Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan (Səməd Vurğunun şeiri)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi. Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.
Səməd Vurğunun Ev Muzeyi
Səməd Vurğunun Ev Muzeyi — Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, Səməd Vurğunun (1906–1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeliyindədir. Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur. Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur. Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılmışdır. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirmişdir.
Səməd Vurğunun Poeziya Evi
Səməd Vurğunun Poeziya Evi Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşir. 1975-ci ildə Bakıda "Sovet ədəbiyyatı günləri"ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə "Səməd Vurğunun ev-muzeyi"nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – "Səməd Vurğunun poeziya evi" yaradılmışdır. 17 noyabr 1976-cı ildə S. Vurğunun anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır. Poeziya evində S. Vurğunun həyat və yaradıcılığını əks etdirən eksponatlar nümayiş etdirilir. Poeziya evi yerli əhəmiyyətli monumental və xatirə abidələri siyahısına daxildir.
Səməd Vurğunun ev-muzeyi
Səməd Vurğunun Ev Muzeyi — Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, Səməd Vurğunun (1906–1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeliyindədir. Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur. Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur. Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılmışdır. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirmişdir.
Səməd Vurğunun heykəli (Bakı, 1960)
Səməd Vurğunun heykəli — Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), 2 dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956) Səməd Vurğunun xatirəsinə ucaldılmış abidə. 1960-cı ildə heykəltaraş Fuad Əbdürəhmanov tərəfindən hazırlanan heykəl o dövrdə Oktyabr meydanı adlanan parkda qoyulmuşdur. Heykəlin memarı Mikayıl Useynovdur. Heykəlin qoyulduğu park hazırda Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı adlanır.