Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərçivan
Kərçivan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Kəndin adı türkcədir. XIX əsrdə Şimali Qafqazda Kartsa, Batum əyalətində Karç-Xal, Azərbaycanda Qərçə (İsmayıllı rayonu) toponimləri ilə mə’naca eynidir. == Əhalisi == XIX əsrin əvvəllərindən əhalisi qarışıq kəndlərdəndir.
Mustafa Edige Kırımal
Mustafa Edige Kırımal və ya Mustafa Edige Şinkeviç (1911, Bağçasaray, Tavriya quberniyası[d] – 22 aprel 1980, Münxen) — litva tatarı, ictimai xadim, Krım tatar milli mərkəzinin sədri. İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası qarşısında Krım tatarlarının maraqlarını müdafiə etmiş və nasist işğalından sonra Krımda qurulmuş Simferopol Müsəlman Komitəsinin üzvü olmuşdur. == Həyatı və fəaliyyəti == Mustafa Edige Kırımal 1911-ci ildə Bağçasarayda anadan olub. Litva tatarlarından olan o, həm də Litva müsəlmanları müftisinin qardaşı oğlu idi. Birinci Dünya Müharibəsi ərəfəsində onun ailəsi Krıma köçür. Simferopol Pedaqoji İnstitutunda təhsil alıb. 1923-ci ildən 1927-ci ilə qədər Krımda fəaliyyət göstərən Milli Hərəkat Təşkilatında fəaliyyət göstərib. Sovet təqibindən qurtulmaq üçün birinci Azərbaycana gəlmiş Vəli İbrahimovun həbs edilib məhkəmə qərarı ilə güllələnməsindən sonra isə İrana keçmişdir. 1932-ci ildən İstanbulda yaşayıb 2 ildən sonra isə Vilnüsə köçüb. 1934-cü ildə Vilnüs Universitetinə daxil olub, 1939-cu ildə isə oranı bitirib.
Karnival Rou (teleserial, 2019)
Karnival Rou (ing. Carnival Row) – Orlando Blumun prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-nuar və fentezi teleserialı. Treyvis Biçemin "Karnival Rouda qətl" adlı film ssenarisinə əsaslanır. Serial 30 avqust 2019-cu ildə Prime Video vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin iyulunda ikinci mövsümü anons edilmişdir. Hekayə mifik varlıqlarla insanların birlikdə yaşadıqları şəhərdə cərəyan edir və irqlər arasındakı münasibətlər gərginləşməkdədir. Teleserialın baş rollarında Orlando Blum (Raykroft Filostreyt) və Kara Delevin (Viqnatte Stounmoss) çıxış edirlər. Digər rollarda Devid Qyasi, Karla Krom, İndira Varma, Tamzin Merçant və Skott Reyd çıxış edirlər. "Karnival Rou" əsasən tənqidçilərin mənfi rəylərini almışdır. == Məzmun == Hadisələr xaos mühitinin hökm sürdüyü Viktoriya dövründə baş verir.