Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava)– vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) sü­xur­lar əmələ gətirir.
Aa-lava
Aa-lava - kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Lava axını
Lava axını – (rus. лавовый поток, ing. lava flow) vul­kandan axan lavanın yatım for­ması; lavanın qatılığından və yer səthinin meylliyindən asılı olaraq ensiz və xeyli uzun olması ilə səciyyələnir. Turş lava axını adə­tən qısa /1–10 km/ və qalın, bazalt axını isə uzun /60–80 km-ə qədər/ və nazik olur.
Lava brekçiyaları
Lava brekçiya­ları (ital. breccia-qırma)- (rus. брекчии лавовые, ing. lava breccias) vulkan püskürməsi zamanı qırıntılarının lava ilə sementləşməsi nəticəsində əmələ gələn brekçiya.
Lava gölü
Lava gölü - (rus. лавовое озеро, ing. lava lake) odlu-maye lava ilə dolmuş vulkan krateri və ya sıldırım yamaclı geniş çuxur. Məfhum bəzən bərkimiş L. g. də aid edilir.
Lava konusu
Lava konusu- (rus. конус лавовый, ing. lava cone) baş­­lıca olaraq massiv lava axın­larından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Lava moreni
Lava moreni - (rus. морена лавовая, ing. lava moraine) la­va axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eks­ploziv-effuziv zirvə püskürməsi za­manı əmələ gəlir.
Lava qovuqcuqları
Lava qovuq­cuq­ları – (rus. пузыри лавовые, ing. lava vesicles) lavalarda dairəvi, silindrik, linzavari, yaxud qeyri-müəyyən formalı boşluqlar; lavanın so­yuması zamanı buxarın və qaz­ların ondan ayrılması nəticəsində əmələ gəlir.
Lava stalaktiti
Lava stalak­titi – (rus. сталактит лавовый, ing. lava stalactites) ərinti lavanın boş lava tune­linin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.
Lava stalaqmiti
Lava stalaqmiti – (rus. сталагмит лавовый, ing. lava stalagmites) böyük sütunvari formalı effuziv süxurlar kütləsi. Əsasi tərkibli az qatılıqlı lavanın köhnə lava örtüyü, yaxud lava axımının soyumuş səthi üzərində fəvvarəli püskürməsi zamanı yaranır.
Lava tunelləri
Lava tunel­lə­ri- (rus. туннели лавовые, ing. lava tunnels) lava axınlarında dəhlizlər şəki­lin­də uzanan boşluqlar. Ən çox dal­ğalı lava axınlarında müşahidə edi­lir, uzunluğu yüzlərlə m-ə, eni 20- m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kali­forniyada /Şesta dağı/ və İslan­diyada /Şurtoşellira vulkanı/ aşkar edilmişdir.
Lava vulkanı
Lava vulkanı - (rus. вулкан лавовый, ing. lava volcano) əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı for­­malı vulkan. L. v. püskürməsi sa­kit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Lava örtüyü
Lava örtüyü – (rus. лавовый покров, ing. lava sheet) lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Lovğa Fil Balası (1987)
== Məzmun == Fil balası özündən balacaları incidir, nəhəngliyi ilə öyünüb heç kəslə hesablaşmaq istəmir. Lakin ondan çox-çox kiçik olan arıların hücumuna məruz qaldıqdan sonra öz əməlindən peşimançılıq çəkir. Başa düşür ki, başqalarını incitmək olmaz. Bu, pis və eybəcər hərəkətdir. == Film haqqında == Bu şən və ibrətamiz cizgi filmi uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Əli Səmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Arifə Hatəmi, Firəngiz Quliyeva, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov, Azər Qaryağdı Mahnıların mətni: Ramiz Rövşən === Filmi səsləndirənlər === Nuriyyə Əhmədova R.Sabitova Q.Lunev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Lovğa fil balası (film, 1987)
== Məzmun == Fil balası özündən balacaları incidir, nəhəngliyi ilə öyünüb heç kəslə hesablaşmaq istəmir. Lakin ondan çox-çox kiçik olan arıların hücumuna məruz qaldıqdan sonra öz əməlindən peşimançılıq çəkir. Başa düşür ki, başqalarını incitmək olmaz. Bu, pis və eybəcər hərəkətdir. == Film haqqında == Bu şən və ibrətamiz cizgi filmi uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Əli Səmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Gülşən Quliyeva, Yuri Meşşeryakov, Arifə Hatəmi, Firəngiz Quliyeva, Solmaz Hüseynova Rəssam: Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov, Azər Qaryağdı Mahnıların mətni: Ramiz Rövşən === Filmi səsləndirənlər === Nuriyyə Əhmədova R.Sabitova Q.Lunev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Clanga clanga
Böyük xallı qartal (lat. Clanga clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Cinsin 5 növündən biridir. == Qısa təsviri == Bozqır (çöl) qartalından az kiçikdir. Səsi bərk çıxır– "kiyak-kiyak". Rəngi qara-qonurdur. == Yayılması == Avropa və Asiyada yayılıb.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Cavea
Cavea (lat. Cavea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm. & J.Small === Sinonim === Saussurea tanguensis J.R.Drumm.
Cavia
Cavia (lat. Cavia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinə aid heyvan cinsi.
Clanga
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Dalğa
Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Damğa
Damğalar və ya Tamğalar — türk və monqol tarixi baxımından son dərəcə önəmli bəlgələrdir. == Tarixi == Damgalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib.Ayrıca bu damgaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim bəlgə olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları damgalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Damğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir.Elmə məlum olan ən qədim damğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir. Neolit dövrünün mədəniyyətlərində onlar yeni formalar, fərqli işlənmə texnikası və tətbiq sahələri ilə təkmilləşmiş, rəmzi mahiyyətini, ibtidai dini inanclarla bağlılıqlarını daha da möhkəmləndirmişlər.Türk xalqlarında damğa işarələrinin təyinatı və funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Daşqa (daşka) - iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası - nəqliyyаt və dаşımа vаsitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rоl оynamışdır.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.