Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karbi
Karpi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd birləşdirilmiş və Karpi kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim türk dilində "şəhər", "qala", "möhkəmləndirilmiş yer" mənasında işlənən kar sözünə -pi şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. "…pi Bisitun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi "p", "ap", "pe", "pi" şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənıniş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını ifadə etmişdir. Relyef əsasında yaranan düzəltmə sözdür. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Ehtimal ki, Karbi mahalından çıxmış ailələrin özləri ilə apardıqları addır.
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Karri
Karri - Pakistan mətbəxdə Karri adətən ətirli ədviyyat qarışığı ilə qarışdırılır və bir qayda olaraq süfrəyə düyü ilə verilir. Karriyə əlavə olunan qarışıqlar da karri adlanır. Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Kasnı
Kasnı (lat. Cichorium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. == Növləri == Cichorium alatum Hochst. & Steud. Cichorium bottae Deflers Cichorium callosum Pomel Cichorium calvum Sch.Bip. ex Asch. Cichorium dubium E.H.L.Krause Cichorium endivia L. Cichorium hybridum Halácsy Cichorium intybus L. Cichorium pumilum Jacq.
Narni
Narni — İtaliyanın Umbriya regionunda yerləşən kommunadır. == Əhalisi == 2017-ci ilin siyahıya alınmasına görə kommunada 19,252 nəfər yaşayır.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Adi kasnı
Adi kasnı (lat. Cichorium intybus) – kasnı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi dikduran, hündürlüyü 20-125 sm, aşağı hissədə tüklü, şırımlı, açıq budaqlıdır. Bəzi bölgələrdə çırtlıq (çırtdıq) adlandırılan bu bitkinin aşağı yarpaqları uzunsov-lansetvari, oyüqlu, lələkvarı bölümlü, hər iki tərəfdən nahamar-tüklüdür. Gövdəyanı yarpaqları seyrək, oturaq, gövdəni bürüyən, yuxarı yarpaqlar xırda, bütöv, lansetvari, ucubizdir. Səbətləri 10 mm yaxın uzunluqda, gövdə yarpaqların qoltuğunda tək-tək və ya dəstəşəklində yerləşir. Çiçəkləri mavi rəngdə, sarğıdan 2-3 dəfə uzundur. Toxumcaları 2-3 mm uzunluqda, tərsyumurtavari, açıq rəngdən qara rəngə kimi; kəkili çox qısa nazik pərdələrdən ibarətdir. == Yayılması == BQ bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışır.
Artur Karri
Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir. Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir. Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir. Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir.
Avtomobil kranı
Avtomobil kranı — relssiz və ya relslə hərəkət edən avtomobillərə quraşdırılmış kranlardır. Tikinti işlərində tırtıllı gediş mexanizminə malik olan avtomobillərdə quraşdırılmış kranlardan və kiçik məsafədə yerdəyişmə imkanına malik səyyar kranlardan da istifadə olunur. Hal hazırda avtomobil kranlarının layihələndirilməsində ferma strukturlu və ya teleskop tipli kranlara üstünlük verilir (şəkil 1). Bu kranların yükqaldırma qabiliyyəti maks. 1000t-a çatır. Automobil kranlarında hərəkətli hissə üçün adi avtomobil və ya onlarla oxşar olan quruluşlar tətbiq tapır. Bu kranların üstünlükləri onların qısa zamanda yığıla bilməsidir. Buna görə də, avtomobil kranları dəyişən tapşırıqlar üçün qısa zamanda uyğunlaşdırıla bilir.
Böyük Karbi
Böyük Karbi — İrəvan xanlığının mahallarından biri olmuş Karbibasarın mərkəzinin adı. == Əhalisi == 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi . == Toponimi == Hələ orta əsrlərdə bu kənd digər məntəqə yarandığına görə Böyük Karbi adlandırılmışdır. İndiki Ermənistan ərazisində qədim türk mənşəli toponimlərdəndir. Orta əsr türk, fars və erməni mənbələrində toponimin Qərbi, Gərbi, Karbi və Karpi formaları qeyd olunmuşdur. Karpi (yaxud Karbi) əvvəlcə oradakı qədim qalanın adıdır. 1386-cı ilə aid hadisələrdə mənbədə "Qərbi (Gərbi) qalası"nın adı çəkilir və onun yiyəsinin türk Şeyx Həsən olduğu göstərilir XIII əsrə aid mənbədə Ərməniyə ilə yanaşı Karbi mahalının da adı çəkilmişdir. 1621-ci ilə aid sənəddə Karpi kimidir. XVII əsr erməni müəllifi Arakel Təbrizli toponimi Karbi formasında yazmışdır XIX əsrdə Tiflis quberniyasının Qori qəzasında Karbi kənd adı (Gürcüstanda Karbi kənd adı 1348-ci ildən məlumdur-bax: Qruzinskie dokumentı IX–XV vv. M. 1882.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Euphorbia karoi
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Kamni Çasovıe
Kamni Çasovıe adası — Rusiyanın Kamçatka diyarı ərazisində Olyutorski rayonu ərazisinə daxildir. Oxot dənizinə daxil olan Qlubokaya körfəzində yerləşir. 1885-ci ildə Fridolf Fabian Höök adaları xəritəyə salmışdır. O, adaları Dva Çasovıe olaraq adlandırır. Daha sonra onların üç olması müəyyən edildikdən sonra müasir adını alır.
Karbi mahalı
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. == Tarixi == Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi.
Karbi nahiyəsi
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. == Tarixi == Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi.
Kardi B
Belkalid Marlenis Almanzar (ing. Belcalis Marlenis Almanzar; 11 oktyabr 1992[…]) — Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar və aktrisa. Əsasən Kardi B adı ilə tanınır.
Karin (imperator)
Mark Avreli Karin (lat. Marcus Aurelius Carinus), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır (250, bilinmir – iyul 285, Moziya) — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru. Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür. Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı. == İstinadlar == == Xarici keçidlər == "Roman Imperial Coins of Carinus" (ingilis). Wildwinds. İstifadə tarixi: 2014-05-25.
Karin Koypers
Karin Koypers (d. 18 iyul 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karin Koypers, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Karpi FK
Karpi FK (it. Carpi Football Club 1909 ) - İtaliyanın Karpi şəhərini təmsil edən futbol klubu. Klub 1909-cu ildə təmsil ediyi şəhərin tələbəsi Adolfo Fankoni tərəfindən yaradılmışdır. İlkin adı Jucunditas olan klubunun adı sonralar Associazione Calcio Carpi formasında dəyişdirilmişdir. İtaliya B Seriyasında çıxış edən Karpi 2014–15-ci il mövzsümündə I yeri tutaraq İtaliya A Seriyasına vəsiqə qazanmışdır. İlk dəfə 1919-1920-ci illərdə İtaliya A Seriyasında çıxış edən Karpsi 93 ildən sonra əsas liqaya qayıdan ilk komanda hesab olunur.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. == Populyar mədəniyyətdə == Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Kasnı kökləri
== Xalq təbabətində istifadəsi == Xalq təbabətində kasnının (gül növü) köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə kimi və həmçinin öd yolları xəstəliklərində (sarılıqda) ödqovucu dərman kimi qəbul edirlər. Kasnının köklərindən hazırlanmış dəmləmə və kasnı arağı şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.