Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiləvar
Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Şiləvar kəndi Kərgəlan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şiləvar kənd Soveti yaradılmışdır. Şiləvar sözünün mənası talış dilində "saf küləkli yer" deməkdir. Şiləvar kəndinin qəbr tərəfindən Tunc dövrünə aid edilən "Sığni" qəbristanlığı mövcuddur. Kəndin ərazisində yerləşən "Divəlonə" qəbristanlığı isə e.ə. IX-VII əsrlərə aiddir. Bu kənd haqqında tarixi mənbələr olan "Əxbarnamə"də və "Cəvahirnameyi-Lənkəran"da məlumat verilmişdir. Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyevin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, hazırkı kəndin tarixi ən azı XVI əsrdən başlayır. Kənddə tunc dövründən bəri məskunlaşma mövcud olsa da, kəndin inkişafı əsasən XVIII əsrin ortalarına təsadüf edir. Talış xanlığının paytaxtının Astaradan Lənkərana köçürülməsindən sonra Lənkəran şəhəri ilə yanaşı yaxınlıqdakı Şiləvar kəndi də sürətlə inkişaf etməyə başlamışdır.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == İqtisadiyyatı == 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Biləvar (Xoy)
Biləvar (fars. بيله وار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.215 nəfər yaşayır (318 ailə).
Şiləvar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Mariya Koleva
Mariya Koleva (10 avqust 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Mariya Koleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Kilva-Kisivani
Kilva-Ksivani — Şərqi Afrikada, müasir Tanzaniyanın cənub sahilində yerləşən Hind okeanı adasında yaşayış məskəni. Tarixən bura, 13-15 əsrlərdə Suahili sahili boyu uzanan bir orta əsrlər sultanlığı olan Kilva sultanlığının mərkəzi idi. Kilva Ksivani, yaxınlıqdakı Sonqo-Mnara ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix və arxeologiya == Kilva-Ksivani, Kilva arxipelaqında, Süahili sahili boyunca yerləşən bir arxeoloji şəhər-dövlət sahəsidir. Bura ən azı 8-ci əsrdən tutulmuş və sahil boyunca ən güclü yaşayış məntəqələrindən birinə çevrilmişdi. Ərazidəki mövsümi külək fasilələri ticarət dövriyyəsinə təsir etmiş ola bilər. Ərəbistan yarımadası, habelə Hindistan və Çin ilə ticarət əlaqələri Kilvanın böyüməsinə və inkişafına təsir göstərmişdi və burada mədəniyyətə uyğunlaşdırılmış İslam mətnləri və adətləri mövcudları olsa da, şəhər Afrika mənşəli idi. Suahili yaşayış məntəqələrinin bir çoxunda qruplar arasındakı sosial münasibətləri əks etdirən mürəkkəb planlar göstərilsə də, Kilvada şəhərin qurulması ilə bağlı hələ də cavabsız qalan bir çox sual var. Qəbiristanlıqlar bölgə üçün adi olaraq şəhərin kənarında yerləşirdi və böyük, açıq yerlər, ehtimal ki, sosial yığıncaqlar üçün istifadə olunurdu. Ticarət üçün əhəmiyyətli olan şəhərdə 13-cü əsrdə istehkamlar artdı və daha çox mal axını oldu.