Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kurikulum
"Kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60–70-ci illərində dünyada, xüsusən ABŞ-də kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır. Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır. Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: "Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir" (Ümumi təhsil sistemində dərslik siyasəti.
Kurikulum (jurnal)
"Kurikulum" elmi-metodik jurnalı — Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuş mətbu orqanı. == Haqqında == "Kurikulum" elmi-metodik jumalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur. Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi ilə bağlıdır. Eyni zamanda təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək də bu jurnalın ümdə vəzifəsidir. Jurnalın redaksiya heyətinə görkəmli alimlər, tanınmış təhsil mütəxəssisləri, kurikulum sahəsində böyük təcrübəyə malik xarici ölkə mütəxəssisləri daxildir. 2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır. Jurnal ildə 4 dəfə, 154 səhifə həcmində çap olunur. Jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, təhsildə IKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur. Bunlarla yanaşı, jurnal müəllim və şagirdlər üçün müxtəlif vəsaitlər, o cümlədən metodik vəsaitlər və didaktik materiallar işləyib hazırlayır, müvafiq təhsil resurslarının yaradılması işində fəal iştirak edir. Jurnal ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir, aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyaya toplayır, onların islahatın tələbləri əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir.
Şəfəq Türküsü
Şəfəq Türküsü Nevzat Çelikin eyni adlı şeir kitabı da olan şeiridir. Kitab 1984-cü ildə Akademiya Kitabevi Uğur Mükafatını qazanmışdır. == Şeirin mövzusu == Şeir bütövlükdə 280 misradan ibarətdir. Bir edam məhbusunun anası ilə vidalaşması mövzusuna yönəlib. Nevzat Çelik, 12 sentyabr çevrilişindən sonra həbslər nəticəsində bir çoxları ilə birlikdə edam cəzası ilə mühakimə olundu. Onun sözlərinə görə, bu, çox yaxın, tanış insanların edamlarının baş verdiyi bir mühitdə, verdiyi psixologiya ilə yazılmışdır. == Bəstə == 1985-ci ildə 95 misrası Əhməd Qaya tərəfindən bəstələnmiş və mahnısı ifa olunmuşdur. O, 1986-cı ildə təqdim olunan bir albomuna bu adı verib.
Göyərti küküsü
Göyərti küküsü — Azərbaycan mətbəxi və Türkiyə mətbəxinə aid qəlyanaltı. == Tərkibi == 6 ədəd yumurta, 60 qr göy soğan, 50 qr keşniş, 50 qr şüyüd, 60 qr – da yağ. Sous kimi bir stəkan xama yaxud qatıq hazırlanır. 2 diş sarımsaq, 2 qr duz. == Hazırlanma qaydası == Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin.
Kürü küküsü
Kütüm küküsü
Kütüm küküsü — Azərbaycanın milli xörəklərindən biridir. Əsasən kütüm balığından hazırlanır. Abşeron və Azərbaycanın Lənkəran, Masallı, Səlyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm küküsü adətən sacda bişirilirdi. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox qaz sobalarında, tavada da bişirilir. Süfrətə narşərabla və ya limon suyu ilə verilir. Sumaq da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Hisə verilmiş kütüm – 200 q. Göy və ya baş soğan – 35 q. Keşniş – 15 q.
Qərb bürküsü (roman)
Göy lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Yaşıl lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
«Kurikulum» elmi-metodik jurnalı