäjän Laulu adlı ikinci albomlarını çıxardır.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kazan
Kazan və ya Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri-rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Klapan
Klapan – maşın və boru kəmərlərində qaz, buxar və ya maye axınını tənzimləmək məqsədilə axın kəsiyinin sahəsini dəyişən hissə, yaxud yığım). Maşınlarda (nasos, kompressor, daxili yanma mühərriki və s. == Texnikada == Klapan boru armaturlarında, kranlarda və diskli qapayıcılarda tətbiq tapır. Onlardan fərqli olaraq şiberlərdə klapanın tənzimləyici elementi işçi mühitin hərktinin oxuna paralel olaraq hərkət edir. İşləmə prinsipinə görə bölünürlr: Bağlayıcı klapan Tənzimlətici klapan Əksəlaqə klapanı Qoruyucu klapan Azaldıcı klapan İmpuls-qoruyucu klapan Birbaşa təsir klapanı Bilavasitə təsir klapanı Hidroklapan == Tibbdə == Ürək klapanı Trikuspidal klapan Aorta klapanı Mitral klapanı İloesekal klapanı == Musiqi alətlərində == Musiqi alətlərində tətbiq olunan klapanalar: müxtəlif tenor və basa malik blokfleytalar, rauşpfayfa və s. - əl barmaqları ilə bağlanması çətilik yaradan, bir-birindən uzaq yerləşən çalğı deşiklərinin bağlanmasında istifadə olunur. Digr çalğı alətlərində - fleyta, klarnet, saksofon, qaboy və s.-lərdə səslənmə diapazonunu genişləndirmək və applikasiyanı rasionallaşdırmaq (barmaqların işlməsini asanlaşdırmaq) üçün tətbiq olunur. == Mənbə == Клапан, в технике // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Kaptan
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Yapan
Yapan (mont. Јапан) – Monteneqronun Andriyevitsa bələdiyyəsində yerləşən kənd. Yaponiya ilə olan ad oxşarlığı səbəbilə məşhurlaşmışdır. Kənd Komovi dağının cənub-şərq yamacında, Andriyevitsadan 13 kilometr uzaqlıqda yerləşir. Kəndin adının mənşəyi mübahisəlidir və bununla bağlı bir neçə rəvayət mövcuddur. Bir versiyaya görə 1904-cü ildə Rus-yapon müharibəsi zamanı kənd əhalisinin bir qismi Rusiyanı dəstəkləmiş, bir qismi tərəfsiz qalmışdır. Bu səbəbdən kənd Yapan adını almışdır. Digər versiya Birinci Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüş, kəndin sakini olmuş Samilo Fatiçlə bağlıdır. Fatiç Monteneqro kralı I Nikola tərəfindən medalla təltif olunarkən ondan kəndə su çəkilməsini xahiş etmişdir. I Nikola kəndin yerini soruşanda "çox uzaqda, Yaponiya qədər uzaqda" cavabını vermişdir.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kalan (Germi)
Kalan (fars. كلان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (70 ailə).
Kalan (Kəleybər)
Kalan (fars. كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (17 ailə).
Kalan (Vərziqan)
Kalan (fars. كلان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (14 ailə).
Kalan məscidi
Kalan məscidi (özb. Masjidi Kalon, fars. مسجد کلان‎ — Ulu məscid) — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Orta Asiyada qorunub saxlanılan Cümə məscidlərindən Bibixanım məscidindən sonra ikinci ən böyük məsciddir. Tutumu 12000 nəfərdir. == Tarixi == Arxeoloji araşdırmalara görə, indiki məscidin altında daha iki qalığı var. Qalıqlardan biri Arslan xanın (1102—1130) binasıdır. Arslan xan məscidi mövcud bina ilə eyni ölçülərə sahib idi. 1399-1404-cü illərdə Səmərqənddəki Bibixanım məscidi tikilənə qədər Mavəraünnəhrdə ən böyük məscid idi. İkinci məscid XII əsrin I rübündən XIV əsrin ortaları qədər, eyni tipdə idi, ancaq tamamilə kərpicdən düzəldilmişdi.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Kavan Pereyra
Kazan (stansiya)
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır.
Kazan Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. == Ümumi baxış == Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.
Kağan (Özbəkistan)
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. == Tarix == Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Kaşan (Fransa)
Kaşan (fr. Cachan) — Fransada kommuna, Parisdən 6,7 km cənubda, l’Ai-le-Roz dairəsində və eyniadlı kantonda yerləşir. Burada Kaşan Ali normal məktəbi yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kaşan (Fransa) ilə əlaqəli mediafayllar var.
Kaşan (İran)
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Kaşan (Əhər)
Kaşan (fars. كاشان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (17 ailə).
Kaşan şəhristanı
Kaşan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kaşan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 297,000 nəfər və 81,816 ailədən ibarət idi.