Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Knaravan
Knaravan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı. 2003-cü ildə ermənilər tərəfindən Lev çayının yaxınlığında salınıb. Kənddə 18 kotec tikilib. Lex qalasına yaxın ərazidədir.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Karabin
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Lev Karaxan
Lev Mixayloviç Karaxan (erm. Լևոն Միքայելի Կարախանյան, rus. Лев Михайлович Карахан; 20 yanvar (1 fevral) 1889 və ya 1889, Tiflis – 20 sentyabr 1937, Moskva) — erməniəsilli SSRİ diplomatı. RSFSR və SSRİ xarici işlər komissarının müavini, Polşa, Çin və Türkiyədə RSFSR və SSRİ-nin diplomatik təmsilçisi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Капица М. С. Л. Карахан (1889–1937), в кн.: Видные советские коммунисты — участники китайской революции. — М., 1970. Раскольников Ф. Ф. На боевых постах. — М., 1964. Деятели СССР и революционного движения России. Энциклопедический словарь Гранат.
Sovetskiy Karabax
"Sovetskiy Karabax" — Azərbaycan SSR dövründə Xankəndidə nəşr olunmuş qəzet.
Yelizaveta Karabaş
Yelizaveta Karabaş (d. 21 iyun 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Yelizaveta Karabaş 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Yelizaveta Karabaş 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Hikmət Karaman
Hikmət Karaman (9 mart 1960, Tirebolu[d], Girəsun ili) — türkiyəli məşqçi. 1994-1997-ci illər arasında Kocaelispor və Qalatasaray klublarında məşqçi kimi çalışıb. 1998-ci ildən müxtəlif futbol komandalarının baş məşqçisidir. O , 2002-03 mövsümündə "Çaykur Rizəspor"u, 2007-08 mövsümündə isə “Antalyaspor”u Superliqaya yüksəltməyə nail olub. 2001-02 mövsümündə Türkiyə Kubokunu öz muzeyinə aparan "Kocaelispor"un məşqçisi olub.
Mehmet Karaman
Mehmet Karaman (1956, Samsun ili) — müəllim, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Karaman 1956-cı ildə Samsun ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Samsun ilində alıb. Qazi Universiteti Təhsil Bölməsindən məzun olub. Sinif müəllimi və riyaziyyat müəllimi olaraq çalışıb. Daha sonra bizneslə məşğul olub, bir müddət Azot Sanayi A. Ş. Baş İdarəsində çalışıb. Uzun illət Milli Gənclər Fondunun (MGV), Müəllimlər Fondunun, Müəllimlər Dərnəyinin üzvü olub. Siyasi fəaliyyəti ərzində Milli Selamet Partiyası, Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Milli Selamet Partiyasında gənclər qanadının sədr müavini, Rifah Partiyasında isə İdarə Heyətinin üzvü, İntizam Şurasının üzvü və il şöbəsinin sədri olub. 1987-2011-ci illərdə Milli Görüş lideri Nəcməddin Ərbakanın yardımçısı olub.
Fatih Karahan
Yaşar Fatih Karahan (1982, Əskişəhər ), türk iqtisadçısı və Türkiyə Respublikası Mərkəzi Bankının hazırkı prezidenti. == Təhsili == Yaşar Fatih Karahan 1982-ci ildə Əskişəhərdə anadan olub. 2006-cı ildə Boğaziçi Universitetinin Mühəndislik fakültəsini sənaye mühəndisliyi və Ədəbiyyat fakültəsinin riyaziyyat bölməsini bakalavr dərəcəsi ilə bitirib. O , ABŞ- a gedib və Pensilvaniya Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb və 2012-ci ilin may ayında həmin məktəbdə doktorluq proqramını başa vurub. == Karyerası == O, karyerasına 2012-ci ilin iyul ayında Nyu Yorkmərkəzi Bankının Mikroiqtisadi Araşdırmalar Departamentində iqtisadçı kimi başlayıb. 2022-ci ilə qədər bankda əmək və məhsul bazarı araşdırmalarının rəhbəri və pul siyasəti üzrə məsləhətçi vəzifələrində çalışıb. Həmin il o, ABŞ-ın Amazon şirkətində ekspert iqtisadçı kimi işə başlayıb və 2022-ci ilin noyabrında şirkətdə baş ekspert iqtisadçı vəzifəsinə təyin edilib. Karahanın əsas araşdırma sahələrinə əmək bazarı siyasətləri, gəlir riskinin mənzil bazarına makroiqtisadi təsirləri və firma dinamikası daxildir. Onun tədqiqatı həmçinin 2008-2012-ci Qlobal İqtisadi Böhran zamanı işsizlikdə coğrafi uyğunsuzluğun roluna, həyat dövrü ərzində qazanc şoklarının davamlılığına və bacarıq gəlirlərinin kollec mükafatına təsirinə yönəlmişdir. 2 fevral 2024-cü ildə Erkanın əfv istəməsindən bir gün sonra prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilb.
Herbert fon Karayan
Herbert fon Karayan (alm. Herbert von Karajan‎; 5 aprel 1908, Zaltsburq, Avstriya-Macarıstan - 16 iyul 1989, Anif, Avstriya) — avstriyalı dirijor. 35 il müddətinə Berlin Filarmonik Orkestri ilə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur. == Genealogiyası == Karayanlar nəsli yunan-makedon və ya Devid Binderin iddiasına görə arumın mənşəlidir və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür. == Karayan və səsyazma == Herbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır.
Karabaş Mustafa Ağa məscidi
Karabaş Mustafa Ağa məscidi — İstanbul, Bəyoğlunda, Topxanada yerləşən Osmanlı məscidi. == Tarixi == Məscid XVI əsrdə Babüssəade Ağa Karabaş Mustafa Bin Qorqud bəy tərəfindən tikilmişdir. Məscid zaman-zaman təmir olunub. 1957-ci ildə mərhum baş nazir Adnan Menderesin əmri ilə sökülərək yenidən tikilib. Məscidlə vəhdət təşkil edən sufi xanədanı (türk. Zaviyə), ibtidai məktəb və ibadətxanadan əsər-əlamət qalmayıb. Bəzi mənbələrdə bu xanədanlarda Qədr gecəsi mərasimlərinin keçirildiyi qeyd olunur. Bunu məscidin məzarlığından tapılan qəbir daşları da təsdiq edir. Xanədanda xidmət etmiş şəxslərin xronologiyası belədir: Molla-zadə Şeyx Mehmet Qasım Çələbi (1506), Karabaş Ramazan (1609), Misirli Ömər (1658), Karabaş İsgəndər (1667), Hacı Hüseyn (1717), Hacı Mehmet (1719), Hacı Nur Əhməd (1765), Hüseyn (1774), Hacı Abdullah (1785), Mustafa Mühsin (Kadiri, 1796), Seyyid Əbdülqədir (1802), Seyyid Mustafa (Sümbüli, 1807), Seyyid Əhməd (Qədiri, 1832), Şeyx Şakir (1860), Şeyx Əhməd (1908) və Hobcuoğlu Şakir bəy. == Memarlıq xüsusiyyətləri == Ümumi sahəsi 295 m² olan məscidin divarları daş və kərpicdəndir.
Karabag dügümü (kitab, türk dilində)