KARNE

1) gündəlik
(məktəbli); 2) kitabça
(talonların və s.); ekmek karnesi – çörək kartoçkası
KARNABAHAR, KARNABIT
KAROSERİ
OBASTAN VİKİ
Alfredo Karneros
Alfredo Karneros (7 oktyabr 1978) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Alfredo Karneros İspaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Deyl Karnegi
Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888[…], Merivill[d], Missuri – 1 noyabr 1955[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır. Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb.
Endrü Karnegi
Endryu Karnegi (25 noyabr 1835[…], Danfermlin[d], Fayf[d] – 11 avqust 1919[…]) — Şotland əsilli ABŞ xeyriyyəçisi. Karnegi Mellon Universitetinin yaradıcısı == Həyatı == Artıq 103 ildir ki, dünyada Karnegi İnstitutu fəaliyyət göstərir. Yaradıcısının adı dünya biznes və xeyriyyəçilik tarixində ən əhəmiyyətli yerlərdən birini tutan institutun əsası 1902-ci il yanvarın 28-də Vaşinqtonda qoyulub. Endryu Karnegi yalnız iri sənayeçi və məşhur filonttrop deyil, həm də maliyyə uğuru qazanmış insanların sosial məsuliyyəti barədə konsepsiyanın yaradıcısı idi. Onun arzusu meritokratiyanın baş rolu öz istedad və enerjisinin sayəsində böyük uğurlar qazana bilmiş ləyaqətli fərdlərin oynayacağı cəmiyyətin qurulması idi. Çünki özü ali cəmiyyətdə kimsənin köməyi olmadan fərdi qabiliyyəti hesabına yer tuta bilmişdi. Şotlandiyadan ABŞ-yə mühacirət etmiş fəhlə ailəsində dünyaya göz açan Karneginin biznesin zirvələrinə yolu 1848-ci ildə həftədə 1 dollar 25 sent qazancla başlamışdı. 13 yaşlı oğlan Pitsburqdakı pambıq fabrikində məhz bu qədər məvacib alırdı 14 yaşında Endryu teleqrafçı, daha 3 il sonra isə Pensilvaniya dəmiryol idarəsinin rəisi Tomas Skottun şəxsi katibi olur. 1859-cu ildə 24 yaşlı Endryu artıq Tomas Skotun yerini tutur və sərmayəçilik planlarını reallaşdırmağa başlayır. Dəmiryol vaqonları kompaniyasına onun qoyduğu ilk sərmayə Karnegiyə 5 min dollar qazanc gətirir.
Karnegi Mellon Universiteti
Karnegi Mellon Universiteti (ing. Carnegie Mellon University) — ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. == Reytinqi == Yarandığı gündən universitet qəbul etdiyi yeni-yeni proqramlarla dünya universitetləri arasında əsas yerlərdən birini tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2009-cu il üzrə reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ ali məktəbləri üzrə 22-ci, bu ölkənin universitetləri arasında kompüter elmləri üzrə 4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu, təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya elmi üzrə isə 17-ci yerə layiq görülmüşdür. == Məşhur məzunları == Karnegi Mellon Universitetinin əməkdaşları və məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü Oskar mükafatına layiq görülüblər. Məzunlardan "General Motors" şirkətinin keçmiş direktoru və ABŞ-nin beşinci təhlükəsizlik naziri Çarlz Ervin Uilsonu, milyarder Devid Tepperi, "Java" proqramlaşdırma dilinin yaradıcısı Ceyms Hoslinqi, "Sun Microsistems" kampaniyasının yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu universiteti çoxlu sayda tanınmış aktyor bitirib. Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon, Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms Kromvell, Get Smart, Ted Denson, Van Hensis, Metyu Bomer, Bleyr Andervud və başqalarıdır. Klinton Devisson – fizika üzrə Nobel mükafatı laureatı; Otto Stern – fizika üzrə Nobel mükafatı laureatı; Pol Flory – kimya üzrə Nobel mükafatı laureatı; Herbert Simon – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Franko Modiqliani – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Merton Miller – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Robert Lukas – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Popl – kimya üzrə Nobel mükafatı laureatı; Volter Kohn – kimya üzrə Nobel mükafatı laureatı; Pol Loterbur – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskott – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Ada Yonath – kimya üzrə Nobel mükafatı laureatı; Nilofər Bəxtiyar – Pakistanın federal turizm naziri; Çarlz Ervin Vilson – ABŞ-nin keçmiş müdafiə naziri; Piter De Mut – Pensilvaniyadan olan konqresmen; Lerri Giammo – Merillend ştatının Rokvill şəhərinin meri; Kliford Şull – fizika üzrə Nobel mükafatı laureatı; Con Forbes Neş – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskot – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Holl – fizika üzrə Nobel mükafatı laureatı; Oliver Uilliamson – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Mariya Karneyro Pereyra Qomes
Mariya Karneyro Pereyra Qomes (port. Maria Carneiro Pereira Gomes; 19 avqust 1875, Braziliya – 14 avqust 1925) — Braziliyanın birinci xanımı (1914–1918). Braziliyanın 9-cu prezidenti olmuş Bras Venseslaunun həyat yoldaşıdır.