Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürdüvan
Kürdüvan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kənd Sovetinin Kürdüvan kəndi Xankəndi kənd Sovetinin tərkibinə verilmişdir. Kəndin cənub-şərqində şəhər xarabalığı aşkar edilmişdir. Geniş sahəni tutan xarabalıqda daş və kərpicdən tikilmiş müxtəlif bina qalıqları var. Buradan müxtəlif əşyalar tapılmışdır. Xarabalıqdan bir qədər aralı qala divarları, habelə son orta əsrlərə aid müxtəlif binaların qalıqları aşkar olunmuşdur. Xarabalığın cənub-qərbində Basqal çayının yuması nəticəsində əmələ gəlmiş yarğanda 3-4 metr qalınlığında antik dövrə aid mədəni təbəqə və qəbir abidələri aşkar edilmişdir. Oradan da müxtəlif əşyalar tapılmışdır. Tapıntılardan məlum olur ki, Kürdüvan 1 əsrdən son orta əsrlərə qədər yaşayış mövcud olmuşdur. Kənd Basqal qəsəbəsi yaxınlığında, Rayon mərkəzindən təqribən 30 km aralıda yerləşir.